Türk Dünyasının iqtisadi xəritəsi yenidən formalaşır
17.11.2021 [10:33]
1.2 trilyon nominal ÜDM-ə malik olan Türkdilli ölkələr yeni regional əməkdaşlıq modeli yaradırlar
Dünyada müxtəlif təşkilatların yaradılmasına cəhdlər çox olub. Ancaq bir sıra qurumlar, necə deyərlər, ölü doğulub. Süni arqumentlərə əsaslanmaqla bəyan edilən belə təşkilatlar yaşamaq qabiliyyətində olmayıb. 2009-cu ilin 3 oktyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyevin çox böyük səyləri ilə Naxçıvanda əsası qoyulan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası isə tamam fərqli raku?sdan diqqət çəkir. Qurumun təsisçiləri qismində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə çıxış etmişdilər. Aradan illər ötdü. Ancaq qlobal səviyyədə ayrı-ayrı güc mərkəzlərinin Türkdilli dövlətlərin birliyinə hansısa yollarla xələl gətirmək cəhdləri puç oldu. Bu birlik zamanın sınaqlarından alnıaçıq çıxdı, illər ötdükcə daha da möhkəmləndi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2021-ci il 12 noyabr tarixində İstanbulda keçirilən VIII Zirvə Görüşündə qurumun adının Türk Dövlətləri Təşkilatına (TDT) dəyişdirilməsi haqqında Qərar imzalanıb. Eyni zamanda, təşkilatın sıraları genişlənib.
Türk dövlətlərinin birliyini möhkəm və uzunömürlü edən amillər çoxdur. Burada tarixi bağlılıq, milli-mənəvi dəyərlərin eyni kökdən gəlməsi, humanitar sahə, siyasi maraqların uzlaşması və bu kimi digər fundamental səbəbləri sadalamaq mümkündür. Türk dövlətləri tarixən formalaşan möhkəm zəminə əsaslanmaqla müasir çağırışlar qarşısında öz güclərini birləşdirmək, gələcəyə doğru birlikdə addımlamaq niyyəti sərgiləyir. Deyilənlərdən də göründüyü kimi, Türk Dövlətləri Təşkilatının əsasında hansısa saxta amillər dayanmır. Bu da qurumun gələcəkdə daha da möhkəmlənəcəyinə, funksionallığını artıracağına, beynəlxalq miqyasda Türk Dünyasının qüdrətini layiqincə nümayiş etdirəcəyinə, bütövlükdə regional və qlobal əməkdaşlığın möhkəmlənməsinə sanballı töhfələr verəcəyinə böyük əminlik yaradır.
Türkdilli dövlətlər arasında iqtisadi inteqrasiya perspektivləri kifayət qədər genişdir
Türk dövlətlərinin birliyini şərtləndirən çoxsaylı amillər sırasında iqtisadi inteqrasiya imkanlarının kifayət qədər geniş olmasını xüsusi vurğulamaq lazımdır. Avrasiyada böyük coğrafiyada yerləşən Türkdilli dövlətlər iqtisadi resurslarla zəngindir. Təbii ki, hazırda qardaş Türkiyə iqtisadi potensialına, müasir sənaye inkişafına görə Türkdilli ölkələr arasında lider mövqeyə malikdir. Ancaq Azərbaycan və digər Türkdilli ölkələr də öz iqtisadiyyatlarını intensiv şəkildə genişləndirirlər. Bu kimi amilləri nəzərə alan ekspertlər TDT-nın gələcəkdə beynəlxalq arenada mühüm rol oynayacağını bildirirlər. “Yeni Azərbaycan”a açıqlamasında Türkdilli ölkələrin iqtisadi potensialına diqqət çəkən Milli Məclisin deputatı Vüqar Bayramov vurğulayıb ki, Türkiyə 761.4, Qazaxıstan 181.7, Özbəkistan 57.9, Azərbaycan 48, Türkmənistan 48 və Qırğızıstan 8.5 milyard dollar nominal ÜDM-ə malikdir. Bu, kifayət qədər böyük həcmdir. Millət vəkili “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilməsi iqtisadi baxımdan hansı üstünlüklər vəd edir?” sualına cavabında isə belə deyib: “Əvvəla, institutsional baxımdan şura ilə müqayisədə təşkilat daha çox sistemləşdirilmiş idarəetməyə malik olan qurumdur. Belə ki, beynəlxalq təcrübədə şuralar, adətən, liderlərin, hökumət başçılarının (məsələn, dövlət başçılarının şurası və s.) və ya müəyyən kateqoriyadan olan insanların cəmləşdiyi (tələbə şurası, şəhər şurası və s.) birliklər kimi fəaliyyət göstərir. Təşkilat isə daha keyfiyyətli idarəetmə forması hesab olunur. İkincisi, təşkilat daxilində iqtisadi və ticari əməkdaşlığı daha sistemli şəkildə əlaqələndirmək mümkündür. 1.2 tirlyon nominal ÜDM-ə malik olan Türkdilli ölkələr yeni regional əməkdaşlıq modeli yaradırlar. Bu baxımdan, kifayət qədər geniş və strateji cəhətdən vacib hesab olunan coğrafiyada təşkilat çərçivəsində daha ünvanlı və sistemli əməkdaşlıq mümkündür. Üçüncüsü, bu formatda əməkdaşlıq ölkələr arasında daha liberal ticarət rejimlərinin formalaşmasına imkan yaradacaq. Bütün bunlar ondan xəbər verir ki, Türk ?ünyasında növbəti illərdə iqtisadi əlaqələr daha da dərinləşəcək. Nəhayət, bu daha ünvanlı və qarşılıqlı fayda əsasında qurulan bir əməkdaşlıq formatıdır. Qeyd olunanlara istinadən deyə bilərik ki, regionun yeni iqtisadi xəritəsi formalaşmaqdadır”.
