Azərbaycan nümayəndə heyəti Çində səfərdədir
08.11.2018 [09:17]
İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və sahibkarlardan ibarət nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir.
AZƏRTAC xəbər verir ki, səfərin ilk günü İqtisadiyyat naziri Şahin Mustafayev Şanxayda keçirilən Birinci Çin Beynəlxalq İdxal Sərgisinin açılış mərasimində iştirak edib.
Sərginin açılış mərasimində Çin Xalq Respublikasının sədri Si Cinpin çıxış edib.
Qeyd edək ki, Milli Sərgi və Konqres Mərkəzində təşkil olunan sərgidə 170 ölkədən 3 mindən çox şirkət təmsil olunur. Bu, Çində idxal məhsullarının ilk sərgisidir. 100-dən çox yeni məhsul və texnologiyalar ilk dəfə olaraq məhz bu sərgidə nümayiş olunur.
Sərgidə qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 30-dan çox Azərbaycan şirkətinin 180 çeşiddən artıq məhsulları qida və kənd təsərrüfatı məhsulları, həmçinin xidmətlər pavilyonlarında təqdim edilir. İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycanın üzüm və meyvə şərabları və digər spirtli içkilər, çay, meyvə şirələri, mürəbbələr və digər konserv məhsulları, qənnadı məmulatları, fındıq, quru meyvələr və s. qida məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur. Azərbaycan pavilyonlarında sərgi ziyarətçilərinə məhsullarımız və xidmətlər barədə məlumat verilir, müxtəlif maarifləndirici materiallar təqdim edilir. Həmçinin, sərginin müxtəlif yerlərində “Made in Azerbaijan” reklam lövhələri quraşdırılıb. Noyabrın 10-dək davam edəcək sərgi çərçivəsində Çinin kənd təsərrüfatı və yeyinti sənayesi məhsullarının satışı ilə məşğul olan distributorları ilə Azərbaycan şirkətlərinin görüşləri təşkil olunacaq.
İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Birinci Çin Beynəlxalq İdxal Sərgisi ilə tanış olub.
Birinci Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində bir sıra forumlar da keçirilir. Azərbaycan nümayəndə heyəti noyabrın 6-da Çin Xalq Respublikasının Bazar Tənzimlənməsi Administrasiyasının, Xarici ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının və Şanxay Bələdiyyəsinin birgə təşkil etdiyi “Kəmər və Yol: ekoloji kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi” Forumunda iştirak edib.
Forumda çıxış edən Şahin Mustafayev Azərbaycan-Çin münasibətlərinin qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslandığını vurğulayıb. Qeyd olunub ki, Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsi və aparılan intensiv dialoq ölkələrimiz arasında iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin inkişafı üçün əlverişli zəmin yaradır. Azərbaycan Çinin “Kəmər və Yol” strategiyasını dəstəkləyən ilk ölkələrdən olmaqla yanaşı, bu təşəbbüsün reallaşdırılmasında yaxından iştirak edir. Çinin “Kəmər və Yol” təşəbbüsü çərçivəsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin potensialından istifadə olunması iqtisadi sahədə, xüsusilə investisiya, ticarət, tranzit sahəsində əməkdaşlıq üçün geniş imkanlar açır. Nəqliyyat-tranzit sahəsi ilə yanaşı, Azərbaycan Çinlə kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsində də əməkdaşlıqda maraqlıdır. Çin şirkətləri artıq pambıqçılığın və ipəkçiliyin maddi-texniki bazasının inkişafında Azərbaycanla uğurlu əməkdaşlıq edir.
Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi ilə bağlı Azərbaycanda həyata keçirilən tədbirlər barədə məlumat verən nazir Şahin Mustafayev Azərbaycanda kənd təsərrüfatının inkişafına böyük önəm verildiyini vurğulayıb. Qeyd edilib ki, Azərbaycanda kənd təsərrüfatı istehsalçıları vergidən azaddır, onların güzəştli maliyyə resurslarına çıxışı üçün geniş imkanlar yaradılıb, texnika və lazımi infrastrukturla təmin edilib, suvarma sisteminin modernləşdirilməsi, investisiya və ixracın təşviqi proqramları ilə dəstək göstərilir, kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyalar verilir. Həyata keçirilən tədbirlər nəticəsində son 15 ildə ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı 1,7 dəfə, bu ilin 9 ayı ərzində isə 4,3 faiz artıb. Azərbaycanın qeyri-neft ixracında kənd təsərrüfatı məhsullarının payı 47 faizdən çoxdur. İxracın stimullaşdırılması tədbirləri nəticəsində kənd təsərrüfatı məhsullarının ixracı bu ilin ötən dövründə 13 faiz artıb.
İqtisadiyyat naziri vurğulayıb ki, Azərbaycanda aparılan sistemli islahatlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Belə ki, Dünya Bankı tərəfindən yayılan “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın islahatçı 10 ölkəsi siyahısına daxil edilib və ən çox islahat aparan ölkə elan olunub. Yeni hesabatda Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerə, MDB ölkələri arasında isə liderlik mövqeyinə yüksəlib. Ölkəmiz iki indikator üzrə 100 pillə irəliləyərək ciddi nailiyyət əldə edib, kiçik investorların maraqlarının qorunması indikatoru üzrə dünyada 2-ci yerə yüksəlməyə, biznesə başlama indikatoru üzrə isə ilk onluğa düşməyə nail olub.
Ərzaq təhlükəsizliyinə gəlincə, Şahin Mustafayev qeyd edib ki, son illər həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində ərzaq təhlükəsizliyi sisteminin optimallaşdırılması sahəsində də ciddi işlər görülüb, ərzaq təhlükəsizliyi sahəsində qabaqcıl ölkələrin təcrübəsinin tətbiqinin daha da genişləndirilməsi üçün ikitərəfli və çoxtərəfli formatda işlər aparılır.
Azərbaycan nümayəndə heyətinin üzvləri - kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev, Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rüfət Rüstəmzadə forum çərçivəsində keçirilmiş “Ticarət və investisiya” adlı tədbirdə iştirak ediblər.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

