Ucarda Çin texnologiyası əsasında becərilmiş pambıq sahəsində texnika ilə yığıma start verilib
12.10.2019 [10:31]
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun Ucar rayonunda yerləşən Şirvan Təcrübə Stansiyasında Çin texnologiyası ilə əkilən pambıq sahəsində yığıma start verilib. Kənd Təsərrüfatı naziri İnam Kərimov, Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, Ucar Rayon İcra Hakimiyyəti strukturlarının məsul şəxsləri, nazirliyin tabeli qurumlarının, Azərbaycan Dövlət Aqrar Universitetinin, pambıqçılıq üzrə ixtisaslaşmış rayonların Dövlət Aqrar İnkişaf mərkəzlərinin, həmçinin pambıq tədarükü məntəqələrinin rəhbərləri, çinli mütəxəssis Dey Xun Vi və pambıqçı fermerlərin iştirakı ilə pambıq sahəsinə baxış keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kənd Təsərrüfatı naziri İnam Kərimov pambıq sahəsində məhsuldarlıqla bağlı çinli mütəxəssislər və yerli fermerlərlə fikir mübadiləsi aparıb.
Daha sonra Şirvan Təcrübə Stansiyasının torpaq sahəsində Çinə məxsus innovativ texnologiya əsasında əkilən pambığın kombaynla yığım prosesinə start verilib. Kənd Təsərrüfatı naziri İnam Kərimov 57 yaşlı qadın mexanizator Gülsurə İbadovanın idarə etdiyi kombaynda yığım prosesini izləyib.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov bu il pambıq becərilməsi zamanı aqrotexniki qulluq qaydalarına daha düzgün riayət edildiyini, gübrə təminatının vaxtında həyata keçirildiyini bildirib. Bu amillərin məhsuldarlığa müsbət təsir göstərəcəyini deyən şöbə müdiri qeyd edib ki, nazirlik tərəfindən 2019-cu ildə də pambıqçılıq sahəsində müasir innovativ üsullar tətbiq olunub. Ucar rayonu ərazisində 10 hektar sahədə Çin texnologiyası əsasında müasir üsullarla pambıq əkini həyata keçirildiyini deyən İmran Cümşüdov, sınaq əkinlərinin uğurlu nəticə verdiyini bildirib. Onun sözlərinə görə, həmin sahənin hər hektarından 70-80 sentner məhsul götürüləcəyi proqnozlaşdırılır.
Bildirilib ki, ənənəvi əkin və becərmə üsullarından fərqli olaraq Çin texnologiyası əsasında becərilən 10 hektarlıq sahə lazer mala ilə hazırlanıb. Hazırda Çində tətbiq edilən bu texnologiyanın üstünlükləri ondan ibarətdir ki, lazer malalama torpağın təkrar şoranlaşmasının qarşısını alır, suya qənaət olunur, toxumların bərabər səviyyədə çıxmasına şərait yaradır, nəticədə məhsuldarlıq artır.
Yeni sistemin texniki üstünlüyü ondan ibarətdir ki, bir gedişlə 3 əməliyyatı (çiyidin səpilməsi, damcılı suvarma borusunun sərilməsi, polietilen örtüyün açılması) yerinə yetirmək mümkündür. Eyni zamanda, yeni innovativ texnologiya hər hektara düşən bitki sıxlığının çox olması ilə fərqlənir. Belə ki, Çin texnologiyası əsasında cərgəarası 90 santimetr olmaqla, hər hektarda 200-220 min toxum səpilir. İndiyədək ənənəvi üsulla aparılan əkində isə hər hektarda 100-110 min toxum səpilirdi.
Torpaqda buxarlanmanın qarşısının alınması, nəmlik ehtiyatının yaradılması da pambığın innovativ texnologiya ilə əkilməsinin üstün cəhətlərindəndir. Çin texnologiyası əsasında pambığın əkini və becərilməsi zamanı polietilen örtükdən istifadə olunması alaq otlarının inkişafını məhdudlaşdırır ki, bu da ənənəvi üsulla müqayisədə əsas üstünlüklərdən biri sayılır. Bundan başqa, polietilen örtük toxumun inkişafı üçün yaxşı temperatur rejimi yaradır, bununla da erkən səpini həyata keçirmək mümkün olur.
Tədbir iştirakçılarına bildirilib ki, bu il ölkədə ilk dəfə olaraq Ucar rayonunda Çin texnologiyası ilə əkilmiş pambıq sahəsində dron vasitəsilə qırmızı tor gənəsinə qarşı yeni innovativ kimyəvi mübarizə aparılıb.
Qeyd olunub ki, Azərbaycanda kənd təsərrüfatına yararlı torpaq sahəsinin az olması intensiv üsulla məhsuldarlığın artırılmasını zəruri edir. Nazirliyin mütəxəssisləri pambıqçılıqla bağlı üç model təsərrüfatın yaradıldığını bildiriblər. Belə ki, Çin texnologiyası ilə yanaşı, Beyləqanda türk, Tərtər və Salyanda yunan model təsərrüfatları da təşkil olunub. Bu innovativ texnologiya alaq otlarına qarşı mübarizə tədbirləri və suvarma üçün daha az vəsait xərclənməsinə səbəb olur. Hazırda əsas məqsəd yüksək məhsuldarlığa imkan verən bu pilot layihələrin gələcəkdə daha geniş ərazilərdə tətbiqinə nail olmaqdır. Bununla bağlı, Azərbaycan Dövlət Aqrar Universitetinin müəllim və tələbələrinə Çin texnologiyası əsasında pambıq əkininin həyata keçirilməsi ilə bağlı ətraflı məlumatın verilməsi, eləcə də pambıqçılıqla məşğul olan şirkətlərə bu innovativ layihənin üstünlüklərinin nümayiş etdirilməsi nəzərdə tutulur.
Tədbirin sonunda yeni texnologiyanın tətbiqi ilə əlaqədar fermerlərin sualları mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb, respublikanın pambıq sahələrində bu il gözlənilən yüksək məhsuldarlıqla bağlı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxGündəm
27 Sentyabr 09:08
Formula 1
27 Sentyabr 08:15
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36

