Azərbaycanda bütün infrastruktur layihələri ardıcıl şəkildə icra olunur
14.08.2020 [11:59]
Prezident İlham Əliyev: Bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edib
Son 17 ildə Azərbaycanın müsbət mənzərəsini şərtləndirən əsas amillərdən biri bütün ölkə boyunca həyata keçirilən müasir infrastruktur quruculuğu ilə bağlıdır. Məlum olduğu kimi, respublikamızda 2004-cü ildən etibarən Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanlarla təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları uğurla reallaşdırılır. İndiyədək respublikamızda üç belə Dövlət Proqramının icrası yekunlaşıb. Hazırda 4-cü regional inkişaf proqramının icrası müvəffəqiyyətlə davam etdirilir. Bir qədər bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə söylədiyi nitqində dövlətimizin başçısının bildirdiyi kimi, regional inkişaf proqramlarında infrastruktur quruculuğu əsas prioritetlərdən biri kimi müəyyənləşdirilmişdi. Ötən dövrdə yüksək səviyyədə icra olunan infrastruktur layihələrinin önəminə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Biz ölkəmizdə bütün infrastruktur layihələrini ardıcıl şəkildə icra edirik. Bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edib. Əgər biz bu layihələri icra etməsəydik, bu gün ölkəmizin dayanıqlı inkişafı mümkün ola bilməzdi”.
Ölkə üzrə yüksək səviyyəli infrastruktur quruculuğu müxtəlif istiqamətləri əhatə edir
Respublikamızda reallaşdırılan infrastruktur layihələri ayrılıqda götürülmüş bir sahəni deyil, müxtəlif istiqamətləri əhatə edir. O cümlədən paytaxt Bakıda və bölgələrdə elektrik enerjisi təsərrüfatının əsaslı şəkildə yenilənməsi respublikamızda müasir infrastruktur quruculuğuna yaxşı nümunədir. Ölkəmizdə enerji müstəqilliyinə nail olunması milli təhlükəsizliyin vacib bir komponenti kimi müəyyənləşdirilib. Son 17 ildə respublikamızda elektrik enerjisi təsərrüfatının müasir standartlar səviyyəsində yenidən qurulması və yeni generasiya güclərinin yaradılması istiqamətində reallaşdırılan layihələrin statistikası çox zəngindir. Müstəqilliyimizin ilk vaxtlarında ölkəmizdə enerji qıtlığı mövcud idi. Respublikamız elektrik enerjisinin istehsalı ilə bağlı böyük problemlərlə üzləşirdi, idxaldan asılı idik. Əlbəttə ki, ilk növbədə, bu sahədə vəziyyət normallaşdırılmalı idi. Çünki əks təqdirdə hər hansı bir inkişafdan söhbət gedə bilməzdi. Xatırladaq ki, 2004-cü ilə qədər Azərbaycanda 3900 meqavat gücündə cəmi 9 elektrik stansiyası mövcud idi. Son 17 ildə isə respublikamız 31 yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 3000 meqavatadək artırmağa nail olub. Həmçinin bir neçə il bundan əvvəl qəza baş verən “Azərbaycan” İstilik Elektrik Stansiyasında əsaslı yenidənqurma işləri başa çatdırılıb. Xəbər verildiyi kimi, “Azərbaycan” İstilik Elektrik Stansiyasının 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra Prezident İlham Əliyevin iştirakı ilə cari il iyunun 25-də istifadəyə verilib. Prezident İlham Əliyev məmnunluq hissi ilə bildirib ki, bu gün 30-dan çox elektrik stansiyamız enerji təhlükəsizliyini təmin edir. “Son vaxtlar bu sahədə daha böyük həcmli işlər görülüb və itirilmiş güclərin bərpası məsələləri öz həllini tapıb. Mövcud stansiyalarda təqribən 800 meqavatdan çox itirilmiş güclər bərpa edildi və bu proses davam etdirilir. Yəni, bütün enerji təsərrüfatı müasirləşir”, - deyə dövlətimizin başçısı bildirib.
