Neft bahalaşır: Bahalaşma Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
16.02.2022 [10:22]
Mübariz ABDULLAYEV
Maliyyə sektorunun iqtisadi inkişafa dəstək imkanları artır
Ötən il sabitləşmə mərhələsini uğurla keçən milli iqtisadiyyatımızın 2022-ci ildə inkişafı üçün daha optimal şərtlər formalaşıb. Təsadüfi deyil ki, bu il həm Azərbaycan hökuməti, həm də beynəlxalq qurumlar ölkəmizdə iqtisadiyyatın artacağını proqnozlaşdırırlar. BMT də bu il Azərbaycan iqtisadiyyatının 4 faiz böyüyəcəyi qənaətindədir.
Pandemiyanın qlobal miqyasda yaratdığı çətinliklər fonunda Azərbaycan iqtisadiyyatının inkişafını şərtləndirən bir sıra amillər var. Belə fundamental amillər sırasında birjalarda Azərbaycan neftinin qiymətinin artmasının önəmini xüsusi qeyd etmək lazımdır.
Ölkəyə gələn əlavə gəlirlər
Son günlərdə respublikamızın dünya bazarlarına çıxartdığı “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,95 dollar artaraq 99,70 dollara satılıb. Qeyd edək ki, Azərbaycan neftinin bir bareli sonuncu dəfə 2014-cü il sentyabrın 18-də 99 dollardan (99,54) baha satılıb. Eyni zamanda Dübəndi neft terminalında aşırılan neft və neft məhsullarının həcmində artım müşahidə edilir. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən KİV-ə bildirilib ki, 2021-ci ildə aşırılan neft və neft məhsullarının həcmi 2020-ci ilə nisbətən 2,3 dəfə artaraq 1,1 milyon tondan çox olub.
Azərbaycanın həm OPEK plus formatında əldə olunan razılaşmaya əsasən ixracı artırması, həm də birjalarda neftin 2022-ci ilin büdcəsində nəzərdə tutulandan (bir barel üçün 50 dollar) baha qiymətə satılması nəticəsində ölkəmizə böyük həcmlərdə əlavə gəlirlər gəlir. Məlumdur ki, 2020-ci və 2021-ci illərdə Azərbaycan pandemiyaya qarşı mübarizə məsələlərinə böyük həcmlərdə maliyyə vəsaiti xərcləyib. Verilən məlumatlara görə respublikamız MDB məkanında pandemiyaya qarşı ən böyük büdcə ayıran ölkələr sırasında yer alıb. Azərbaycan, həmçinin qlobal həmrəylik nümayiş etdirərək Ümumdünya Səhiyyə Təşkilatına iki tranşda 10 milyard dollar vəsait ayırıb. Respublikamız, eyni zamanda, 2020-ci ildə 44 günlük Vətən müharibəsi aparıb və şanlı Qələbə qazanaraq üç onillik ərzində düşmən əsarətində qalan ərazilərini işğaldan azad edib. Bu da böyük həcmlərdə maliyyə vəsaiti hesabına başa gəlib. Müharibədən sonra isə Azərbaycan vaxt itirmədən işğaldan azad edilən ərazilərdə bərpa və infrastruktur quruculuğuna başlayıb. 2021-ci ildə təxminən 10 min kvadratkilometr ərazidə başlanan bərpa işlərinə 2,2 milyard manat vəsait ayrıldı. Həmçinin 2022-ci ilin büdcəsində də işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinə eyni həcmdə maliyyə vəsaitinin ayrılması nəzərdə tutulub. Paralel şəkildə ölkəmizdə Prezident İlham Əliyevin imzaladığı sənədlər əsasında böyük sosial paket reallaşdırılır, şəhid ailələri və qazilər üçün mənzillər tikilir.
Bu qəbildən olan işlərin miqyasını göz önündə canlandırdıqda Azərbaycanın maliyyə imkanlarının məhdudlaşdığını güman etmək olardı. Lakin bu, baş vermədi. Ölkəmiz qeyd olunan bütün strateji məsələləri sırf daxili imkanları hesabına həll etməklə yanaşı, özünün valyuta ehtiyatlarını da artırmağa nail oldu. Hazırda ölkəmiz 53 milyard dollar həcmində strateji valyuta ehtiyatlarına malikdir ki, bu da kifayət qədər böyük həcmdir. Azərbaycanın rezervləri bununla tamamlanmır. Eyni zamanda, Dövlət Neft Fondu 45 milyard, Mərkəzi Bank 8 milyard dollardan çox rezervlərə malikdir. ARDNF Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 2022-ci ilin yanvar ayında 683 milyon 114 min ABŞ dolları gəlir əldə edib. Bütövlükdə, 2022-ci ildə Dövlət Neft Fondunun gəlirləri 10,589 milyard manat həcmində nəzərdə tutulub. Proqnozlara görə, gəlirlərin 8,587 milyard manatdan çoxu karbohidrogen resurslarının satışından əldə olunacaq.
