Azərbaycan alternativ bazar axtarmalıdır
05.03.2022 [10:09]
Avropanın avtomobil istehsalında xammal qıtlığı...
Nicat DİLQƏMLİ
Rusiya və Ukrayna arasındakı müharibə bir çox qlobal şirkətlərə, bəzi istehsalat sahələrinə də təsirsiz ötüşmür. Həmin sahələrdən biri də Avropada avtomobil istehsalı ilə məşğul olan şirkətlərdir. Belə ki, Avropalı avtomobil istehsalçıları bəzi materialların və komponentlərin qıtlığının yarana biləcəyindən narahatdırlar. Bu siyahıya nadir metallar, nikel, neon və digərləri aiddir. Çatdırılma prosesindəki ləngimə səbəbindən bəzi Avropa şirkətləri avtomobil istehsalını dayandırmağa məcbur qalıb. “Porsche”, BMW və Mini” şirkətlərinin bəzi müəssisələri artıq fəaliyyətini dayandırıb. Almaniyanın avtomobil istehsalçıları assosiasiyası - VDA istehsal problemlərinin pisləşməsi, Rusiya və Ukraynadan tədarük edilən mühüm xammalın çatışmazlığı barədə xəbərdarlıq edib. Xüsusilə, Ukraynanın əsas ixracatçı olduğu yüksək dərəcədə təmizlənmiş neon qazı ilə (mikroçiplərin istehsalında istifadə olunur) bağlı problemlər yarana bilər. Yüksək təmizlənmiş neon lazerlərdə silikon vaflilərə çiplərin həkk edilməsi üçün istifadə olunur. Ukrayna dünya bazarında bu qazın əsas tədarükçüsüdür, onun hasilat həcminin 70%-ə qədərini təşkil edir - onun hasilatı üçün qurğular hələ sovet dövründə yaradılıb.
Digər tərəfdən, Rusiyaya qarşı genişmiqyaslı sanksiyaların tətbiqi ilə əlaqədar olaraq avtomobillərin işlənmiş qaz çeviricilərində istifadə olunan palladiumun tədarükü ilə bağlı da problemlər yarana bilər. Qeyd edək ki, Almaniya sözügedən metalın 20%-ni Rusiyadan əldə edir.
Rusiyadan tədarükü ilə bağlı problemləri daha da pisləşməsi ehtimal edilən avtomobil sənayesi üçün daha bir vacib material nikeldir. Əksər elektrik avtomobillərinin akkumulyatorlarının əsas komponenti olan litium-ion akkumulyatorların istehsalında istifadə olunan yüksək təmizlənmiş nikeldir. “Perspektivdə avtomobil sənayesi xammal çatışmazlığı və daha yüksək qiymətlərlə üzləşəcək”, - Almaniya Avtomobil Sənayesi Assosiasiyasının bəyanatında deyilir. Rəsmi açıqlamada bildirilir ki, məftil kəmərlərinin çatışmazlığı səbəbindən Leypsiqdəki “Porsche” zavodu (Ukraynanın qərbində yerləşir) istehsalını dayandırılıb. “Volkswagen” isə martın 4-nə qədər Zviçkau və Drezdendəki fabriklərdə elektrik avtomobillərinin istehsalını dayandırıb.
İstehsalın dayandırılması Volkswagen Qrupunun MEB platformasında inşa edilən elektrik avtomobillərinə təsir edib. Bunlar xüsusən “ID.3, ID.4, ID.5, Audi Q4 e-tron və Cupra Born” elektrik modelləridir.
Bəs yaranmış defisitin ölkəmizin avtomobil istehsalına hansısa təsiri olacaqmı? Hansı qabaqlayıcı tədbirlər görülməlidir?
Məsələ ilə bağlı “Yeni Azərbaycan”a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Ukrayna və Rusiyanın ölkəmizdəki avtomobil istehsalındakı payı bir o qədər də çox deyil. Ekspert nəzərə çatdırıb ki, diqqət yetirilməli məqam əsasən çiplə bağlıdır: “Dünya avtomobil sənayesinin inkişafında müxtəlif elementlərin rolu var. Bu elementlərin də bir çoxu inkişaf etmiş ölkələrdə istehsal olunur. Bəzi elementlər var ki, hazırda onların istehsalı davam edir, avtomobil sənayesinə o qədər də təsir göstərmir. Amma nəzərə almaq lazımdır ki, Ukrayna və Rusiyadan da müəyyən elementlər alınır. Doğrudur, burada onların payı cüzidir. Müxtəlif səbəblərdən Amerika, Çin kimi nəhəng ölkələr daha çox xammal tədarük edir. Burada xüsusən avtomobillərin çipi diqqət mərkəzindədir. Pandemiya dövründə çip probleminə görə bir çox avtomobil istehsalçıları istehsalı hətta 50%-dən də çox azaltmalı oldular. Bu təbii proses idi, çünki mal dövriyyəsi onlara kifayət etmirdi. Bu gün Rusiyanın Ukraynaya qarşı apardığı müharibə bir çox sahələrə təsir göstərib. Rusiyanın özünün avtomobil istehsalı azalıb, həm də 30%-ə qədər qiymət artımı müşahidə edilir”.
Mütəxəssis yarana biləcək problemin qarşısını almağın yolunu alternativ bazarlarda görür: “Azərbaycanda avtomobil istehsalı İranla müştərək şirkət əsasında həyata keçirilir. Eyni zamanda, Çin şirkətlərinin də burada rolu var. Ona görə də hələlik Rusiyanın təsiri böyük deyil. Sadəcə, Gəncə Avtomobil Zavodunda müxtəlif texnikalar yığılır ki, bunun üçün də bəzi detallar Rusiyadan, Belarusdan gətirilir. Sözsüz ki, müharibənin buna təsiri var və artıq bir çox ölkələrdə müşahidə edildiyi kimi, Azərbaycanda da bu öz təsirini göstərəcək. Ola bilsin, ötən ildən, ilin əvvəlindən müxtəlif detallar, avadanlıqlar alınıb və ona görə də təsir o qədər də hiss olunmur. Amma hazırkı proseslər onu deməyə əsas verir ki, bu istiqamətdə təsirlər böyük olacaq. Ona görə də düşünürəm ki, ölkəmizdəki avtomobil istehsalçıları alternativ bazar tapmalıdırlar”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27

