/ / Çex Respublikası Parlamentinin Deputatlar Palatasının nümayəndələri Azərbaycan Milli Aviasiya Akademiyasında olublar
Çex Respublikası Parlamentinin Deputatlar Palatasının nümayəndələri Azərbaycan Milli Aviasiya Akademiyasında olublar
18.05.2019 [09:58]
Ölkəmizdə səfərdə olan Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçekin başçılıq etdiyi nümayəndə heyəti mayın 17-də Azərbaycan Milli Aviasiya Akademiyasında olub.
AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə akademiyanın Pilotların Hazırlığı Mərkəzi ilə tanış olublar. Sonra Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev Çexiya nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan-Çexiya əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edən rektor Arif Paşayev Azərbaycan aviasiyası barədə qonaqlara məlumat verib.
Ölkəmizin Çexiya ilə əlaqələrə önəm verdiyini, iki ölkə arasında əməkdaşlığın inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin, bu səfərlər zamanı əldə edilmiş razılaşmaların əhəmiyyətini vurğulayan Arif Paşayev bildirib ki, Azərbaycan və Çexiya siyasi, iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq edir. İki ölkə arasında mövcud əməkdaşlığın yüksək inkişaf potensialı olduğunu vurğulayan akademik mülki aviasiya sahəsində də geniş imkanların olduğunu deyib.
Arif Paşayev Milli Aviasiya Akademiyası, “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti və Heydər Əliyev Beynəlxalq Aeroportu barədə qonaqlara məlumat verərək bildirib ki, 2018-ci ildə Azərbaycan mülki aviasiyasının 80 illik yubileyi təntənəli qeyd olunub. Hazırda AZAL postsovet məkanında mülki aviasiya sahəsində aparıcı aktorlardan birinə çevrilib, beynəlxalq aviasiya birliyinin üzvü olub. 2014-cü ildə Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni müasir terminalı istifadəyə verilib. Aeroport bu yaxınlarda nüfuzlu “Skytrax” auditor şirkətinin ən yüksək “5 Ulduz” qiymətinə layiq görülüb. Bu ən yüksək qiymət Heydər Əliyev Beynəlxalq Aeroportundan başqa cəmi 8 aeroporta verilib. AZAL isə qısa müddət ərzində geniş füzelyajlı “Boeing”, “Airbus”, “Embraer” kimi ən müasir təyyarələrin, qərbdə istehsal olunmuş helikopterlərin istismarına başlayıb. 2017-ci ildə aşağı büdcəli “Buta Airways” aviaşirkəti yaradılıb.
Pilotların Hazırlığı Mərkəzi barədə danışan rektor buranın MDB məkanında ən böyük tədris mərkəzi olduğunu vurğulayıb. O, mərkəzdə hazırkı pilotların gələcək pilotlara dərs keçdiyini bildirib. Akademik, həmçinin mərkəzdə Rusiya, Özbəkistan və digər ölkələrdən pilotların təcrübə keçdiyini də diqqətə çatdırıb.
Rektor Azərbaycanın Çex Respublikasının mülki aviasiya sistemində mövcud bir sıra mülki və hərbi təyyarələrlə maraqlandığını bildirib.
Ölkəmizdə olmaqdan məmnunluğunu ifadə edən Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri R.Vondraçek akademik Arif Paşayevi Çexiyaya səfərə dəvət edib.
“İki gün ərzində biz bir sıra görüşlər keçirdik, Azərbaycanın bir sıra sahələrdəki təcrübəsi ilə yaxından tanış olduq. Azərbaycan Prezidenti İlham Əliyevlə görüşümüz çox səmərəli keçdi. Azərbaycan Prezidenti də vurğuladı ki, bizim ölkələrimiz arasında iqtisadi əməkdaşlığın yaxşı perspektivləri mövcuddur. Nümayəndə heyətinin Azərbaycana səfərinin məqsədi ölkələrimiz arasında mövcud olan çox yaxşı münasibətlərin daha da inkişaf etdirilməsi işinə töhfə verməkdir”.
R.Vondraçek Azərbaycanda müxtəlif sahələrdə aparılan köklü islahatların təqdir edildiyini, çex investorları tərəfindən ölkəmizə böyük maraq olduğunu diqqətə çatdırıb.
Çexiya mülki aviasiyası barədə məlumat verən qonaq bir sıra mülki və hərbi təyyarələrin istehsalı, istismarı və təmiri, eləcə də aviasiya vasitələrinin modernləşdirilməsi və yenilənməsi, texniki baxımdan yerli şəraitə uyğunlaşdırılmış müasir təyyarələr barədə danışıb.
Görüşdə Azərbaycanla Çexiya arasında aviasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub, Bakı-Praqa-Bakı marşrutu üzrə aviareyslərin sayının artırılması və ikitərəfli təcrübə mübadiləsinə dair geniş fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

