/ / Azərbaycanın kənd təsərrüfatı naziri Parisdə Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının baş direktoru ilə görüşüb
Azərbaycanın kənd təsərrüfatı naziri Parisdə Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının baş direktoru ilə görüşüb
24.10.2018 [09:25]
Üzümçülük və şərabçılığın inkişafı əsas məqsədlərimizdən biridir. Azərbaycan Prezidenti İlham Əliyev bu sahəyə xüsusi önəm verir və respublikamızda üzümçülüyün inkişafına dair Dövlət proqramı qəbul olunub.
AZƏRTAC xəbər verir ki, bu fikri kənd təsərrüfatı naziri İnam Kərimov Parisdə Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının (OİV) baş direktoru Jan-Mari Oran ilə görüşdə səsləndirib.
İnam Kərimov qeyd edib ki, ölkəmizdə üzümçülük sektoru yeni inkişaf mərhələsinə daxil olub. Kənd təsərrüfatı sahəsində sosial-iqtisadi göstəricilər daha da artıb və bu istiqamətdə uğurlar qazanılıb. 2017-ci ildə kənd təsərrüfatının ÜDM-də payı 5,6 faiz olub və ümumi istehsal 4,2 faiz çoxalıb.
Nazir bildirib ki, ötən il ölkəmizdə 1 milyon dekalitr şərab istehsal olunub və onun 375 min dekalitri ixrac edilib. Məhsullar əsasən Rusiya və Çinə ixrac olunub.
İnam Kərimov ölkəmizin OİV ilə əməkdaşlığın möhkəmləndirilməsində maraqlı olduğunu söyləyib. Nazirliyin nümayəndələrinin və ekspertlərinin müntəzəm olaraq OİV-in baş assambleyasında, iclaslarında və seminarlarında iştirak etdiyini diqqətə çatdırıb. Nazir OİV ekspertləri ilə sıx əməkdaşlığın və kommunikasiyanın möhkəmləndirilməsi, üzümçülük və şərabçılığın inkişafı istiqamətində ekspertiza dəstəyi, bu sahədə təhsilin müxtəlif pillələri üzrə azərbaycanlı tələbələrin OİV tərəfindən təşkil olunan təcrübə kurslarında, eləcə də ekspertlərin qurumun tədbirlərində iştirakına dəstəyin verilməsi sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətinə toxunub.
Eyni zamanda, İnam Kərimov OİV-nin növbəti konqresinin ölkəmizdə keçirilməsi və bu konqres çərçivəsində şərab festivalının təşkili ilə bağlı əldə olunmuş birgə razılıqdan danışıb və bu istiqamətdə fikir mübadiləsi aparılıb.
Nazir Azərbaycan və Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatı (OİV) arasında əməkdaşlığın möhkəmləndirilməsinə və şərablarımızın dequstasiyası üçün tədbirin təşkilinə göstərdiyi səylərə görə OİV-nin baş direktoruna təşəkkürünü bildirib.
OİV-nin baş direktoru Jan-Mari Oran rəhbərlik etdiyi təşkilatla ölkəmiz arasındakı əməkdaşlıqdan məmnunluğunu bildirib. Azərbaycana ilk səfərindən söz açan baş direktor müstəqilliyimizin ilk illərində üzümçülüyün məhv edilməsindən, Azərbaycan Prezidentinin diqqəti sayəsində bu sahənin yenidən inkişafından xəbərdar olduğunu deyib. Jan-Mari Oran OİV-nin ölkəmizlə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

