Dəyənəyin iki başı
10.03.2022 [11:16]
Sanksiyalar həm Rusiyanın, həm də Avropa və ABŞ-ın iqtisadiyyatını vurur
Müharibə başlayandan ABŞ və Qərb dövlətləri tərəfindən Rusiyaya qarşı bir neçə mərhələdə sanksiyalar tətbiq olunub. Artıq sanksiyalar çərçivəsində Rusiyadan Avropaya və ABŞ-a idxalı dayandırılan, eləcə də ixracına qadağalar qoyulan məhsulların uzun siyahısı mövcuddur. Rusiyanın beynəlxalq SWİFT bağlantısından çıxarılması iqtisadi məzmunlu sanksiyaların sırasında xüsusi yer tutur. Perspektivdə isə sanksiyaların əhatə dairəsinin daha da genişləndiriləcəyi gözlənilir. Bəs sanksiyalar harada hansı fəsadlara yol açır?
Mübariz ABDULLAYEV
Rusiya iqtisadiyyatında tənəzzül
ABŞ və Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdikləri sanksiyalar bu ölkənin iqtisadi-maliyyə imkanlarını məhdudlaşdırmağa hesablanıb. Gözləntilər özünü doğruldur. Ekspertlər bildirirlər ki, Rusiya iqtisadiyyatı hazırda misli görünməmiş stress keçirir. Böyük coğrafiyaya və zəngin resurslara malik qonşu dövlətin iqtisadiyyatında bir sıra məhsulların ixracı mühüm yer tutur. İndi Rusiya üçün ənənəvi ixrac bazarları məhdudlaşıb. İxracın yeni bazarlara istiqamətləndirilməsinə isə zaman lazımdır. Verilən məlumatlara görə, artıq xeyli müddətdir ki, anbara işləyən şirkətlər, müəssisələr istehsalı dayandırmaq məcburiyyətində qalıblar. Bu səbəbdən də Rusiyanın əmək bazarında çətinliklər yaşanır. Eyni zamanda, xarici şirkətlər də Rusiyadan çəkilməyə qərar verirlər. Martın əvvəlinə olan məlumata əsasən, artıq 220-dək xarici şirkət Rusiyada öz fəaliyyətini dayandırıb. Xarici şirkətlərin Rusiyadan getmələri və yaxud əməkdaşlığı dayandırmaları bu ölkənin əmək bazarına güclü təzyiqlər yaradır.
Maliyyə qadağaları sanksiyaların ayrıca bir istiqamətini təşkil edir. Bu qadağalar üzündən rubl dollar, avro və digər dönərli valyutalar qarşısında kəskin dəyər itirib. Hazırda Rusiyada Mərkəzi Bank bir dolların kursunu 105,081 rubl səviyyəsində müəyyənləşdirib. Bununla belə, banklar dollar satışını məhdudlaşdırıblar. Qara bazarda isə dollar daha baha qiymətə (1 dollar 140-170 rubla) alınıb satılır. Əhali vəsaitlərini banklardan geri çəkməyə tələsir. Xaricdəki aktivləri dondurulduğuna görə, Mərkəzi Bank rublun dollara nisbətdə sabit qalmasına dəstək ola bilmir. Birjalarda əməliyyatlar ya tamam dayandırılıb, ya da qismən həyata keçirilir.
Ölkənin istehlak bazarında da təlatümlər yaşanır. Qiymətlər hiss olunacaq dərəcədə bahalaşıb, mağazaların qarşısında növbələr müşahidə edilir.
Avropada Rusiya mallarına artan tələbat
Bu gün sanksiyaların mənfi təsirləri ilə üzləşən yalnız Rusiya iqtisadiyyatı deyil. Necə deyərlər, dəyənəyin bir başı Rusiyanın, digər başı isə Avropanın və ABŞ-ın iqtisadiyyatını vurur. “Fransa sənayesi və energetikası Rusiyanın resurslarından çox asılıdır. Rusiya ilə iqtisadi əlaqələrin kəsilməsi qeyd olunan sahələrə kəskin təsir göstərəcək”. Bu fikirlər “France İnfo” elektron nəşrində dərc olunan məqalədə öz əksini tapıb. Bundan əvvəl isə “Pleinchamp” nəşri yazıb ki, Rusiyadan azot gübrəsinin idxalının dayandırılması Fransanın kənd təsərrüfatında fəlakətli nəticələrə gətirib çıxardacaq.
Rusiya ilə iqtisadi əlaqələrin məhdudlaşmasından narahatlıq keçirən yalnız Fransa deyil. Almaniyada, İtaliyada, Macarıstanda və Avropanın digər ölkələrində də belə narahatlıqlar yaşanır. Rusiyanın Avropa ölkələrinə ixracında əlvan metallar xüsusi yer tutur. Bu məhsullar isə “qoca qitə”də avtomobil, aviasiya, elektronika kimi sənaye sahələrində əvəzsiz xammaldır. Buna görə də əksər Avropa ölkələri Rusiya kimi zəngin əlvan metallar mənbəyini itirmək istəmirlər.
Enerji bazarında qiymət artımı
Sanksiyaların yeni mərhələsində Rusiyadan Avropaya və ABŞ-a neft və qaz idxalının dayandırılması gözlənilir. Bununla bağlı müzakirələr okeanın o tayında başlayıb. ABŞ prezidenti Co Bayden ölkəsinin Rusiyadan enerji daşıyıcılarının idxalını dayandırmaqda qərarlı olduğunu bəyan edib və Avropa dövlətlərini də eyni addımı atmağa çağırıb. ABŞ üçün belə bir qərar qəbul etmək asandır. Çünki bu ölkənin enerji resurslarının idxalında Rusiyanın payı aşağı səviyyədədir. Ancaq bunu Avropa üçün demək çətindir. “Qoca qitə”nin “mavi yanacaq” təchizatı təxminən 40 faiz səviyyəsində Rusiyadan idxal hesabına qarşılanır. Rusiya dünya üzrə ən çox neft hasil edən üç ölkədən biridir. Gündəlik neft hasilatı 5 milyon barelə çatan bu ölkə ixracının 50 faizini Avropaya yönəldir.
Bu reallıqlar fonunda Rusiyadan enerji daşıyıcılarının idxalının dayandırılması ilə bağlı müzakirələr qlobal miqyasda ciddi ajiotaj yaradıb. Hazırda birjalarda neftin bir barelinin qiyməti 130 dolları ötüb. Ekspertlər bu rəqəmin 150, hətta 200 dollaradək artacağını proqnozlaşdırırlar. Amerika Avtomobil Assosiasiyasının məlumatına görə, ABŞ-da benzinin qiyməti tarixi rekorda çatıb. Belə ki, yanacaqdoldurma məntəqələrində bir qallon (3,785 litr) benzin 4,17 dollara satılır. Avropada da buna oxşar mənzərə hökm sürür. “Qoca qitə”də “mavi yanacaq”ın qiyməti yüksələn xətlə dəyişir. Son günlərdə 1000 kubmetr qazın qiyməti bir sıra hallarda, hətta 3900 dollaradək yüksəlib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