Vurğulamaq yerinə düşər ki, indiyədək TDT-da təmsil olunan ölkələr arasında həm çoxtərəfli, həm də ikitərəfli formatlarda əməkdaşlıq əlaqələri qurulub. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası təsis edildikdən sonra iqtisadi əməkdaşlıq çərçivəsində müvafiq qurumların yüksək səviyyəli rəsmiləri arasında çoxsaylı görüşlər keçirilib, bir neçə biznes forum təşkil olunub. Bu görüşlərdə və biznes forumlarda quruma üzv dövlətlərin iqtisadi imkanları, əməkdaşlıq sahələri təqdim olunub. O cümlədən investisiya mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi və sahibkarlıq üzrə işçi qruplarının yaradılması haqqında qəbul edilən qərarlar böyük aktuallıq daşıyır.
Azərbaycan-Türkiyə əlaqələri digər Türkdilli ölkələrin əməkdaşlığı üçün yaxşı nümunədir. İki ölkə arasında iqtisadi və digər sahələrdə əməkdaşlıq əlaqələri siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq inkişaf etdirilir. Bu gün iki dövlət arasında qarşılıqlı investisiya qoyuluşunu və ticarət dövriyyəsini artırmaq üçün möhkəm hüquqi baza mövcuddur. Ölkələrimiz qarşıya 2023-cü ilədək ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmaqla bağlı real hədəf qoyublar. Məlumat üçün bildirək ki, Türkiyə şirkətləri Azərbaycanda indiyədək 400-dən çox layihə həyata keçiriblər. Azərbaycanlı iş adamları da qardaş ölkədə yüksək fəallıq nümayiş etdirirlər. Hazırda Türkiyədə Azərbaycan kapitallı 2 minə yaxın şirkət fəaliyyət göstərir. Bütövlükdə, Türkdilli ölkələr arasında ümumi ticarət dövriyyəsi 21 milyard dollara çatıb. Potensial isə bundan xeyli çoxur. “Strateji əməkdaşlıq xəttini son illər daha da gücləndirən Türkdilli dövlətlər iqtisadi münasibətlərin dərinləşməsi üçün yeni imkanları müəyyənləşdirir. Azərbaycan və Mərkəzi Asiyada yerləşən Türkdilli dövlətlər MDB çərçivəsində qarşılıqlı ticari rejimi artıq formalaşdırıb. Türkiyə ilə Azərbaycan arasında imzalanan preferensial ticarət sazişi bu ilin martında qüvvəyə minib. Türkiyə Özbəkistan ilə oxşar sazişi imzalamaq mərhələsindədir. Bu isə ondan xəbər verir ki, Türk ?ünyasında növbəti illərdə iqtisadi əlaqələr daha da dərinləşəcək”, - deyə Vüqar Bayramov vurğulayıb.
Zəngəzur dəhlizi daşımalar üçün yeni imkanlar yaradacaq
Azərbaycan iqtisadi sahədə, xüsusilə də nəqliyyat sektorunda TDT-da birləşən ölkələrə geniş imkanlar təqdim edir. Məlumdur ki, respublikamız son illərdə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında özünün nəqliyyat-logistika infrastrukturunu əhəmiyyətli dərəcədə müasirləşdirməyə nail olub. Respublikamızın ərazisindən həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizləri keçir. Azərbaycanın moderatorluğu ilə yaradılan Bakı-Tbilisi-Qars dəmir yolu ?ürkdilli dövlətlər arasında inteqrasiyanın dərinləşməsinə çox mühüm töhfədir. Respublikamızın təşəbbüsü ilə yaradılan bu nəqliyyat bağlantısı Asiyanı Avropa ilə birləşdirən ən qısa marşrutdur. Eyni zamanda, Azərbaycanın böyük investisiya qoyuluşu hesabına Xəzər sahilində yaratdığı Ələt limanı ölkəmizin tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Azərbaycan Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq, tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görüb. Hazırda qarşılıqlı anlaşma və əlaqələndirmə şəraitində ölkələrimiz arasında beynəlxalq yükdaşımalar fasiləsiz olaraq həyata keçirilir. O cümlədən regional tərəfdaşlarla birgə fəaliyyət nəticəsində Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin normal fəaliyyəti təmin edilir.
Azərbaycan ötən il 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə sayəsində regionda yeni reallıqlar yaradıb. Müharibəni qalibiyyətlə başa vuran ölkəmiz 2020-ci il 10 noyabr tarixində Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanata uyğun olaraq respublikamızı Naxçıvanla və oradan da Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizinin yaradılmasında israrlı mövqe sərgiləyir. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Ermənistan istəsə də, istəməsə də Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasına nail olacaq. Vüqar Bayramovun sözlərinə görə, yeni dəhliz region dövlətləri ilə yanaşı, Türkdilli ölkələr arasında da daşımalar üçün geniş imkanlar açacaq. Bu xüsusda fikirlərini diqqətə çatdıran millət vəkili “Azərbaycanın Vətən müharibəsindəki Zəfərindən sonra regiondakı düzən də dəyişib. Artıq reallığa çevrilməkdə olan Zəngəzur dəhlizi Türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə yanaşı, regionun strateji əhəmiyyətini daha da artıracaq. Dəhliz Türkdilli ölkələr arasında ticarət dövriyyəsinin və eləcə də beynəlxalq yük daşımaların həcminin artırılması üçün yeni imkanlar açacaq”, - deyə vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMaraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07

