Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılır
28.08.2019 [09:27]
Prezident İlham Əliyev: Biz mühüm islahatlar həyata keçirmişik ki, bu da bizə ölkədə biznes mühitinin yaxşılaşdırılması və sərmayə cəlb etmək imkanı yaradıb
Yeni şəraitdə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və iqtisadiyyatın neftdən asılılığının azaldılması Azərbaycanın qarşıya qoyduğu prioritet hədəflər sırasında yer alır. Buna nail olmaq üçün respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının və ixracının stimullaşdırılması, daxili tələbatın yerli istehsal hesabına təmin edilməsi istiqamətində kompleks və ardıcıl işlər görülür. O cümlədən ölkəmizdə neftdənkənar iqtisadiyyatın həcminin artmasında özəl bölmənin inkişafına yönələn islahatların və dəstək tədbirlərinin önəmini xüsusi qeyd etmək lazımdır.
Ardıcıl dəstək tədbirlərinin nəticəsində milli iqtisadiyyatımızda özəl bölmənin xüsusi çəkisinin artması təqdirəlayiq haldır
Son illərdə milli iqtisadiyyatımızda özəl bölmənin xüsusi çəkisinin getdikcə artması ölkəmizin müsbət reallıqlarından biri kimi diqqəti cəlb edir. 2018-ci ildə sənayedə özəl sektorun payı 83,2 faiz, 2019-cu ilin birinci yarısında isə 82,5 faiz olub. Eyni zamanda, aqrar sektorda sahibkarların investisiyaları hesabına yaradılan iri fermer təsərrüfatları, müasir aqroparklar regionlarda iqtisadi aktivliyin artmasında mühüm rol oynayır.
Respublikamızda qısa müddətdə iqtisadi proseslərə təsir imkanları artan güclü sahibkarlar ordusunun formalaşmasında ardıcıl surətdə həyata keçirilən məqsədyönlü islahatlar, həmçinin bu sektora dövlət tərəfindən həyata keçirilən dəstək tədbirləri çox mühüm rol oynayıb. Təsadüfi deyil ki, bir qədər bundan əvvəl Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə dövlətimizin başçısı ölkəmizdə biznes mühitinin daha da optimallaşdırılması istiqamətində görülən tədbirlərə xüsusi diqqət çəkib. “Biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılıb”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Bütövlükdə, respublikamızda özəl bölmənin inkişafına yönələn tədbirlərin əhatə dairəsi kifayət qədər genişdir. O cümlədən sahibkarlıq subyektlərində yoxlamaların dayandırılmasının müddəti 2021-ci ilədək uzadılıb, investisiyaların qorunması, ixracın təşviqi ilə bağlı səmərəli mexanizmlər işə salınıb, vegi bazasının genişləndirilməsi yolu ilə sahibkarların vergi yükü azaldılıb, biznesə başlama, enerji sisteminə və digər kommunikasiya şəbəkələrinə qoşulma prosedurları, lisenziyalaşdırma mexanizmi sadələşdirilib, elektron xidmətlər şəbəkəsi genişləndirilib. Prezident İlham Əliyev V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində söylədiyi nitqində ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması məqsədilə reallaşdırılan islahatların önəminə diqqət çəkərək vurğulayıb: “Son 15 ildə bizim iqtisadiyyatımız ən sürətlə inkişaf edən iqtisadiyyatlar sırasında olub. Biz mühüm islahatlar həyata keçirmişik ki, bu da bizə ölkədə biznes mühitinin yaxşılaşdırılması və sərmayə cəlb etmək imkanı yaradıb”.
Yeni iqtisadi şəraitdə həyata keçirilən islahatlar çərçivəsində özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi sahibkarlar üçün yeni imkanlar açıb. Qeyd edək ki, dövlət başçısının “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 2018-ci il 31 iyul tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılıb və “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” təsdiq edilib. Yeni qaydalara əsasən, güzəştli kreditlərdən daha səmərəli istifadə məqsədilə Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 6 faizdən 5 faizə endirilib. Eyni zamanda, yeni qaydalarda ortahəcmli kreditlərin hədləri dəyişdirilərək 50 001 manatdan 1 000 000 manatadək artırılıb. Bütövlükdə, son 16 ildə ölkə üzrə investisiya layihələrinin ümumi dəyəri 5,1 milyard manat olan 35 mindən çox sahibkara 2,3 milyard manat güzəştli kredit verilib. O cümlədən 2019-cu ilin 6 ayında İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarların maarifləndirilməsi, nümunəvi investisiya layihələrinin təqdim olunması, güzəştli kreditlərin verilməsi ilə bağlı 1500 sahibkarın iştirakı ilə 12 işgüzar forum keçirilib, müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 178 milyon manat olan 510 investisiya layihəsinin maliyyələşdirilməsinə 50 milyon manatadək güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1265 yeni iş yerinin açılmasına imkan yaradır. Güzəştli kreditlərin 68%-i aqrar sektorun, 32%-i sənaye istehsalı və emalının, eləcə də 44%-i regionların, 56%-i isə Bakı qəsəbələrinin payına düşür.
