Azərbaycan nəqliyyat sahəsində dünyanın lider dövlətləri sırasında yer alır
29.01.2021 [09:40]
Prezident İlham Əliyev: Bu gün nəqliyyat sektorumuz həm müasirdir, həm də ölkə qarşısında duran vəzifələri icra etməyə imkan verir
Son illərdə Azərbaycan Prezident İlham Əliyevin siyasi iradəsi əsasında ölkə ərazisində müasir nəqliyyat-logistika infrastrukturunun yaradılmasına böyük həcmlərdə investisiyalar yönəldir ki, bu da təsadüfi deyildir. Əlverişli coğrafi mövqeyə, uzunmüddətli daxili sabitliyə, quru və su sərhədlərinə malik olması, qonşularla yaxşı münasibətlər qurması, dünyada müsbət imic qazanması Azərbaycana tranzit imkanlarını genişləndirmək üçün böyük üstünlüklər qazandırır. Ölkəmiz bu üstünlüklərdən bəhrələnməklə nəqliyyat sektorunu qeyri-neft iqtisadiyyatının mühüm bir qolu kimi inkişaf etdirməyi və özünün gəlir imkanlarını artırmağı hədəfləyib. Deyə bilərik ki, son 17 ildə hüquqi bazanın ardıcıl şəkildə möhkəmləndirilməsi, idarəetmədə çevikliyin artırılması, yeni institusional təsisatların yaradılması, eləcə də praktiki müstəvidə ölkə ərazisindən keçən Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin funksionallığının artırılmasına hesablanan tədbirlərin görülməsi sayəsində Azərbaycan Avrasiyanın mühüm nəqliyyat-tranzit hablarından birinə çevrilib. Yeri gəlmişkən, Prezident İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib ki, görülmüş tədbirlər nəticəsində bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. “Bu gün nəqliyyat sektorumuz həm müasirdir, həm də ölkə qarşısında duran vəzifələri icra etməyə imkan verir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Beynəlxalq reytinq agentlikləri Azərbaycanın nəqliyyat sektorunda qazandığı uğurları yüksək dəyərləndirir
Nəqliyyat sektoru spesifik bir sahədir və bu sektora qoyulan sərmayələr 1-2 ilə, hətta 5-10 ilə geri qayıdan sərmayələr deyil. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu, uzunmüddətli sərmayədir. Bu sərmayələr insanların rahatlığına və ölkənin uzunmüddətli dayanıqlı inkişafına nail olmaq üçün qoyulubdur. İri şəhərlərdə və regionlarda müasir yol-nəqliyyat infrastrukturu olmadan insanların rahatlığını təsəvvür etmək belə mümkün deyil. Digər tərəfdən, yol olmayan yerdə sürətli iqtisadi inkişaf barədə də söhbət aça bilmərik. Bu kimi vacib sosial və iqtisadi amillər nəzərə alınmaqla son 17 ildə respublikamızda yol-nəqliyyat infrastrukturu əsaslı şəkildə yenilənib və ölkənin geniş tranzit imkanları yaradılıb. Bununla bağlı statistika kifayət qədər genişdir. Beləliklə, son 17 il ərzində ölkə ərazisində 17 min kilometrdən çox avtomobil yolu tikilib. Bura həm magistral, həm də kənd və şəhərlərarası yollar daxildir. Proses hazırda da intensiv şəkildə davam etdirilir.
Bir vaxtlar respublikamızın dəmir yolları şəbəkəsində vəziyyət heç də ürəkaçan deyildi. Maddi-texniki bazanın köhnəlməsi, bir sıra hallarda istismar üçün yararsız hala düşməsi, vaqonların, lokomotivlərin çatışmaması daşımaların intensivliyinə açıq-aşkar mənfi təsir göstərirdi. Bütün bu kimi çatışmazlıqları aradan qaldırmaq üçün son 17 ildə ölkə daxilində dəmir yolu nəqliyyatı sahəsində önəmli tədbirlər görülüb, o cümlədən dəmir yollarının reabilitasiyası layihələri reallaşdırılıb. Bakı dairəvi dəmir yolu şəbəkəsinin yaradılması, müxtəlif ünvanlarda istismar müddəti başa çatan xətlərin yenilənməsi, bütün şəbəkə üzrə müasir işarəvermə sisteminin qurulması, texnika parkının yenilənməsi, ayrı-ayrı yaşayış məntəqələrində vağzalların inşası həm insanların rahatlığı, həm də daşımaların intensivliyinin təmin olunması baxımından böyük əhəmiyyət daşıyır.
