Azərbaycan elektroenergetikası 2003-2020-ci illərdə böyük inkişaf yolu keçib
25.08.2020 [09:20]
Prezident İlham Əliyev: Yeni generasiya güclərinin yaradılması bizim ümumi inkişafımızın təzahürüdür
Elektroenergetika sahəsinin hər bir ölkə üçün iqtisadi və sosial önəmi kifayət qədər böyükdür. Çünki lazımi həcmlərdə generasiya güclərinin olması iqtisadiyyatın inkişafını şərtləndirən əsas amil qismində çıxış edir. Ayrı-ayrı ölkələrin təcrübəsindən də bəlli olduğu kimi, elektroenergetika inkişaf etməsə, digər sahələrin də inkişafından söhbət açmaq mümkün deyil. Eyni zamanda, elektrik enerjisi insanların rahatlığının, məişətinin, necə deyərlər, ayrılmaz bir komponentinə çevrilib.
Bu baxımdan, respublikamızda 2003-2020-ci illərdə elektroenergetika sahəsinin inkişafına xüsusi diqqət yetirilməsi təqdirəlayiqdir. Bəhs olunan dövrdə ölkəmizdə əhalinin və iqtisadiyyatın elektrik enerjisinə artan tələbatını dolğun şəkildə ödəmək üçün çoxlu sayda böyük investisiya tutumuna malik layihələr həyata keçirilib və yeni generasiya gücləri yaradılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də 1000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının tikintisi ilə tanışlıqdan sonra energetiklərlə keçirdiyi görüşdəki çıxışında bildirib ki, yeni generasiya güclərinin yaradılması bizim ümumi inkişafımızın təzahürüdür. “Bu gün tam əminliklə deyə bilərəm ki, ölkəmizin elektroenergetika sahəsi öz sürətli inkişaf dövrünü yaşayır və bu, bizim inkişafımızın əsas şərtidir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Ölkəmizdə son 17 ildə reallaşdırılan infrastruktur layihələri sırasında elektrik stansiyalarının tikintisi xüsusi yer tutur
Azərbaycanda güclü elektroenergetika sisteminin qurulmasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətləri olub. Ulu Öndərimizin uzaqgörən siyasəti nəticəsində hələ keçmiş SSRİ dövründə respublikamızın elektrik enerjisinə olan tələbatının yerli imkanlar hesabına ödənilməsinin əsası qoyulmuşdu. Ulu Öndər Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıtdıqdan sonra respublikamızın enerji sisteminin möhkəmlənməsinə Özünün yeni töhfələrini verib. Onun böyük səyləri sayəsində bir sıra köhnə elektrik stansiyaları yenidən qurulub və yeniləri inşa edilib. Hələ sovet hakimiyyəti illərində inşasına başlanmış 150 MVt gücündə Yenikənd SES-in tikintisinin yekunlaşdırılması, Bakı İEM-də 2 müasir qaz turbininin quraşdırılması və 107 MVt həcmində yeni generasiya gücünün yaradılması, 400 MVt gücündə “Şimal” ES-in inşa edilib işə salınması məhz Ulu Öndər Heydər Əliyevin məqsədyönlü səylərinin nəticəsində mümkün olub. Bütövlükdə, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə 700 MVt-dan artıq yeni generasiya gücü yaradılıb ki, bu da kifayət qədər böyük həcmdir.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasət sonrakı mərhələdə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilib. 2003-cü ildən etibarən Prezident İlham Əliyevin daha geniş miqyasda həyata keçirdiyi strategiya nəticəsində ölkədə enerji təhlükəsizliyinə nail olunub. Məhz son 17 ildə generasiya güclərinin davamlı şəkildə artırılmasının nəticəsi olaraq Azərbaycan elektrik enerjisini idxal edən ölkədən bu sahədə ixracatçı ölkəyə çevrilib. Bu gün Azərbaycan qonşu dövlətlərə - Rusiya, İran və Gürcüstana, o cümlədən Gürcüstan üzərindən Türkiyəyə və oradan da Avropa bazarına elektrik enerjisi ixrac edir. Hazırda Azərbaycan enerji sisteminin ümumi generasiya gücü təqribən 7 min MVt təşkil edir ki, onun da yarısı son 17 il ərzində yaradılıb. Bəhs olunan dövrdə respublikamızın elektroenergetika sisteminin imkanlarının genişləndirilməsinə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Enerji sistemimizin müasirləşdirilməsi ölkəmizin ümumi inkişafı ilə uzlaşır və bütün işlər planlı şəkildə aparılır. Bildiyiniz kimi, infrastruktur layihələri arasında elektrik stansiyalarının tikintisi xüsusi yer tutur və deyə bilərəm ki, biz birinci növbədə bu məsələ ilə məşğul olmağa başlamışdıq. Təsadüfi deyil ki, 2004-cü ildə qəbul edilən regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramında elektrik stansiyalarının tikintisi xüsusi nəzərə alınmışdır”.