Son 17 ildə Azərbaycanda əhalinin və iqtisadiyyatın su təminatının yaxşılaşdırılması istiqamətində də tarixi uğurlar qazanılıb. Bu sahədə reallaşdırılan layihələrdən bəhs edən dövlətimizin başçısı “Təbii ki, bu infrastruktur layihələri arasında içməli su və meliorasiya layihələri öz yerini tapıbdır. Son illərdə bu sahədə də böyük işlər görüldü”, - deyə bildirib. Ümumiyyətlə, bəhs olunan dövrdə paytaxt Bakıda və regionlarda həyata keçirilən su layihələri ölkəmizin su ehtiyatlarından daha səmərəli istifadə olunmasına hesablanıb. Regional inkişaf proqramlarının icrası çərçivəsində həyata keçirilən su layihələri sırasında Oğuz-Qəbələ-Bakı su kəmərinin önəmini ayrıca qeyd etmək lazımdır. Bu kəmərlə böyük həcmdə təmiz içməli su Bakı şəhərinə çatdırılır. Məlumdur ki, respublikamızın su ehtiyatlarının böyük hissəsi ölkə hüdudlarından kənarda formalaşır. Oğuz-Qəbələ-Bakı su kəməri isə sırf yerli mənbəyə istinadən inşa olunan böyük infrastruktur layihəsidir. Onu da vurğulayaq ki, bu layihə ilə bağlı hələ keçmiş sovet dönəmində də müzakirələr aparılırdı. Ancaq belə bir böyük investisiya tutumlu layihəni yalnız Azərbaycan müstəqillik qazandıqdan sonra reallaşdırmaq mümkün oldu. Bu fakt Azərbaycanın güclü dövlət olduğunu və daim sosial əhəmiyyətli layihələrin prioritetliyini təmin etdiyini əyani şəkildə təsdiqləyir.
Respublikamızda müstəqillik dövründə Taxtakörpü, Şəmkirçay, Göytəpə, Tovuzçay su anbarlarının və digər hidrotekniki obyektlərin inşası tarixi nailiyyətdir. Bütövlükdə, bəhs olunan dövrdə ölkəmizdə yaradılmış böyük su anbarlarının həcmi 470 milyon kubmetrdir ki, bu da kifayət qədər böyük həcmdir. Əgər 2004-cü ildə ölkə üzrə əhalinin fasiləsiz içməli su təminatı cəmi 24 faiz səviyyəsində idisə, hazırda bu göstərici 70 faizədək artıb. Paralel şəkildə, əkin sahələrinin su təminatı yaxşılaşıb, dövriyyəyə yeni torpaq sahələri cəlb olunub.
Son 17 ildə qazlaşdırma sahəsində də mühüm nəticələr qazanılıb. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumatda bildirilir ki, qurumun reallaşdırdığı çoxsaylı layihələrin nəticəsi olaraq 15 şəhər və rayonda qazlaşdırmanın səviyyəsi 100 faizə çatıb. Respublikamızda çoxsaylı qazlaşdırma layihələrinin həyata keçirilməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev deyib: “Görülmüş işlər nəticəsində bu gün qazlaşdırma ölkəmizdə 96 faizə çatıb. Deyə bilərəm ki, bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir”.
Heç şübhəsiz, ölkəmizdə qazlaşdırma bundan sonra da prioritet məsələlərdən biri kimi diqqət mərkəzində saxlanılacaq. Bu da onunla bağlıdır ki, respublikamızda əhalinin və iqtisadiyyatın “mavi yanacaq”a olan tələbatı getdikcə artır, həmçinin bizim elektrik stansiyalarımız yalnız təmiz enerji resursları - təbii qaz və su əsasında fəaliyyət göstərir.
