Azərbaycan dünyada ikinci oldu
21.09.2021 [13:57]
Azərbaycanda milli maraqlara və qlobal çağırışlara uyğun həyata keçirilən islahatlar, idarəetmədə tətbiq olunan yeniliklər bir qayda olaraq dünyanın aparıcı reytinq agentlikləri, iqtisadi qurumları və beyin mərkəzləri tərəfindən yüksək dəyərləndirilir. Dünya Bankı tərəfindən hazırlanan “GovTech yetkinliyi indeksi”nin (GovTech Maturity Index - GTMI) cari il üzrə hesabatı bu kontekstdə daha bir nümunədir. Hesabatda 198 ölkə üzrə dəyərləndirmə aparılıb. Azərbaycan Dünya Bankının sözügedən hesabatının əhatə etdiyi ölkələr arasında hökumətin rəqəmsallaşması səviyyəsinə görə ikinci pilləyə layiq görülüb. Bununla da respublikamız yalnız ölkələrin 30 faizinin daxil ola bildiyi “hökumətin rəqəmsallaşmasına yüksək səviyyədə diqqət ayıran” adlandırılan və 59 ölkədən ibarət qrupda yer alıb. Bu qrupda Çin, Rusiya, Belarus, İrlandiya, Çexiya və digər ölkələr də yer alıblar.
Dünya Bankının bəhs olunan hesaba
tı hazırda qlobal səviyyədə aktual olan çağırışları və trendləri əhatə edir. Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının rəhbəri Məsumə Talıbova KİV-ə açıqlamasında bildirib ki, “GovTech Yetkinlik İndeksi” rəqəmsallaşmada yeni termin olan “GovTech” (hökumətin rəqəmsallaşması) sahəsinin əsas aspektlərini ölçərək vətəndaşlara şəffaf, rahat və sürətli xidmətlər təqdim edə bilməsi üçün hökumətin rəqəmsallaşma səviyyəsini və modernizasiyasını qiymətləndirir. Bu sahədə prioritet istiqamətlər hökumət sistemlərinin təkmilləşdirilməsi, vətəndaşlara təqdim olunan xidmətlər paketinin genişləndirilməsi, vətəndaş iştirakının təmin olunması və bu sahədə dövlət strategiyalarının hazırlanması, dünya üzrə yaxşı nümunələrin tətbiqinin həyata keçirilməsidir. Hökumət rəsmiləri (siyasətçilər və texniki mütəxəssislər), Dünya Bankının ekspert qrupları və “GovTech” həllərinin dizaynı və tətbiqi ilə məşğul olan özəl sektor nümayəndələri arasında keçirilən sorğular vasitəsilə dəyərləndirən GTMI hesabatı ölkənin həm cari vəziyyətini qiymətləndirməyə, həm gələcəyə dair potensialını ölçməyə, həm də bu sahənin təkmilləşdirilməsini həyata keçirmək üçün lazımi addımların müəyyənləşdirilməsinə və məsləhətlərin əldə olunmasına yardım edir.
Bütün bu kimi məsələlər, həmçinin Azərbaycanda aparılan siyasətin prioritetləri ilə üst-üstə düşür. Müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycan müxtəlif sahələrdə innovasiyalara geniş meydan verərək daim yeniliklərə imza atır. Əlamətdar haldır ki, ölkəmizdə ayrı-ayrı sahələrdə, o cümlədən də dövlət idarəçiliyində, hökumətin fəaliyyətində, vətəndaşlara xidmətlər göstərilməsində tətbiq olunan yeni modellər dünyanın ayrı-ayrı ölkələrində nümunə kimi qəbul edilib. Son illərdə respublikamızda Prezident İlham Əliyevin imzaladığı müvafiq sənədlər əsasında bir sıra rəqəmsal platformalar fəaliyyətə başlayıb. İdarəetmədə yeni yanaşmalar və müxtəlif fəaliyyətlərin rəqəmsal platformalar üzərindən həyata keçirilməsi ölkəmizin müasir simasını səciyyələndirməklə yanaşı, həm də operativliyin təmin olunmasını, keyfiyyətin yüksəlməsini, inklüzivliyin artmasını, vətəndaş-məmur təmaslarının azalması fonunda mənfi halların əhatə dairəsinin daralmasını şərtləndirir. Bütün bunların nəticəsi olaraq isə ölkədə vətəndaş məmnunluğu artır.
Bütövlükdə, Azərbaycanda dövlət idarəçiliyində, hökumətin fəaliyyətində, həmçinin özəl sektorda rəqəmsal platformaların tətbiqinin əhatə dairəsi kifayət qədər genişdir. Respublikamızda mükəmməl hüquqi bazaya istinad edilməklə yaradılan “Elektron hökumət” portalı ayrı-ayrı dövlət qurumlarının fəaliyyətinin səmərəliliyinin artmasını təmin edib. Hazırda portalda 450-dək xidmət təklif edilir. Portalın uğurlu fəaliyyətinin nəticəsidir ki, vətəndaşlara dövlət orqanları tərəfindən xidmətlər daha sadə və çevik formada göstərilir. “Elektron hökumət” portalının fəaliyyəti, həmçinin ölkəmizdə biznes mühitinin daha da optimallaşmasına, bu sahədə aktivliyin və rəqabətqabiliyyətliliyin artmasına müsbət təsir göstərir. Ölkəmizdə rəqəmsallaşma siyasətindən bəhs edərkən Azərbaycanın intellektual brendi olan “ASAN xidmət”in fəaliyyətini xüsusi qeyd edə bilərik. Hazırda ölkəmizdə “ASAN xidmət” mərkəzlərinin sayı 21-ə çatıb. İndiyədək bu mərkəzlərin xidmətlərindən milyonlarla insan bəhrələnib. Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 faiz təşkil edir. Bütövlükdə, hazırda respublikamızda dövlət və özəl qurumlar tərəfindən 1000-dən artıq e-xidmətlər göstərilir. Müxtəlif platformalarda elektron xidmətlərin göstərilməsi milli şirkətlərimizin xarici bazarlara çıxış imkanlarını asanlaşdırıb. Rəqəmsal Ticarət Qovşağı Portalı dövlət xidmətlərinin xaricdə yaşayan qeyri-rezidentlər üçün əlçatanlığını təmin edir. 2021-ci ilin avqust ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə 30 milyon ABŞ dolları həcmində qeyri-neft ixracı həyata keçirilib. 2021-ci ilin yanvar-iyul aylarında Azexport.az portalına 283,6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. Respublikamızda “monitorinq.az” portalı vasitəsilə dövlət proqramlarının qiymətləndirilməsinin rəqəmsallaşdırılması kimi islahatların aparılması da böyük önəm daşıyır.
Nəzər yetirilən faktlar ölkəmizdə hökumətin və özəl qurumların fəaliyyətində rəqəmsal platformalardan istifadənin getdikcə genişləndiyini əyani şəkildə təsdiqləyir. Bütün bunlar isə öz növbəsində beynəlxalq reytinq agentliklərinin, ayrı-ayrı iqtisadi qurumların hesabatlarında Azərbaycanın mövqeyinin yüksəlməsini təmin edir. Dünya Bankı da təqdim olunan hesabatında ölkəmizin reallıqlarına istinad edib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

