Nazir: Azərbaycanda rəqəmsal inkişaf və innovasiyalar hökumətin siyasi gündəmində prioritetdir
18.12.2020 [09:26]
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və “FA International Trade Events” MMC-nin birgə təşkilatçılığı ilə “World Net Summit” adlı beynəlxalq onlayn konfrans baş tutub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatlar, xarici ölkələrdən yüksək səviyyəli dövlət nümayəndələri, nazirlər, ölkəmizdə fəaliyyət göstərən xarici diplomatik korpusun nümayəndələri, habelə dünyanın ilk süni intellektli humanoid robotu “Sofiya”, “Hanson Robotiks” şirkətinin yaradıcısı David Hanson, “Baykar Makina” şirkətinin texniki direktoru Səlçuk Bayraktar və digər xarici ekspertlər iştirak ediblər.
Onlayn tədbir iştirakçılarını salamlayan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi nəticəsində bölgədə sülhün təmin edildiyini bildirib. Nazir qeyd edib ki, bu, Azərbaycanın işğaldan azad olunan bölgələrinin inkişafı üçün yeni imkanlar yaradır və innovasiyalar sahəsində regional əməkdaşlığı inkişaf etdirir.
R.Quluzadə müasir texnologiyaların günümüzün əsas problemlərindən biri olan koronavirusun həllində mühüm rol oynadığını, rəqəmsal texnologiyaların pandemiyanın iqtisadi və sosial nəticələrinin daha ağır olmasının qarşısını aldığını diqqətə çatdırıb. Pandemiya dövründə bu texnologiyalardan istifadəyə ehtiyacın sürətlə artdığını söyləyən nazir vurğulayıb ki, texnologiyanın gətirdiyi dəyişikliklərə də hazır olmalıyıq: “Ölkəmizdə pandemiya ilə mübarizə və onun təsirini minimuma endirmək üçün etibarlı strategiya qəbul edilib. İnformasiya texnologiyalarının geniş tətbiqi ilə yüksəkkeyfiyyətli və davamlı xidmətlər təqdim etmişik. Azərbaycanda rəqəmsal inkişaf və innovasiyalar hökumətin siyasi gündəmində prioritetdir”.
Nazir əlavə edib ki, ölkədə “ağıllı şəhər” həllərinin tətbiqi genişlənir. Bu fəaliyyət açıq hökumət təşəbbüslərindən biridir və 2020-2022-ci illər üçün Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planında öz əksini tapıb.
R.Quluzadə çıxışının sonunda qeyd edib ki, rəqəmsal texnologiyalar, pandemiyadan sonrakı dövrdə daha etibarlı, əlaqələndirilmiş və dayanıqlı dünyanın yenidən qurulmasında mühüm rol oynayacaq. Bunun üçün hökumətlərin yeni strategiyalar və uzunmüddətli proqramlar üzərində işləmələri və fəal əməkdaşlıq etmələrinə ehtiyac var.
Daha sonra “Hanson Robotics” şirkətinin süni intellekt əsasında hazırladığı robot-humanoid “Sofiya” çıxış edib. O, ən böyük onlayn texnologiya tədbiri olan “World Net Summit”in təşkilini yüksək qiymətləndirib. “Sofiya” Azərbaycanın gənc və perspektivli ölkə olduğunu qeyd edərək, innovasiya ekosisteminin inkişafına verilən töhfələri müsbət dəyərləndirib.
“Baykar Makina” şirkətinin texniki direktoru və “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı Səlçuk Bayraktar çıxışında bir daha Azərbaycanı parlaq qələbəsi münasibətilə təbrik edib. O, startap ekosisteminin, eləcə də hərbi milli sənaye hərəkatının inkişafında dronların əhəmiyyətli rolundan bəhs edib.
COVID-19 pandemiyası səbəbindən onlayn formatda keçirilən konfransda dövlətlərin pandemiya sonrası innovasiya strategiyası, investorların atacağı addımlar, “fintech”lərin bu dövrdə qarşılaşdıqları problemlər və digər bu kimi mövzular üzrə çıxışlar olub. Tədbirdə region dövlətlərinin innovasiya mərkəzlərinin rəsmi şəxsləri tərəfindən startap ekosistemi ilə bağlı son vəziyyət müzakirə edilib.
İki gün davam edəcək “World Net Summit” beynəlxalq konfransı çərçivəsində internet, maliyyə, bankçılıq, texnologiya, nəqliyyat, investisiya, biznes, sığorta, innovasiya və digər əlaqəli sahələri əhatə edən “Monex Summit Caspian”, “Global Influencer Day”, “Government Address”, “AutoTech Conf”, “StartUp Academy”, “Venture Summit”, “Corporate Innovation Forum” kimi beynəlxalq onlayn panelləri təşkil olunacaq (https://worldnetsummit.com/).
Konfransda dünyaca məşhur “Apple” şirkətinin yaradıcılarından olan Stiv Voznyak, “Entrepreneur” jurnalının baş redaktoru Jason Feifer və digər xarici ekspertlərin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, “World Net Summit” beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar, ekspertlər və startapçıları bir araya gətirən mühüm platformadır.
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