Azərbaycanın nəqliyyat-tranzit imkanlarının genişlənməsindən söhbət açarkən ölkəmizin təşəbbüsü və moderatorluğu ilə ərsəyə gələn Bakı-Tbilisi-Qars dəmir yolunun önəmini xüsusi qeyd etmək lazımdır. Bakı-Tbilisi-Qars dəmir yolu digər layihələrlə birlikdə Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb. Bu dəmir yolu xətti Avropa ilə Asiya arasında ən qısa bağlantıdır və yüklərin qısa müddətdə, tam təhlükəsiz şəkildə təyinat yerlərinə çatdırılmasını təmin edir. Ölkəmizin dəmir yolu infrastrukturundan bir çox ölkələr istifadə edir. Hazırda Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Avropa marşrutu, eyni zamanda, Əfqanıstan-Türkmənistan-Xəzər dənizi-Azərbaycan-Avropa marşrutu mövcuddur. Bakı-Tbilisi-Qars dəmir yolu faktiki olaraq Lapis-Lazuli yolu ilə birləşdirilib. Eyni zamanda, Azərbaycan ərazisindən keçən yolların çoxşaxəli olması respublikamızın tranzit daşımaları baxımından imkanlarını böyük dərəcədə artırır. Bunu pandemiya dövründə bütövlükdə bütün dünyada iqtisadiyyatın tənəzzülə uğramasına baxmayaraq, respublikamızdan keçən Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcminin təxminən 20 faiz artması da təsdiqləyir.
Azərbaycanın ərazisindən keçən tranzit dəhlizlərin funksionallığının təmin olunması baxımından əlaqəli infrastrukturun yaradılması, o cümlədən Xəzər Dəniz Gəmiçiliyinin müasirləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Hazırda respublikamız Xəzərdə ən böyük donanmaya malikdir və hər il donanma yeni gəmilərlə daha da gücləndirilir. Respublikamız liderlik keyfiyyəti nümayiş etdirərək dəniz sahilində ən böyük liman inşa etməyə nail olub. Bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər dənizində yükdaşımaların təşkili üçün əvəzolunmaz rol oynayır. Bir neçə il bundan əvvəl Prezident İlham Əliyevin təşəbbüsü ilə istismara verilən Bakı Gəmiqayırma zavodunda bütün növ gəmilər istehsal olunur. Beləliklə, Azərbaycanın dəniz donanmasının yeni gəmilərlə təchizatında ixracdan asılılığa son qoyulub ki, bu da çox mühüm iqtisadi önəm daşıyır.
Son 17 ildə Azərbaycan hava nəqliyyatının inkişafında da böyük uğurlara imza atıb. Bu gün respublikamızın təyyarə parkı dünyada ən müasir parklardan biridir - həm sərnişin, həm də yük təyyarələrimiz dünyanın aparıcı şirkətlərinin istehsalıdır. Bakıdakı Heydər Əliyev Beynəlxalq Hava Limanı beşulduzludur və dünyada belə hava limanlarının sayı cəmi 10-a yaxındır. Eyni zamanda, dövlətimizin başçısının göstərişi ilə ölkənin digər şəhərlərində 7 hava limanı inşa olunub ki, onların da 6-sı beynəlxalq statusa malikdir və bütün növ təyyarələri, o cümlədən ən ağır yük təyyarələrini qəbul edə bilir.
Əlamətdar haldır ki, Azərbaycanın nəqliyyat sahəsində əldə etdiyi uğurlar beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Bu baxımdan nüfuzlu Davos İqtisadi Forumunun dəyərləndirmələri, xüsusilə diqqəti cəlb edir. Qurumun son hesabatında ölkəmizdə nəqliyyat sektorunda aparılan islahatlar və yaradılan müasir infrastruktur yüksək qiymətə layiq görülüb. Bundan məmnunluğunu bildirən Prezident İlham Əliyev “Təkcə Davos Ümumdünya İqtisadi Forumunun hesabatına baxmaq kifayətdir, hər kəs görsün ki, bu sahədə çox ciddi islahatlar aparılır və Azərbaycan reytinqlərə görə dünya miqyasında qabaqcıl yerlərdədir. Avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşürük. Dəmir yollarının səmərəliliyinə görə biz dünyada 11-ci yerdəyik. Hava nəqliyyatının səmərəliliyinə görə dünyada 12-ci yerdəyik”, - deyə vurğulayıb.