Bunlarla yanaşı, reallaşdırılan çoxlu sayda layihələr sayəsində ölkə ərazisində həm magistral, həm də yerli əhəmiyyətli yolların keyfiyyət göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Müşavirədə də bildirildiyi kimi, respublikamızda yol-nəqliyyat infrastrukturu böyük dərəcədə müasirləşib. Bəhs olunan dövrdə respublika üzrə uzunluğu 16 min kilometrdən çox olan yollarda təmir-tikinti işləri aparılıb, 470 körpü və tunel istifadəyə verilib. Əlamətdar haldır ki, yolların yenidən qurulması layihələri həm respublikamızın ərazisindən keçən beynəlxalq əhəmiyyətli nəqliyyat dəhlizlərini, həm də kənd və qəsəbələrin yollarını əhatə edib.
Azərbaycanda reallaşdırılan infrastruktur quruculuğu beynəlxalq səviyyədə yüksək dəyərləndirilir
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, Azərbaycan bütün sahələrdə özünün yüksək standartlarını müəyyənləşdirir. Bunu biz infrastruktur quruculuğunda da aydın şəkildə görürük. Prezident İlham Əliyevin həyata keçirilən infrastruktur layihələri ilə bağlı əsas tələbi keyfiyyət amili ilə bağlıdır. Dövlət başçısının bu tələbinə həm layihələndirmə, həm də icra mərhələlərində ciddi şəkildə əməl olunur. Əsas məqamlardan biri də ondan ibarətdir ki, artıq yerli şirkətlərin və mütəxəssislərin səviyyəsi də yüksəlib, ölkəmizdə müxtəlif təyinatlı infarstruktur obyektlərinin layihələndirilməsini və icrasını məhz onlar həyata keçirirlər. Yeri gəlmişkən, respublikamızda reallaşdırılan genişmiqyaslı infrastruktur quruculuğu beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Bu baxımdan Davos İqtisadi Forumunun hesabatı da xarakterikdir. Dünyada böyük nüfuza malik forumun hesabatına diqqət çəkən dövlətimizin başçısı “Sadəcə olaraq, onu demək kifayətdir ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında bu sahədə görülmüş işlərə çox yüksək qiymət verilir. Hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci, dəmir yollarının səmərəliliyinə görə isə 12-ci yerdədir. Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan 27-ci yerdədir. Bütövlükdə, infrastrukturla bağlı olan vəziyyətə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir”, - deyə vurğulayıb.
Onu da qeyd edək ki, Azərbaycanda müxtəlif istiqamətlərdə reallaşdırılan infrastruktur layihələri həm iqtisadi, həm də sosial əhəmiyyət daşıyır. Ölkəmizdə belə layihələr bir qayda olaraq dövlət əsaslı vəsait qoyuluşu hesabına həyata keçirilir. Sonradan yerli və xarici investorlar yaradılmış şəraitdən bəhrələnməklə paytaxt Bakıda, bölgələrdə sənayeyə, kənd təsərrüfatına və xidmət sektorlarına böyük həcmlərdə sərmayələr yönəldirlər. Son illərdə ölkə üzrə yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması, bölgələrdə sənaye məhəllələrinin təşkil olunması, aqrar sektorda müasir yanaşmalar əsasında iri təsərrüfatların yaradılması və uğurla fəaliyyət göstərməsi deyilənlərə nümunədir.
Eyni zamanda, böyük həcmli investisiyalar hesabına yaradılan müasir infrastruktur əhalinin həyat səviyyəsinin yüksəlməsində mühüm rol oynayır. Elektrik enerjisi, “mavi yanacaq”, su ilə yüksək səviyyədə təminat, yaxşı yollar insanlarda böyük məmnunluq yaradır. Bu, eyni zamanda, mühüm sosial və iqtisadi əhəmiyyətə malik olmaqla ölkəmizin dayanıqlı inkişafı baxımından böyük önəm kəsb edir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59

