Mərkəzi Bank uçot dərəcəsini endirib
14.09.2019 [10:20]
Azərbaycan Respublikası Mərkəzi Bankının idarə heyəti uçot dərəcəsinin 25 baza punktu azaldılaraq 8,25 faizdən 8 faizə endirilməsi haqda qərar qəbul edib. Faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1,75 faizlik diapazonda müəyyən olunub.
Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, faktiki inflyasiya hədəf diapazonunun ortasından aşağıda qalır, qısamüddətli inflyasiya gözləntilərinin dinamikasında əhəmiyyətli dəyişikliklər müşahidə olunmur. Yenilənmiş proqnozlara görə bu ilin sonuna inflyasiya dəhlizin orta səviyyəsindən bir qədər yuxarı olmaqla hədəf diapazonu (4±2 faiz) daxilində qalacaq.
Risklər balansının təhlili göstərir ki, xarici amillər daxili amillərə nisbətən ortamüddətli perspektivdə inflyasiya üçün daha böyük təhdid potensialı daşıyır. Xarici amillərə başlıca olaraq qlobal ticarət və valyuta sferalarında olan gərginliklər, qlobal artım perspektivlərinin pisləşdiyi şəraitdə dünya əmtəə bazarlarında dəyişkənliyin artması aiddir. Mərkəzi Bank bu risklərin monitorinqini davam etdirəcək və inflyasiyanı hədəfdə saxlamaq üçün sərəncamındakı alətlərdən adekvat istifadə edəcək.
Faiz dəhlizinə dair növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfə uyğunluğu, daxili və xarici risklərin reallaşmasının inflyasiyaya təsirindən asılı olaraq veriləcək.
İnflyasiyanın dinamikası
İdarə heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən müddətdə qiymətlərin artım tempi azalıb, rəsmi statistikaya görə avqustda illik inflyasiya 2,4 faiz təşkil edib. İnflyasiya komponentlərindən olan ərzaq qiymətləri (4,7 faiz) ümumi inflyasiya səviyyəsini üstələyir, qeyri-ərzaq (1,2 faiz) və xidmətlər isə (0,1 faiz) ümumi inflyasiya hədəfi diapazonunun mərkəzindən aşağıda qalır. Ərzaq qiymətlərinin artım dinamikası qiymətlərə yüksək ötürücülüyü olan dünya bazarında bəzi ərzaq qiymətlərinin bahalaşmasından təsirlənir. Bütövlükdə, həm ümumi inflyasiya, həm də onun komponentləri hədəf diapazonu daxilində formalaşır.
Məcmu tələbin əsas komponenti olan istehlakın canlanması və dünya bazarında bəzi ərzaq qiymətlərinin bahalaşması şəraitində monetar şərait, ikitərəfli və çoxtərəfli məzənnələrdə sabitlik və mövsümi faktorlar inflyasiya proseslərinə stabilləşdirici təsir edir.
Real sektorun monitorinqinin nəticələrinə əsasən avqustda qiymət gözləntilərində ticarət, xidmət və tikinti sektorlarında azalma, qeyri-neft emal sənayesində isə artım müşahidə olunub.
Məcmu tələbin əsas komponentlərindən olan fiskal xərclərin artması və istehlakın genişlənməsi meyilləri şəraitində bu ilin sonuna inflyasiyanın hədəf intervalında (4±2 faiz) formalaşacağı proqnozlaşdırılır. Ortamüddətli dövrdə inflyasiya səviyyəsi xarici və daxili risklərin reallaşması miqyasından asılı olacaq.
Monetar şərait
Monetar şərait neytrallığa yaxınlaşmaqda davam edir. İlin əvvəlindən manatla pul bazası 6,6 faiz artıb. Vahid xəzinə hesabı qalığının və Mərkəzi Bankın sterilizasiya portfelinin dəyişimi pul bazasını trayektoriyasını müəyyənləşdirən başlıca amillərdir.
Monetar şəraitin yumuşaldılması pul bazarında formalaşan kredit və depozit faizlərinə azaldıcı təsir göstərməkdədir. Dövlət qiymətli kağızları bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi parametrlərinin dinamikasına paralel şəkildə dəyişir.
İqtisadi aktivlik
Bu ilin yanvar-iyul aylarında ümumi daxili məhsul real olaraq 2,5 faiz artıb. Qeyri-neft sektorunda artım 3 faiz olub və əsasən ticari sektordan qaynaqlanıb. Real sektorun monitorinqi əsasında hesablanan biznes inam indeksi son ayda qeyri-neft sənayesində artıb, ticarətdə azalıb, xidmət və tikinti sektorlarında isə dəyişməz qalıb.
İstehlakın və qeyri-neft investisiyalarının genişlənməsi şəraitində qabaqlayıcı tsikl göstəricilərinin əksəriyyəti yüksəlməyə meyillidir.
Neft qiymətlərinin cari səviyyəsi (ilin ötən dövründə 65 ABŞ dollar) şəraitində xarici ticarət balansı profisitli olub. İlkin məlumata görə 8 ayda ixrac 5,1 faiz, o cümlədən qeyri-neft ixracı 15,4 faiz artıb, monetar qızıl nəzərə alınmadan qeyri-neft idxalının artım tempi 11,7 faiz təşkil edib.
Profisitli tədiyə balansı şəraitində valyuta bazarında təklif tələbi üstələməkdə davam edir.
Ölkənin strateji valyuta ehtiyatları ilin əvvəlindən 10,5 faiz və ya 4,7 milyard dollar artaraq 49,4 milyard dollara çatıb.
Dünya ərzaq qiymətləri cari ilin əvvəlindən 5,1 faiz, o cümlədən ət məhsulları üzrə 10,7 faiz, süd məhsulları üzrə isə 14,4 faiz yüksəlib (mənbə: BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı).
Bütövlükdə, qlobal iqtisadi aktivliyin zəifləməsi perspektivləri, tərəfdaş ölkələrdə iqtisadi artımın səngiməsi və ixrac qiymətlərinin aşağı düşməsi xarici tələb amillərinə təsir göstərməklə Azərbaycanda iqtisadi artım üçün potensial təhdidlər yarada bilər.
İnflyasiya riskləri
Qısamüddətli proqnoz horizontunda inflyasiyaya təsir göstərəcək başlıca amil məcmu tələbin əsas komponenti olan istehlakın genişlənməsidir. Fiskal stimulların artdığı və istehlak kreditləşməsində aktivləşmə şəraitində istehlakın və idxalın daha əhəmiyyətli genişlənməsi mümkündür. Fiskal genişlənməyə paralel olaraq pul kütləsinin artımı inflyasiya mühitinə təsir göstərən amillərdəndir.
Ortamüddətli dövrə risk amilləri əsasən xarici sektordan gələ bilər. Qlobal ticarət və valyuta sferasında olan gərginliklərin davam etməsi qlobal iqtisadi aktivliyin zəifləməsi risklərini yüksəldir. Bu şəraitdə son aylar neftin dünya qiyməti üzrə dəyişkənlik diapazonu genişlənib.
Bu qərar sentyabrın 13-də qüvvəyə minir. Mərkəzi Bankın idarə heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı barədə məlumat oktyabrın 25-də ictimaiyyətə açıqlanacaq və bu tarixdə qrafikə uyğun olaraq mətbuat konfransı keçiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46