İşğaldan azad edilən ərazilərdə müasir nəqliyyat infrastrukturlarının yaradılması bölgənin inkişafında və yeni regional əməkdaşlıq formatlarının yaranmasında mühüm rol oynayacaq
Azərbaycan ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində qazandığı şanlı qələbə sayəsində özünün ərazi bütövlüyünü tam təmin etdi. İndi ölkəmizin qarşısında işğaldan təmizlənən ərazilərin, burada erməni vandalları tərəfindən dağıdılmış infrastrukturun bərpası kimi mühüm vəzifə durur. Ölkəmizin işğaldan azad edilən ərazilərdə bərpa planları kifayət qədər genişdir. Ərazilərin tezliklə bərpa edilməsi üzrə işlərin həyata keçirilməsi, müvafiq infrastrukturların yaradılması, həmin regionun Azərbaycan iqtisadiyyatına inteqrasiyasının təmin edilməsi üçün ilkin mərhələdə 2,2 milyard manat vəsait nəzərdə tutulub. Prezident İlham Əliyev bəhs olunan qəbuldakı çıxışında işğaldan azad edilən ərazilərimizdə müasir nəqliyyat infrastrukturlarının yaradılmasına başlanıldığına diqqət çəkərək deyib: “Azad edilmiş ərazilərdə hazırda böyük nəqliyyat layihələri icra edilməyə başlanmışdır, Füzuli Hava Limanının inşası başlamışdır. Qeyd etdiyim kimi, Kəlbəcər, yaxud Laçın rayonlarının ərazisində ikinci hava limanı inşa ediləcək. Biz Füzuli-Şuşa avtomobil yolunun inşasına start vermişik. Bununla paralel olaraq, indi bölgədə nəqliyyat-kommunikasiya sahəsində böyük layihələr müzakirə edilir”.
İşğaldan azad edilən ərazilərdə müasir nəqliyyat infrastrukturlarının yaradılması bölgənin inkişafında və yeni regional əməkdaşlıq formatlarının yaranmasında mühüm rol oynayacaq. Məlum olduğu kimi, üç onillik ərzində Ermənistanın davam etdirdiyi işğalçılıq siyasəti region dövlətlərinin ölkəmizin tranzit imkanlarından səmərəli şəkildə bəhrələnməsinə müəyyən məhdudiyyətlər yaradırdı. Vətən müharibəsində qazanılan qələbə sayəsində Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşması, həm ötən il noyabrın 10-da videoformatda imzalanan üçtərəfli sənədə, həm də 11 yanvar 2021-ci il tarixli Moskva bəyanatına uyğun olaraq bütün kommunikasiyaların açılması bu kimi məhdudiyyətləri aradan qaldıracaq. Ümumiyyətlə, deyə bilərik ki, regionda yeni çoxtərəfli əməkdaşlıq platformasının formalaşması tam realdır. Mütəxəssislərin qənaəti belədir ki, bu əməkdaşlıq platformasında bütün region dövlətləri, o cümlədən də Ermənistan yer ala bilər. Moskvada Azərbaycanın, Rusiyanın və Ermənistanın dövlət və hökumət başçıları səviyyəsində imzalanan bəyanatda əksini tapmış ən mühüm məsələ 2021-ci il martın 1-dək Azərbaycanın və Ermənistanın ərazisindən həyata keçirilən daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısı və reallaşdırılması qrafikinin hazırlanmasıdır. Bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhlizin yaradılması, Naxçıvanın blokadadan çıxarılması, həm Azərbaycanın özü, həm də bütün region ölkələri üçün mühüm əhəmiyyət daşıyan nəqliyyat-kommunikasiya imkanlarının reallığa çevrilməsi, yeni nəqliyyat platformasının yaradılması istiqamətində əhəmiyyətli addımdır. Ermənistan ərazisindən keçməklə Naxçıvana gedən dəhliz özündə dəmir yolu və avtomobil yolu kimi iki mühüm komponenti birləşdirir. Prezident İlham Əliyev nəzərdə tutulan layihələr barədə məlumat verib. Burada əlbəttə ki, Horadiz-Zəngilan dəmir yolu, Zəngilan-Naxçıvan dəmir yolu, Naxçıvan-Türkiyə dəmir yolu layihələri prioritet təşkil edir. Dövlət başçısının tapşırığı əsasında artıq Horadiz-Ağbənd dəmir yolunun layihələndirilməsinə start verilib. Şübhə yoxdur ki, Azərbaycan bəhs olunan yol-nəqliyyat layihələrinin icrasında da özünün yüksək standartlarını tətbiq edəcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20