Son 17 ildə respublikamızda yeni generasiya güclərinin yaradılması ilə bağlı statistika kifayət qədər zəngindir. Xatırladaq ki, 2004-cü ilə qədər Azərbaycanda ümumi gücü 5236,1 MVt olan 10 elektrik stansiyası fəaliyyət göstərirdi. Onlardan 5-i istilik elektrik stansiyası, 5-i isə su elektrik stansiyası idi. 2004-2019-cu illərdə respublikamızda 32 yeni elektrik stansiyası (13 İES + 5 SES + 7 KSES + 1 Hirbid + 3 Günəş + 3 Külək) istismara verilib ki, onların da ümumi gücü 2896,8 MVt-a bərabərdir. Hazırda ölkəmizdə ümumi gücü 6774 MVt olan 40 elektrik stansiyası mövcuddur. Bütövlükdə, 2004-2019-ci illər ərzində güc artımının saldosu 1518,6 MVt təşkil edib. Bəhs olunan dövrdə ölkəmizin elektrik enerjisi təsərrüfatında uğurla reallaşdırılan layihələrə Astara, Xaçmaz, Şəki, Şahdağ, “Cənub”, “Şimal-2” və digər stansiyaların yüksək səviyyədə tikilib istifadəyə verilməsini misal göstərə bilərik. Şirvan şəhərində tikilən “Cənub” Elektrik Stansiyasının generasiya gücü təxminən 800 meqavata bərabərdir. Sumqayıt Elektrik Stansiyası 525 meqavat, Səngəçal Elektrik Stansiyası 299,3, Şahdağ Elektrik Stansiyası 104,4 MVt gücündədir. 2019-cu ildə istifadəyə verilən 400 meqavat gücündə “Şimal-2” stansiyasının məhz Bakıda inşa edilməsi respublikamızın generasiya güclərinin ölkə ərazisində daha bərabər şəkildə paylanmasına xidmət göstərir. Bundan başqa, respublikamızda Biləv, Füzuli, “Arpaçay-1”, Taxtakörpü, Şəmkirçay su elektrik stansiyaları, həmçinin Vayxır, “Qusar-1”, “İsmayıllı-1”, “Arpaçay-2”, “Göyçay-1”, “İsmayıllı-2”, “Balakən-1” kiçik su elektrik stansiyaları tikilib. Naxçıvan Muxtar Respublikasında tikilmiş su elektrik stansiyalarının generasiya gücü bütün muxtar respublikanın tələbatını ödəmək iqtidarındadır.Yeni yaradılan generasiya güclərinin bu gün ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadıqlarına diqqət çəkən dövlətimizin başçısı “İndi təsəvvür edin, əgər bunlar tikilməsəydi, bu gün biz yenə də əvvəlki illərdəki kimi, idxaldan asılı vəziyyətdə olacaqdıq və öz enerji təhlükəsizliyimizi təmin edə bilməyəcəkdik. Məhz elektroenergetika sahəsinə göstərilən diqqət və ayrılan dövlət sərmayəsi imkan verdi ki, bu gün biz öz tələbatımızı tam şəkildə ödəyirik. Eyni zamanda, bizdə güclü ixrac potensialı yaranmışdır. Daxili tələbatımızın artmasına baxmayaraq, bizim ixrac potensialımız ildən-ilə artır. 2004-cü ildən bu günə qədər bizim iqtisadiyyatımız və o cümlədən sənaye potensialımız üç dəfədən çox artmışdır. Müasir texnologiyaların tətbiqi nəticəsində Azərbaycanda həm generasiya gücləri yaranır, eyni zamanda, itkilər də azalmaqdadır”, - deyə bildirib.
