Kim nə qədər vergi ödəyəcək?
15.01.2022 [00:03]
Mübariz ABDULLAYEV
Cari il yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişikliklər qüvvəyə minib. Azərbaycan Respublikasının Prezidenti Vergi Məcəlləsində dəyişikliklərlə bağlı qanunu təsdiq edib. Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklər ölkədə sahibkarlıq fəaliyyətinin təşviqi, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, uçot, vergitutma və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, vergi təşviqləri və s. istiqamətləri əhatə edir. Mütəxəssislərin qənaəti belədir ki, bəhs olunan dəyişikliklər respublikamızda vergi mühitinin daha da optimallaşdırılmasını, vergi xidməti ilə sahibkarlar arasında partnyorluq münasibətlərinin güclənməsini, büdcəyə daha böyük həcmlərdə əlavə vəsaitlərin cəlb olunmasını təmin edəcək.
Vergi borclarının yığılmasının yeni qaydaları
Vergi Məcəlləsinə edilən və cari il yanvarın 1-dən qüvvəyə minən dəyişikliklərin və əlavələrin bir qismi vergi borclarının yığılmasının effektivliyinin artırılmasına və nəzarət mexanizmlərinin gücləndirilməsinə hesablanıb. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “Yeni Azərbaycan”a verilən məlumatda bildir?li? ki, qanunvericiliyə edilmiş dəyişikliklərdən biri də vergi borcu ilə bağlı vergi ödəyicisinin siyahıya alınmış əmlakının satışının daha səmərəli təşkili ilə bağlıdır. Dəyişikliyə əsasən, vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, digər daşınmaz əmlakının və dəyəri 5.000 manatdan çox olan daşınar əmlakının müvafiq qurum vasitəsilə, dəyəri 5.000 manatdan çox olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırılması və məhkəmə qərarları üzrə həmin əmlakların satışının qanunvericiliyə uyğun olaraq təşkili vergi orqanlarının hüquqlarına aid edilib.
Məlumatda bəhs olunan dəyişiklikləri şərtləndirən amillərə aydınlıq gətirilib. Bildirlir ki, indiyədək mövcud olan təcrübədə borclu vergi ödəyicilərinin siyahıya alınmış əmlakının satışı icra məmurları tərəfindən təşkil edilirdi. Dövlətin fiskal siyasətini həyata keçirən qurum kimi borcların ödənilməsi vergi orqanları üçün prioritet məsələdir. Qeyd edilməlidir ki, ödənilməyən borclar dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılmasında nəzərə alınır. Bu baxımdan vergi borcu ilə bağlı siyahıya alınmış əmlakın satışının daha səmərəli təşkilinə zərurət yaranıb və bu prosesin həyata keçirilməsi Vergi Xidmətinə həvalə olunub.
ƏDV-ni geri al
2022-ci ilin əvvəlindən etibarən Azərbaycanda tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilən ƏDV-nin də bir hissəsinin geri qaytarılmasına başlanıb. Bu, Vergi Məcəlləsinə edilən dəyişikliyə uyğun olaraq həyata keçirilir. Nəticədə, vətəndaşlar tibb müəssisələrində ödənişlər edən zaman “ƏDV-ni geri al” mexanizmindən bəhrələnmək imkanı qazanıblar.
Vergi Məcəlləsinə edilən bu dəyişikliyi “Yeni Azərbaycan”a şərh edən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, geri aytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizini təşkil edir. O, fikirlərinə davam edərək vurğulayıb: “Tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyatda nağd hesablaşmalar 500 manatadək məhdudlaşdırılır. Həmin məbləğdən artıq vəsaitlər yalnız nağdsız şəkildə ödəniləcək. Bu baxımdan, 500 manatdan yüksək ödəniş yalnız nağdsız olduğu üçün həmin əməliyyat üzrə 15 faiz geri qaytarma həyata keçiriləcək”.
Hamı hybrid və elektriklə işləyən avtomobillər alsın
Artıq bütün dünyada olduğu kimi, Azərbaycanda da hybrid və elektriklə işləyən avtomobillər dövrü başlayıb. Bu qəbildən olan avtomobillərin ölkəmizə gətirilməsi təşviq edilir. Vergi Məcəlləsində avtomobillərin idxalı və satışı ilə bağlı aparılan dəyişikliklər də, məhz bu məqsədlə edilib. Dəyişikliklərə əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hybrid avtomobillərin idxalı və satışı yanvar ayının 1-dən başlayaraq növbəti 3 ildə Əlavə Dəyər Vergisindən azad edilib. Dəyişikliklərə görə, elektrik mühərriki ilə işləyən avtomobillərin də idxalına və satışına ƏDV tətbiq olunmayacaq.
Bəhs olunan dəyişikliklərin hansı məqsədlə həyata keçirildiyinə aydınlıq gətirən Vüqar Bayramov vurğulayıb: “Bu dəyişikliklərdə məqsəd hybrid və elektron avtomobillərə marağı artırmaq və mühərrəki böyük, ili köhnə olan avtomobillərə tələbi azaltmaqdır”.
Əmlak vergisini necə ödəməli?
Bəhs olunan dəyişikliklər, həmçinin fiziki şəxslərin əmlak vergisini də əhatə edir. Belə ki, fiziki şəxslərin əmlak vergisi dövlət vergilərinə aid edilib. Dövlət Vergi Xidmətinin məlumatına görə, müəssisələrin, habelə fərdi sahibkarların balansında olan əsas vəsaitlər vergitutma obyektidir. Vergi Məcəlləsinə görə, müəssisələr və fərdi sahibkarlar əsas vəsaitlərinin orta illik qalıq dəyəri götürülərək müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisinə cəlb olunurlar. İqtisadçı ekspert Cavid Vəlizadə qeyd edib ki, müəssisələr və fərdi sahibkarlar cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin məbləğinin 20 faizi həcmində vergi ödəyirlər. “Eyni zamanda, müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyərinin hesablanma qaydası müəyyən olunub. Belə ki, qaydaya görə, müəssisənin əmlakının və fərdi sahibkarın əsas vəsaitlərinin hesabat ilinin əvvəlinə və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür və ödəniləcək vergi məbləği müəyyənləşdirilir”, - deyə ekspert bildirib.
Xəbər lenti
Hamısına baxDünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

