40 faizə qədər artım...
30.03.2022 [10:10]
İxrac coğrafiyası genişlənir
Mübariz ABDULLAYEV
Azərbaycan ənənəvi olaraq xarici bazarlara neft-qaz ixrac edən ölkədir. 2022-ci ilin ilk iki ayında ölkəmizdən magistral neft kəmərləri ilə 5 milyon 575 min ton neft nəql edilib ki, bunun da 76,7 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib. Geosiyasi gərginliklərin artdığı indiki dövrdə Avropada Azərbaycan qazına da tələbat artır. Ölkəmiz cari ildə Avropa bazarlarına 10 milyard kubmetr qaz ixrac etməyi hədəfləyib. Lakin neft-qaz Azərbaycanın ixracında əsas pozisiya olsa da, ölkəmiz qeyri-neft sektorunu inkişaf etdirməklə bu sahədən də valyuta daxilolmalarını artırmağı qarşıya məqsəd qoyub. Son illərdə qeyri-neft sektorunda istehsal və ixrac həcmlərinin artması onu deməyə əsas verir ki, ölkəmiz öz hədəflərinə doğru inamlı addımlar atır.
Qeyri-neft məhsullarının ən çox ixrac olunduğu ölkələr
Cari ilin yanvar-fevral aylarında respublikamızdan qeyri-neft sektoru üzrə ixrac 461,8 mln. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 130,6 mln. ABŞ dolları və ya 39,4% artıb. O cümlədən bəhs olunan dövrdə respublikamızdan meyvə-tərəvəz məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 mln. ABŞ dolları artaraq 92,3 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 57,4%, pambıq lifi ixracı 38,3%, pambıq ipliyi ixracı 35,2%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 16,5% artıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dərc etdiyi “İxrac icmalı”nın mart sayında məlumat verilib.
Cari ilin yanvar-fevral aylarında Azərbaycandan qeyri-neft məhsullarının ən çox ixrac olunduğu ölkələrin sırasında isə Türkiyə, Rusiya, Gürcüstan, İsveçrə və İtaliya qərarlaşıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, iki ayda Türkiyəyə 153,3 milyon ABŞ dolları, Rusiyaya 119 milyon dollar, Gürcüstana 28 milyon dollar, İsveçrəyə 21 milyon dollar, İtaliyaya isə 19,3 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.
Yeni bazarlara doğru...
Hələ bir neçə il bundan əvvəl Prezident İlham Əliyev Azərbaycanın qeyri-neft, xüsusən də kənd təsərrüfatı məhsullarının yeni bazarlara çıxarılmasının zəruriliyini qeyd etmişdi. Təbii ki, ənənəvi bazarların qorunması şərti ilə. Regionda geosiyasi gərginliklərin artdığı indiki şəraitdə dövlət başçısının bu çağırışının aktuallığı daha da artıb.
Ekspertlərin qənaətinə görə, Körfəz ölkələri Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün geniş bazar hesab oluna bilər. Bu bazarda məhsullara tələbat böyükdür. Öz növbəsində Azərbaycan keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə bu tələbatı qarşılaya bilər. Hazırda respublikamızın müvafiq qurumları dövlət başçısının çağırışına uyğun olaraq, yüksək rəqabət qabiliyyətinə malik məhsullarımızın yeni bazarlara istiqamətləndirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirirlər. “Dubay Ekspo 2020” dünya sərgisində Azərbaycan pavilyonunun təşkili buna əyani nümunədir. İndiyədək milli pavilyonumuzun çoxsaylı ziyarətçiləri olub. Bu günlərdə isə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici ticarət naziri Tani bin Əhməd Al Zeyudi Azərbaycan pavilyonuna baş çəkib. BƏƏ-nin naziri jurnalistlərə müsahibəsində bildirib ki, hazırda Azərbaycan ilə ticari-iqtisadi əlaqələr yüksəliş dövrünü yaşayır. Belə ki, ötən il iki ölkə arasında qeyri-neft sektorunda ticarətin həcmi 33 faiz artaraq 2,4 milyard dirhəmə (təqribən 650 milyon dollar) çatıb.
Martın 28-də isə “Dubay Expo 2020” sərgisinin Azərbaycan pavilyonunda kiçik və orta biznes (KOB) üzrə forum keçirilib. KOBİA-nın təşkilatçılığı və “NEQSOL Holdinq”in dəstəyi ilə keçirilmiş “Azərbaycan-BƏƏ KOB Forumu: biznesləri birləşdirən, ölkələri birləşdirən” adlı tədbirin məqsədi KOB-lar üçün imkanlar haqqında müzakirələr aparmaq, KOB-ların şəbəkələşməsi və fikir mübadiləsi aparması üçün birgə platformanın təmin edilməsidir.
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