Qobu enerji layihəsinin icrası ölkənin enerji sistemində bir mənbədən asılılığın aradan qaldırılmasına müsbət təsir göstərəcək
Yuxarıda sadalanan faktlar müstəqillik illərində ölkəmizin enerji təhlükəsizliyinin təmin olunması istiqamətində diqqətəlayiq uğurlar əldə olunduğunu təsdiqləyir. Ancaq Azərbaycanın davamlı inkişafı yeni generasiya güclərinin yaradılmasını şərtləndirir. Ölkəmizdə əhali artır, eyni zamanda, iqtisadiyyat genişlənir. Bu isə elektrik enerjisinə tələbatın artması deməkdir. Buna görə də respublikamızda güclü iqtisadi potensial əsas götürülməklə yeni generasiya güclərinin yaradılması hədəflənib. Böyük investisiya qoyuluşu hesabına həyata keçirilən Qobu enerji layihəsi buna misaldır. Qobu enerji layihəsi- 385 MVt gücündə elektrik stansiyası, 330 kV-luq yarımstansiya və 8 ədəd 330-110 kV-luq xətlərdən ibarətdir. Hazırda 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının inşası uğurla gedir. “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayevin bildirdiyinə görə, hasil olunan elektrik enerjisinin enerjisistemə ötürülməsi, Bakının və Abşeron yarımadasının elektrik enerjisi təchizatında 500/330/220 kilovoltluq “Abşeron” yarımstansiyasından asılılığın aradan qaldırılması, istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi təchizatının təmin edilməsi, respublika ərazisində 330 kilovoltluq dairəvi elektrik təchizat sxeminin yaradılması üçün bu yarımstansiya müstəsna rola malikdir. “Qobu” yarımstansiyasının xüsusi özəlliyi ondan ibarətdir ki, bu, Bakıda tikilən ilk 330 kilovoltluq yarımstansiya olacaq və ən əsası, ölkənin ən strateji yarımstansiyası olan 500 kilovoltuq “Abşeron” yarımstansiyasının əvəzedicisi funksiyasını daşıyacaq. “Qobu” yarımstansiyasının enerjisistemə inteqrasiyasının 2 mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Qobu enerji layihəsinin önəmindən bəhs edən Prezident İlham Əliyev deyib: “Son illərdə bu sahədə görülmüş işlər təqdirəlayiqdir. Bu gün təməl daşını qoyduğumuz “Qobu” Elektrik Stansiyası da bizim ümumi enerji potensialımızı gücləndirəcək, ixrac imkanlarımızı genişləndirəcək və eyni zamanda, bundan sonra daxili tələbatı təmin edəcək”.
“Qobu” enerji layihəsi, o cümlədən 385 meqavat gücündə “Qobu” Elektrik Stansiyasının tikintisi ölkənin enerji sistemində bir mənbədən asılılığı aradan qaldırmaq, Bakı şəhərinin, ümumilikdə Abşeron yarımadasının elektrik enerjisi ilə təchizatının dayanıqlılığını və etibarlılığını maksimum səviyyəyə çatdırmağa hesablanıb. Qobu enerji layihəsinin icrası həmçinin Bakətrafı qəsəbələrdə yaşayan sakinlərin məşğulluq imkanlarının artırılması baxımından da əhəmiyyətlidir. Belə ki, “Qobu” Elektrik Stansiyası və “Qobu” yarımstansiyasının işə salınması nəticəsində burada 120-dən artıq yeni iş yeri yaradılacaq. Bu stansiyanın tikintisi yaxın illərdə respublikada fəaliyyətə başlayacaq bir sıra qeyri-neft sənayesi obyektlərinin, o cümlədən Ələt qəsəbəsinin yaxınlığında yaradılacaq “Azad İqtisadi Zona”nın etibarlı elektrik enerjisi ilə təchizatında mühüm rol oynayacaq. “Qobu” layihəsinə dünyanın məşhur şirkətləri yüksək rəy verməklə yanaşı, onun tikintisində yaxından iştirak edirlər.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40

