İnvestisiya potensialımız dünyaya təqdim olunur
18.11.2021 [10:39]
Yeni ərazilər, yeni sərmayələr...
26 il - 150,4 mlrd.dollar xarici investisiya
Bu günlərdə Bakı Konqres Mərkəzində 25-ci Beynəlxalq Biznes Forumu (İBF - İnternational Business Forum) keçirilib. Bundan əvvəl - oktyabrın son ongünlüyündə isə paytaxtımızda Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti baş tutub. Təşkilatçılar qismində İqtisadiyyat və Mədəniyyət nazirlikləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə yanaşı, ayrı-ayrı beynəlxalq təşkilatların, o cümlədən İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF), Türkiyə Respublikasının Ticarət Nazirliyinin, Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) və İBF-in də yer aldığı bu beynəlxalq miqyaslı tədbirlərə həm ölkə daxilində, həm də xaricdə maraq kifayət qədər böyük olub. Tədbirlərə ayrı-ayrı ölkələrdən çoxsaylı dövlət rəsmilərinin, iş adamlarının, investorların, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələrinin qatılmaları bunu bir daha təsdiqləyir.
Postmüharibə dövründə Bakıda belə mötəbər tədbirlərin keçirilməsində əsas məqsədlərdən biri isə Azərbaycanın investisiya imkanlarını, o cümlədən işğaldan azad olunmuş ərazilərimizin zəngin potensialını özəl sektora və xarici sərmayədarlara təqdim etmək, iştirakçı ölkələr arasında iqtisadi-ticarət əlaqələrini, biznes sahəsində əməkdaşlığı genişləndirməkdir. “Azərbaycan: Asiyanın incisi” şüarı ilə keçirilən forumun açılışında iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin ilk dəfə Beynəlxalq Biznes Foruma ev sahibliyi etməsinin əlamətdar hadisə olduğunu diqqətə çatdıraraq, tədbirin Azərbaycanın biznes və investisiya mühitinin geniş investor auditoriyasına tanıdılması, yerli və xarici investorlar arasında əlaqələrin inkişafı, innovativ təşəbbüslərin formalaşması və yeni layihələrin reallaşdırılması üçün geniş imkanların yaradılması baxımından əhəmiyyətini qeyd edib.
İnvestisiya qoymaq üçün əlverişli məkan
Bu, bir həqiqətdir ki, investorlar heç vaxt öz sərmayələrini ixtiyari bir ölkəyə yönəltmək və küləyə vermək istəmirlər. Ölkələrin sərmayə cəlbediciliyini şərtləndirən bir sıra amillər var. Azərbaycana gəldikdə isə, Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, ölkəmizdə investisiya iqlimi çox müsbətdir. Burada həm təbii amillərin, həm də dövlətin ardıcıllıqla həyata keçirdiyi siyasətin önəmini vurğulaya bilərik. Azərbaycanın əlverişli coğrafi mövqeyi, Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin buradan keçməsi, quru və su sərhədlərinə malik olması ölkəmizin investisiya cəlbediciliyini artıran təbii amillərdir. Respublikamızda uzunmüddətli daxili sabitliyin olması da burada çox vacib rol oynayır. Ölkəmizdə siyasi varislik təmin edilir, xalq-iqtidar birliyi yüksək səviyyədədir, risk amilləri sıfıra bərabərdir ki, bütün bunlar da investorlarda sərmayələrinin qorunacağına böyük inam yaradır. Azərbaycanın investisiya cəlbediciliyindən söhbət açarkən son 18 ildə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında bütün ölkə üzrə müasir infrastrukturun yaradılmasının önəmini ayrıca qeyd edə bilərik. Hazırda respublikamız infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri sırasında yer alır ki, bu da böyük uğurdur. Respublikamızda müxtəlif təyinatlı infrastruktur obyektləri bir qayda olaraq dövlət əsaslı vəsait qoyuluşu ilə həyata keçirilir. Sonradan yerli və xarici investorlar müasir infrastrukturdan bəhrələnməklə müxtəlif sahələrə məmnuniyyətlə sərmayələr yönəldirlər.
Bütün bunlarla paralel şəkildə, respublikamızda dövlət, şəxsən Prezident İlham Əliyev ölkənin investisiya iqliminin cəlbediciliyinin artırılmasına, xüsusilə də sərmayələrin qorunmasına güclü siyasi qətiyyət nümayiş etdirir. Belə yanaşmanın nəticəsidir ki, respublikamızda iqtisadiyyata müxtəlif mənbələrdən sərmayələrin cəlb edilməsi üçün mükəmməl qanunvericilik bazası formalaşdırılıb. Prezident İlham Əliyev təkcə son illərdə ölkəmizdə investisiya fəaliyyətinin genişləndirilməsini hədəfləyən çoxsaylı Fərman və sərəncamlar imzalayıb. O cümlədən qeyri-neft iqtisadiyyatına birbaşa xarici investisiyalar cəlb etməklə daxili istehsalın rəqabət qabiliyyətinin gücləndirilməsi, idxalın əvəzlənməsi fəaliyyətinin dəstəklənməsi və yerli məhsullarla özünü təminetmə səviyyəsinin daha da yüksəldilməsi, qeyri-neft sektorunun ixrac imkanlarının artırılması Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində strateji məqsədlər olaraq müəyyən edilib. Sərəncamda ölkənin investisiya cəlbediciliyinin artırılması ilə bağlı müəyyənləşdirilən strateji məqsədlərə çatmaq, o cümlədən də ölkədə istehsal edilməyən yeni rəqabətqabiliyyətli məhsulların istehsalının təşkili üçün “Azərbaycanda ilk” (“First in Azerbaijan”) investisiya təşviqi mexanizminin, eləcə də ölkə iqtisadiyyatına birbaşa investisiyalar cəlb edilməsinin dəstəklənməsi məqsədilə “Azərbaycana sərmayə” (“Invest in Azerbaijan”) mexanizmlərinin tənzimlənməsi qaydaları ilə bağlı mühüm müddəalar yer alıb.
