MDB ölkələrinin iqtisadiyyatı təhlükə altında...
11.03.2022 [11:00]
Nicat DİLQƏMLİ
Ukraynadakı müharibə səbəbindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar region ölkələri üçün də narahatlıq doğurur. Belə ki, Rusiyada fəaliyyət göstərən şirkət və müəssisələrin böyük bir qismində çalışanların əhəmiyyətli faizi əcnəbi vətəndaşlardır. Bununla yanaşı, bir çox beynəlxalq şirkət adıçəkilən ölkə ilə ticarət tərəfdaşıdır, çoxillik müqavilələr əsasında əməkdaşlıq etməkdədir. İndiki halda yaranmış vəziyyət həmin sahibkarları ciddi şəkildə narahat edir. Hətta tətbiq olunan sanksiyaların artıq region ölkələrinə ciddi təsiri də müzakirə mövzusuna çevrilib. Bununla bağlı “Fitch Ratings” beynəlxalq kredit reytinq agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Rusiya iqtisadiyyatına birbaşa təsiri və yoluxma kanallarına məruz qalmalar müxtəlifdir, ancaq iqtisadi təsirlər regionda əhəmiyyətli olacaq: “Münaqişənin gedişi və sanksiyaların son əhatəsi və müddəti ilə bağlı qeyri-müəyyənlik regiondaxili ticarət və maliyyə axınlarının, eləcə də nəqliyyat və logistika əlaqələrinin pozulmasının miqyası ilə bağlı qeyri-müəyyənliyə gətirib çıxarır. Hazırda elan edilmiş sanksiyaların şiddəti Rusiya iqtisadiyyatının 2022-ci ildə daralmasını qaçılmaz edir və ticarət, pul köçürmələri və turizm kanalları vasitəsilə MDB+ ölkələrinin iqtisadiyyatlarına təzyiq göstərir”.
Ən çox mənfi təsirə ötən il ixracının təxminən 40%-ni və idxalının 50%-ni Rusiyadan həyata keçirən Belarus məruz qalır. Belarusa qarşı yeni sanksiyalar və əlavə tədbirlərin mümkünlüyü, bu yaxınlarda “Fitch”in Belarusun reytinqini “CCC” səviyyəsinə endirməsində əks olunub.
“Fitch” müharibə başlayandan bəri, Belarus, Rusiya və Ukraynadan başqa, digər MDB+ ölkələrin kredit reytinqləri dəyişməyib: “Məzənnə çevikliyi onların əksəriyyəti üçün amortizatordur, lakin valyuta zəifliyi inflyasiyanı artırır (ərzaq qiymətlərinin yüksəlməsi kimi), eləcə də dövlət borcunun yüksək olan xarici valyuta komponentinin və depozitlərin dollarlaşması ümumiyyətlə təsirini ağırlaşdırır.”
Beynəlxalq kredit reytinq agentliyi hesab edir ki, Belarus xaricində, qısamüddətli xarici maliyyə riskləri, digər region ölkələrində böyük xarici buferlər (Qazaxıstan, Türkmənistan, Azərbaycan və Özbəkistan) və çoxtərəfli dəstək (Gürcüstan və Ermənistan) hesabına azaldılır: “Enerji və qızıl istehsalçıları daha yüksək qiymətlərdən faydalanmalıdır, lakin Qazaxıstan Rusiya infrastrukturundan çox asılıdır, Türkmənistanın ixracatı isə uzunmüddətli müqavilələr əsasında satılır”.
Agentliyin yaydığı məlumat nə dərəcədə reallığı özündə əks etdirir? Həqiqətən də narahatlığa səbəb varmı? Proseslərin gedişatı fonunda yaranacaq iqtisadi vəziyyət necə proqnozlaşdırılır?
Mövzu ilə bağlı “Yeni Azərbaycan”ın oxucuları üçün fikirlərini bölüşən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Rusiya MDB ölkələri üçün əsas ticarət tərəfdaşlarından biridir. Bu baxımdan, Rusiya iqtisadiyyatının zəifləməsi həm də Rusiya ilə digər MDB ölkələrinin ticarət əlaqələrinin və bütövlükdə ticarət dövriyyəsinə neqativ təsir göstərə bilər: “Eyni zamanda, MDB ölkələrinin əksəriyyətində istehsal edilən xüsusən ərzaq və yetişdirilən kənd təsərrüfatı məhsullarının əhəmiyyətli hissəsi Rusiya bazarına yönəldilir. Bu da təbii ki, Rusiyada alıcılıq qabiliyyətinin aşağı düşməsinə və nəticədə MDB ölkələrinin Rusiyaya ixracatına birbaşa təsir göstərir. Və təbii ki, remitensi (bir ölkədən digərinə göndərilən vəsait) həcmində də Rusiyadan digər MDB ölkələrinə göndərilən vəsaitlərin məbləği xüsusi paya malikdir”.