Ölkəmizdə özəl bölmənin imkanlarının genişlənməsinə, həmçinin bütün ölkə boyunca yaradılan müasir infrastruktur da öz müsbət təsirini göstərib. Respublikamızda son 16 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılan güclü infrastruktur Azərbaycanı dünyada qabaqcıl ölkələr sırasına çıxardıb. Böyük həcmlərdə dövlət əsaslı vəsait qoyuluşu hesabına yaradılan infrastruktur obyektləri bir tərəfdən insanların həyatına rahatlıq gətirir, digər tərəfdən isə ölkə üzrə iqtisadi aktivliyin artmasına müsbət təsir göstərir. Prezident İlham Əliyev Azərbaycan-Polşa biznes forumundakı nitqində bu amilə diqqət çəkərək vurğulayıb: “Ölkəmizdə həyata keçirilən infrastruktur layihələri biznes şəraitini daha da yaxşılaşdırır. Çünki yollar, kommunikasiyalar olan yerlərdə, əlbəttə ki, biznes dairələri də özlərini daha rahat hiss edirlər. Son illərdə Azərbaycanda infrastruktur layihələrinin icrasına çox böyük diqqət yetirilmişdir. Hesab edirəm bu sahədə əldə edilmiş nəticələr deməyə əsas verir ki, bu layihələr öz bəhrəsini verir, həm insanlara rahatlıq gətirir, eyni zamanda, iş adamlarının fəaliyyətini yüngülləşdirir. Yol tikintisi, qazlaşdırma, elektrik enerjisi ilə bağlı aparılan bütün bu işlər, o cümlədən biznes üçün gözəl şərait yaradır”.
Bütün ölkə boyu yaradılan “KOB Dostu” şəbəkəsi kiçik və orta biznesin inkişafında mühüm rol oynayır
Respublikamızda özəl sektorun dəstəklənməsi strategiyası çərçivəsində həmçinin kiçik və orta biznesin (KOB) iqtisadiyyatda rolunun artırılması davamlı olaraq diqqət mərkəzində saxlanılır. KOB-lara dəstək məqsədi ilə yaradılmış Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2019-cu ilin yanvar-iyun ayları ərzində mikro, kiçik və orta sahibkarların məlumatlandırılması, onlara müxtəlif xidmətlərin göstərilməsi, yeni dəstək mexanizmlərinin yaradılması, KOB-ların maraqlarının müdafiəsi istiqamətində müvafiq tədbirlər görülüb.
Cari ilin birinci yarısında vergi, gömrük, qida təhlükəsizliyi, kommunal xidmətlərə qoşulma və maliyyə resurslarına çıxış imkanlarına dair təşkil olunmuş onlayn maarifləndirmə tədbirlərindən 1500-dən çox sahibkar yararlanıb. Agentlik tərəfindən KOB-ların müxtəlif tədbirlərdə iştirakına, məhsul və xidmətlərinin tanıdılmasına və satışına, işgüzar əlaqələrinin genişləndirilməsinə dəstək göstərilməsi məqsədilə Bakıda və ölkə regionlarında təşkil olunmuş 5 böyük sərgi və festivalda mikro və kiçik sahibkarların iştirakı təmin edilib.
Son vaxtlarda bütün ölkə boyu yaradılan “KOB Dostu” şəbəkəsi də kiçik və orta biznesin inkişafında mühüm rol oynayır. Avqustun 22-də Xəzər rayonunda İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin növbəti “KOB Dostu” fəaliyyətə başlayıb. Bu, ölkə üzrə sayca 16-cı, Bakı şəhəri üzrə isə 2-ci “KOB Dostu”dur. Hazırda KOB dostları ölkənin 14 şəhər və rayonunda sahibkarlara xidmət göstərir.
Yeni “KOB Dostu”nun istifadəyə verilməsi münasibətilə təşkil olunan tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Xəzər və ətraf rayonlarda fəaliyyət göstərən KOB-lar biznesin qurulması, mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, eləcə də hüquq və maraqlarının müdafiəsi kimi istiqamətlərdə “KOB Dostu”na müraciət edə bilərlər. Xəzər rayonu üzrə “KOB Dostu” sahibkarlıq sahəsində KOB-lara informasiya, məsləhət, təlim-tədris, hüquqi yardım, dövlət qurumları ilə əlaqələndirmə kimi sahələrdə dəstək və xidmətlər göstərəcək.
Azərbaycanda biznes mühitinin optimallaşdırılması istiqamətində görülən işlər beynəlxalq səviyyədə yüksək dəyərləndirilir
Əlamətdar haldır ki, respublikamızda özəl bölmənin dinamik inkişafını təmin etmək məqsədilə həyata keçirilən islahatlar beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Bu baxımdan Dünya Bankının yaydığı “Doing Business 2019” hesabatı xüsusilə xarakterikdir. Prezident İlham Əliyev yuxarıda bəhs olunan biznes forumundakı nitqində Dünya Bankının öz hesabatında Azərbaycanı dünya üzrə 10 ən islahatçı ölkə sırasına daxil etməsini yüksək dəyərləndirərək deyib: “Dünya Bankının “Doing Business 2019” hesabatında biznes mühitinin səviyyəsinə görə Azərbaycan 25-ci yerdədir və 10 ən islahatçı ölkə arasındadır”.
Hesabata əsasən, ölkəmiz “Tikinti üçün icazələrin alınması” və “Kreditlərin alınması” indikatorlarının hər biri üzrə 100 pillə irəliləyərək ciddi nailiyyət əldə edib. Bunlarla yanaşı, “Kiçik investorların maraqlarının qorunması” indikatoru üzrə dünyada 2-ci yerə yüksəlməyə, “Biznesə başlama” indikatoru üzrə isə ilk onluğa düşməyə nail olunub. Bütövlükdə “Doing Business 2019” hesabatının 10 indikatorundan 8-i üzrə mühüm irəliləyiş qeydə alınıb. Eyni zamanda, əmək bazarının tənzimlənməsi indikatoru üzrə də aparılmış islahatlar Dünya Bankının ekspertləri tərəfindən qəbul edilib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14