Milli iqtisadiyyatımıza sərmayə qoyuluşunun yüksək səviyyədə dəstəklənməsi, səmərəli investisiya təşviqi mexanizminin işə salınması öz müsbət nəticəsini verir. Yuxarıda qeyd olunan tədbirlərdə respublikamızda iqtisadiyyatın müxtəlif sahələrinə yerli və xarici mənbələrdən yönəldilən investisiyalar barədə ətraflı bəhs edilib. Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verərək bildirib ki, 1995-ci ildən bu ilin yarısınadək Azərbaycana 296,3 milyard dollardan çox investisiya yatırılıb ki, bunun da 150,4 milyard dolları xarici investisiyanın payına düşür.
İnvestisiya qoyuluşunun artması öz növbəsində milli iqtisadiyyatımızın dinamik inkişafına və yeni hədəflərə yaxınlaşmasına müsbət təsir göstərib. Tədbirlərdə də diqqətə çatdırıldığı kimi, hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 52 mlrd. ABŞ dollarını ötüb ki, bunun da ÜDM-ə nisbəti 108%-dir və xarici dövlət borcunu 6 dəfədən çox üstələyir. Bu ilin yanvar-sentyabr aylarında ÜDM 4,8%, qeyri-neft sektorunda isə 6,2% artıb. ÜDM-də qeyri-neft sektorunun payı 64% təşkil edib. Sənayenin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edən iqtisadiyyat naziri bu sahədə sənaye zonaları, investisiya təşviqi sənədi kimi mütərəqqi alət və mexanizmlərin tətbiq edildiyini diqqətə çatdırıb, sənaye zonalarına 6,7 mlrd. manat investis?ya yatırımının nəzərdə tutulduğunu, artıq 6,3 mlrd. manat investisiya qoyuluşunun həyata keçirildiyini bildirib.
İnvestorlar hansı sahəyə maraq göstərirlər?
Hazırda Azərbaycanın gündəliyinin əsas məsələsi ötən il Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin bərpası və ora Böyük Qayıdışın təmin edilməsi ilə bağlıdır. Müharibənin başa çatmasından sonra ötən bir ildə işğaldan azad edilmiş ərazilərdə görülən işlər güclü dövlət olan Azərbaycanın Böyük Qayıdışı da qısa müddətdə və yüksək səviyyədə təmin edəcəyinə əminlik yaradır.
İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işlərinə və zəruri infrastruktur quruculuğuna dövlət tərəfindən böyük həcmlərdə maliyyə vəsaiti ayrılır. Son bir neçə gündə Milli Məclisdə müzakirəsi aparılan 2022-ci ilin dövlət büdcəsinin layihəsində qeyd olunan istiqamətdə işlərin davam etdirilməsi üçün dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılması nəzərdə tutulub.
Eyni zamanda, işğaldan azad edilmiş ərazilərə özəl sektorun, xarici şirkətlərin investisiyalar yönəltmələri də təşviq olunur. Artıq büdcədənkənar investisiyalar hesabına reallaşdırılacaq bir sıra infrastruktur layihələrinin icrası ilə bağlı ye?li və xarici şirkətlərlə müqavilələr də imzalanıb. Yeri gəlmişkən, İnvestisiya və Mədəniyyət Sammiti çərçivəsində keçirilən panel müzakirələrindən biri “Qarabağa investisiya qoyuluşu: perspektivlər” mövzusunda olub. Bütövlükdə indiyədək Qarabağda biznes qurmaq üçün 900-dək müraciət qeydə alınıb. “Hazırda işğaldan azad edilmiş ərazilərimizdə biznes qurmaq istəyən sahibkarların, o cümlədən xarici iş adamlarının biznes layihələri Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən toplanılır”. Bu barədə agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov 25-ci Beynəlxalq Biznes Forumunda deyib. O, qeyd edib ki, müraciətlərin intensivliyi və həcmi yerli və xarici investorların Qarabağda biznes fəaliyyətinə marağının yüksək olduğunu göstərir. “KOBİA olaraq biz bütün tələb olunan addımlarda dəstək göstərməyə, o cümlədən müvafiq qurumlarla əlaqələndirmə işlərinə və etibarlı yerli tərəfdaşların müəyyən edilməsinə köməklik göstərməyə hazırıq”, - deyə O.Məmmədov vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59