İqtisadçı xatırladıb ki, Rusiya Azərbaycan idxalında ən böyük tərəfdaşdır, illik 2.7 milyard dollarlıq qeyri-neft ixracatımızın 32.3 faizi Rusiyanın payına düşür: “Ölkələrimiz arasında ticarət dövriyyəsi illik orta hesabla 3 milyard dollardır. Bunun 2 milyard dolları Rusiyadan Azərbaycana ixrac, digər 1 milyard dolları isə Azərbaycandan Rusiyaya ixracdır. Və nəticə etibarı ilə Rusiya Azərbaycan idxalında ən böyük tərəfdaşdır. Eləcə də Azərbaycanın qeyri-neft sektorunda Rusiya ən böyük ticarət tərəfdaşımızdır. Belə ki, illik 2.7 milyard dollarlıq qeyri-neft ixracatımızın 32.3 faizi Rusiyanın payına düşür. Bu baxımdan da Rusiyada alıcılıq qabiliyyətinin aşağı düşməsi, Rusiya iqtisadiyyatında problemlərin dərinləşməsi Azərbaycan üçün həm də qeyri-neft ixracatı baxımından arzuolunan deyil. Çünki nəticədə gözlənilir ki, alıcılıq qabiliyyətinin aşağı düşməsi fonunda Azərbaycanın Rusiyaya ixrac imkanları, xüsusən də qeyri-neft sektoru üzrə azala bilər. Və təbii ki, idxalda da, eləcə də Rusiyanın ixrac etdiyi məhsulların qiymətində artım gözləniləndir və bu, artıq müşahidə olunur. Azərbaycanla Rusiya arasındakı ticarət dövriyyəsinə diqqət yetirdikdə görmüş olarıq ki, ölkəmizin Rusiyadan ən çox aldığı məhsul buğdadır. İl ərzində 290 milyon dollardan artıq vəsait Rusiyadan buğda idxalına yönəldirilirdi. Buğdanın qiyməti artıb, ixracatı məhdudlaşıb və bu da Azərbaycanın buğda idxalına birbaşa təsir göstərir. Digər məqam Rusiyada yaşayan azərbaycanlıların göndərdikləri vəsaitlərdir. Belə ki, Rusiya Mərkəzi Bankının məlumatına görə, il ərzində təxminən 1.5 milyard dollara yaxın vəsait Rusiyada yaşayan azərbaycanlılar tərəfindən ölkəmizə göndərilir. Bu da nəticə etibarı ilə bu vəsaitlərin də azalacağı proqnozlaşdırılır ki, bu da Rusiyadan Azərbaycan və digər MDB ölkələrinə göndərilən vəsaitin həcminin azalması baxımından arzuolunan deyil”.
“Amma təbii ki, Azərbaycan hər zaman preventiv tədbirlər həyata keçirən ölkələrdəndir. Hətta Rusiya-Ukrayna müharibəsindən xeyli müddət öncə cənab Prezident tərəfindən strateji ərzaq məhsullarının ehtiyatlarının artırılması ilə bağlı göstəriş verildi. Azərbaycan bu tip xarici faktorlara və xarici şoklara hazır olmağa çalışan və təsirləri minimallaşdırmaq baxımından daha çevik reaksiya verən ölkələrdəndir. Bu baxımdan da təbii ki, biz bir tərəfdən strateji ərzaq ehtiyatlarımızı artıraraq və eləcə də yerli məhsul istehsalını genişləndirərək Rusiyaya tətbiq edilən sanksiyaların Azərbaycan iqtisadiyyatına təsirlərini minimallaşdırmaq imkanına malik olacaq. Rusiyaya tətbiq edilən sanksiyalar MDB ölkələrinə təsirsiz ötüşməyəcək, amma birmənalı şəkildə Azərbaycan həmin sanksiyaların təsirlərini minimallaşdırmaqla bağlı preventiv tədbirlərlə müşahidə olunan siyasətini davam etdirəcək və Azərbaycan çalışır ki, təsirlər kifayət qədər az olsun, Azərbaycan iqtisadiyyatında hiss olunmasın”, - deyə V. Bayramov fikirlərinə əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24

