Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında özəl şirkətlərin roluna dair müzakirələr aparılıb
16.05.2019 [09:38]
Mayın 15-də Bakıda Azərbaycan Respublikası Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında özəl şirkətlərin rolu” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”ndən irəli gələn məqsədlər və Azərbaycanın DİM-lərə nail olunması istiqamətində gördüyü işlər barədə danışıb. O, ölkəmizdə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradıldığını, Şura çərçivəsində aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirildiyini, Azərbaycanın inkişaf prioritetlərinin DİM-lərə uyğunlaşdırıldığını və ölkəmizdə həyata keçirilən dövlət proqramları və digər sənədlərdə DİM-lərin nəzərə alındığını qeyd edib. Baş nazirin müavini Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində dövlət-özəl sektor əməkdaşlığının, bu sahədə maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb, Azərbaycanın regionda ilk ölkə olaraq BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna Azərbaycanın İkinci Könüllü Milli Hesabatının təqdim olunacağını bildirib.
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandro Frakassetti DİM-lərə çatmaq üçün görüləcək tədbirlər, bu sahədə Azərbaycanla əməkdaşlıq barədə fikirlərini bölüşüb. DİM-lərin həyata keçirilməsi istiqamətində ölkəmizin ciddi addımlar atdığını vurğulayan A.Frakassetti bu sahədə Azərbaycan hökuməti ilə əməkdaşlıqdan məmnunluğunu bildirib, Azərbaycanın 2017-ci ildə Könüllü Milli Hesabatını təqdim edən ilk ölkələrdən olduğunu diqqətə çatdırıb.
İqtisadiyyat Nazirliyinin dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov “DİM-in qlobal məqsəd, hədəf və göstəricilərin milli prioritetlərə uyğunlaşdırılması və DİM-lərdə özəl sektorun rolu” mövzusunda təqdimatla çıxış edib.
“Dayanıqlı İnkişaf Məqsədləri və özəl sektor” panel müzakirədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkə iqtisadiyyatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər, aparılan iqtisadi islahatlar barədə məlumat verib. Sahibkarlığın inkişafının, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılmasının ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən olduğunu, son zamanlar köklü islahatların aparıldığını vurğulayan S.Məmmədov bu sahədə görülən işlərin nəticəsi olaraq, ümumi daxili məhsulda özəl sektorun payının 85 faizə, məşğulluqda isə 76 faizə çatdığını qeyd edib. Bütün bunlar isə DİM-in səmərəli icrası baxımından mühüm əhəmiyyət kəsb edir. Özəl sektora göstərilən çoxşaxəli dövlət dəstəyi tədbirləri dövlət-özəl sektor münasibətlərini daha da inkişaf etdirməklə qarşıya qoyulmuş hədəflərə nail olunmasına öz töhfəsini verir.
O, əldə olunan nailiyyətlərin beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini qeyd edib. Belə ki, Dünya Bankı tərəfindən hazırlanan “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın ən islahatçı 10 ölkəsi siyahısına daxil edilib və ən çox islahat aparan ölkə elan olunub. Hesabatda Azərbaycanın mövqeyi 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerə, MDB ölkələri arasında isə liderlik mövqeyinə yüksəlib.
Paneldə çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, “Ernst & Young Holdings” şirkətinin Azərbaycan və Gürcüstan üzrə rəhbəri Günel Fərəcova, Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aliyə Əzimova və “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyinin sədri Səkinə Babayeva DİM-lərin səmərəli icrasında özəl sektorun rolundan danışıblar.
Panel iclasda DİM-lərə nail olmaq üçün dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi, bu sahədə sahibkarlığın töhfəsi barədə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