Ekspertlər də neftin dünya bazar qiymətlərinin artmasının Azərbaycanın gəlirlərinin çoxalması baxımından müstəsna əhəmiyyət daşıdığını bildirirlər. Bu barədə “Yeni Azərbaycan”a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, neftin dünyada bazar qiymətinin artması neft istehsal və ixrac edən ölkələrin gəlirlərinin yüksəlməsinə gətirib çıxarır. “Azərbaycan da neft ixrac edən ölkədir. Respublikamızın ixracatının təxminən 80 faizini neft və neft məhsulları təşkil edir. Bu baxımdan neftin dünya bazar qiymətlərinin yüksəlməsi ixrac gəlirlərimizin artmasına səbəb olur. Bu, həmçinin Azərbaycanın Dövlət Neft Fondunun aktivlərinin və bütövlükdə Azərbaycanın strateji valyuta ehtiyatlarının artması baxımından da vacibdir. Dövlət Neft Fondunun aktivlərinin artması qurumun dövlət büdcəsi qarşısında öhdəliklərini yerinə yetirməsinə geniş imkanlar açır”, - deyə Vüqar Bayramov vurğulayıb.
Valyutaya tələblərin yüksək səviyyədə qarşılanması
Hazırda dünya miqyasında ən aktual məsələlərdən biri milli valyutaların məzənnəsi ilə bağlıdır. Əksər region dövlətlərində milli valyutaların dəyər itirməsi fonunda Azərbaycan manatının dayanıqlılığını qoruması xüsusi diqqət çəkir. İndiki həssas dönəmdə milli valyutamızın öz dayanıqlılığını qoruyub saxlaması və region dövlətləri üzrə ən güclü valyuta qismində çıxış etməsi bir tərəfdən Azərbaycan dövlətinin, Mərkəzi Bankın apardığı məqsədyönlü siyasətlə bağlıdırsa, digər tərəfdən də burada ölkəyə neft satışından qazanılan valyutanın daxil olması mühüm rol oynayır. Artıq bir neçə ildir ki, milli valyutamızın məzənnəsi dollarla müqayisədə kiçik tərəddüdlər ətrafında dəyişir və yaxud heç dəyişmir (1 USD = 1.7000 manat). Milli valyutalar nə zaman ucuzlaşır? O halda ki, valyutaya tələb ödənilmir. Neftin dünya bazar qiymətinin yüksək olduğu indiki şəraitdə respublikamızda valyuta, xüsusən də dollar qıtlığı yaşanmır. İndiki halda Neft Fonduna əlavə vəsaitlər gəlir. Hərraclarda valyuta satan əsas qurum da məhz Neft Fondudur. Əlavə vəsaitlər qazanan Neft Fondu Mərkəzi Bankın keçirdiyi hərraclara tələb olunandan çox valyuta çıxardır. Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov KİV-ə açıqlamasında da təsdiqləyib. Mərkəzi Bankdan “Yeni Azərbaycan”a verilən məlumata əsasən 15 fevral 2022-ci il tarixində qurumda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 41,7 mln. ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb. Mərkəzi Bankın məlumatında qeyd olunur ki, bundan əvvəlki hərraclarda da valyutaya olan tələb tam şəkildə ödənilib.
Manatın məzənnəsinin sabit saxlanılması həm sosial, həm də iqtisadi önəm daşıyır. Xüsusilə də ölkəmizə neft satışından daxilolmaların artması Azərbaycan iqtisadiyyatı qarşısında yeni inkişaf üfüqləri açır. Bununla bağlı fikirlərini açıqlayan Mərkəzi Bankın sədri Elman Rüstəmov vurğulayıb: “Ötən il dövlətimizin başçısı yeni milli inkişaf prioritetləri imzaladı. Ölkəmiz yeni inkişaf dövrünə qədəm qoyub. Bu inkişaf dövründə Azərbaycan iqtisadiyyatı qarşısında çox ciddi çağırışlar dayanır. Maliyyə sektoru bundan əvvəlki dövrə nisbətən daha çox iqtisadi inkişafa dəstək verəcək”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

