“Genişzolaqlı mobil internetin gələcəyi: 5G və sonrası”
06.12.2018 [09:47]
“Azercell” şirkətinin prezidenti “Bakutel” sərgisi çərçivəsində Xəzər İnnovasiya Konfransında iştirak edib
Ölkəmizdə “Bakutel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində bu il ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçirilib. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə “Dayanıqlı İnkişaf naminə Rəqəmsal Bağlantı” mövzusunda keçirilən konfrans rəqəmli fərqliliyin azaldılması, xarici investisiyalar üçün rəqəmli bağlantı imkanlarının yenidən nəzərdən keçirilməsi və biznes səmərəliliyinin təmin edilməsi məqsədilə hökumət nümayəndələrini, sənaye liderlərini, tənzimləyici qurumların və beynəlxalq təşkilatların rəsmilərini, o cümlədən regionun ən böyük telekom və peyk operatorlarının rəhbərlərini bir araya gətirib.
İKT sektorunun bütün iştirakçıları arasında səmərəli əməkdaşlıq imkanları, həmçinin müvafiq sahə üzrə çağırışların müzakirə olunması məqsədilə təşkil olunan konfransda “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev məruzəçi qismində çıxış edib. Şirkət prezidenti ölkəmizdə mühüm texnoloji tədbir hesab edilən “Bakutel” Beynəlxalq Sərgisi çərçivəsində təşkil olunan Xəzər İnnovasiya Konfransının əhəmiyyətini vurğulayaraq, tədbirin əsas təşkilatçısı kimi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə öz minnətdarlığını bildirib.
“Genişzolaqlı mobil internetin gələcəyi: 5G və sonrası” mövzusunda çıxış edən Vahid Mürsəliyev “Azercell”in LTE şəbəkəsi ilə bağlı ən son nailiyyətləri haqqında konfrans iştirakçılarına məlumat verib. “Hazırda strategiyamızın əsas məqsədi hər bir yerdə mobil rabitənin keyfiyyətini yaxşılaşdırmaq, regionlarda 4G şəbəkəsini genişləndirmək, ən son xidmətlər və yeni biznes həllərini təqdim etmək, yüksəksürətli interneti dəstəkləyən sərfəli mobil cihazları bazara çıxarmaqdır. Bütün bunlar, mobil texnologiya vasitəsilə abonentlərimizin gündəlik həyatını və işgüzar fəaliyyətini asanlaşdırmağa xidmət edəcəkdir”, - deyə Vahid Mürsəliyev vurğulayıb. İlin əvvəlindən texnoloji layihələrə və şəbəkəyə böyük yatırımların edildiyini bildirən şirkət prezidenti 2018-ci ilin əvvəlindən “Azercell”in bazar payının 1% artaraq ümumilikdə 49%-ə çatdığını, “Azercell”in şəbəkəyə yeni qoşulan abunəçilərin və cari ildə mobil internet istifadəçilərinin sayına görə də lider olduğunu qeyd edib.
Şirkət prezidenti 5G şəbəkəsinin perspektivləri haqqında da konfrans iştirakçıları ilə öz fikirlərini bölüşüb. Hazırda dünyada mobil texnologiya bazarında böyük dəyişikliklərin baş verdiyindən, infrastruktur layihələrin həyata keçirildiyindən, yeni standart naqilsiz rabitədə daha geniş zolaq, yüksək sürət, internetə rahat çıxış və əhatə dairəsi, enerjidən daha səmərəli istifadə və ən önəmlisi, böyük əhəmiyyətə malik M2M və IoT (Əşyaların İnterneti) əlavələrdə istifadə olunan ultra-aşağı ləngimə (4G ilə müqayisədə 30 dəfə sərfəli) kimi müsbət yeniliklər vəd etdiyindən söz açıb. Yaxın vaxtlarda Virtual Reallıq və Genişləndirilmiş Reallıq kimi məlumata ac texnologiyaların istifadəyə veriləcəyi faktına əsaslanaraq, şəbəkələrin böyük həcmdə məlumatları ötürmək qabiliyyətinə malik olmalı olduğunu vurğulayıb.
Vahid Mürsəliyev bildirib ki, 5G şəbəkəsi bazarda öz mövqeyini birdən-birə deyil, müəyyən müddət ərzində bərqərar edəcəkdir və “Azercell” də öz növbəsində, Azərbaycan rabitə bazarında təsdiq edilmiş yenilikçi kimi, hər zaman yeni texnologiyaları təqdim etməyə hazırdır.
Tədbirdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadə, Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean Regionu üzrə iqtisadi və sosial Komissiyasında İnformasiya və Kommunikasiya texnologiyaları və inkişaf bölməsinin rəhbəri Atsuko Okuda, “Cisko Systems” şirkətinin ölkələrin rəqəmsallaşdırılması üzrə Akselerasiya Proqramının qlobal əməliyyatlar direktoru Enriko Albertin, “Türk Telekom” İnternational şirkətinin baş icraçı direktoru Mehmet Toros, “Türkcell” şirkətinin baş icraçı direktoru Kaan Terzioğlu və digərləri mövzu ətrafında fikir mübadiləsi aparıblar. Qeyd edək ki, tədbirdə “Genişzolaqlı bağlantı”, “Süni intellekt”, “Əşyalar interneti”, “Elektron xidmətlər”, “İKT əsaslı startaplar və innovativ sahibkarlıq”, “Dördüncü Sənaye İnqilabı”, “Elmtutumlu istehsalat”, “Kiberhazırlıq” kimi mövzular da müzakirə olunub. Konfransın bundan sonra ənənəvi olaraq hər il “Bakutel” beynəlxalq sərgisi çərçivəsində təşkil olunması nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

