Sonun başlanğıcı
07.04.2022 [10:27]
Dünyada “dollar monopoliyası” dövrü tarixə qovuşur?
Rusiyalı rəssamın dizayn etdiyi dollar Rusiya siyasiləri tərəfindən çökdürülür
M.ƏHMƏDOĞLU
İndiyədək bütün dünyada ən güclü ödəniş vasitələrindən biri, bəlkə də, birincisi olan dolların uzun tarixi var. “Dollar” sözü orta əsrlərdə Avropada yaranıb. O dövrdə əvvəllər Çex torpağını işğal etmiş Bohemiyada gümüş sikkələr - qısaca “taler” adlanan pul vahidləri qüvvədə idi. Sonralar bu pul vahidləri beynəlxalq ödəmə vasitəsinə çevrildi. Avropa xalqlarının hər biri “taler”ı özlərinin dil yatımına uyğun şəkildə adlandırdılar. Məsələn, İspaniyada - “talero”, Hollandiyada - “dalder”, İngiltərədə - “dallar” və s. Az vaxtdan sonra “dallar” “dollar”a çevrildi və getdikcə hamı tərəfindən qəbul olundu. 1785-ci ildə ABŞ Konqresində qəbul edilmiş qərara görə dollar bu ölkənin rəsmi valyutası oldu.
Artıq on illərdir ki, dollar ABŞ-ın milli valyutası çərçivəsindən çıxaraq beynəlxalq ödəniş vasitələrindən birinə çevrilib. Bu gün birjalarda əməliyyatlar, ölkələr və şirkətlərarası sövdələşmələr əsas etibarı ilə bu valyuta ilə həyata keçirilir. Əksər milli valyutaların məzənnəsi də məhz dollara nəzərən müəyyənləşdirilir. İndiyədək dollar qlobal iqtisadiyyata, dövlətlərin milli valyutalarına güclü təsirlər göstərirdi. Milli valyutalar, elə qlobal iqtisadiyyatın özü də dolların arxasınca gedirdi və öz düzənlərini məhz çox zaman “göy” adlandırılan bu dönərli valyutaya nəzərən müəyyənləşdirirdilər. Birjalarda, ölkələrarası münasibətlərdə formalaşan “qızıl qaydalar”ın pozulmasını heç kəs ağlının qırağından belə keçirmirdi.
Lakin hər şeyin sonu olduğu kimi, dollar epoxasının da sonunun başladığı dövr gəlməkdədir. Daha doğrusu, dollara qarşı etimadsızlıq hələ bir neçə il bundan əvvəl baş qaldırmışdı. Zaman-zaman İranda, Türkiyədə, Çində və digər ölkələrdə hesablaşmalarda dollardan imtina mövzusu gündəmə gəlib. Belə çağırışlar dollar tabusunu aradan qaldırdı və ölkələr daha cəsarətli təşəbbüslər irəli sürməyə başladı.
Hesablaşmalarda dollardan imtina mövzusu Rusiya-Ukrayna müharibəsi fonunda yenidən gündəmə gəlib. Mart ayında Rusiya prezidenti Vladimir Putin sanksiyalara cavab olaraq “dost olmayan ölkələrə” satdığı qazın dəyərinin dollarla deyil, rublla həyata keçiriləcəyini bəyan etdi. Rusiyanın dövlət başçısı ödəmə mexanizmlərinin dəyişdirilməsi ilə bağlı ayrıca fərman da imzalayıb. Bundan başqa, Rusiya yalnız qazın deyil, ixrac etdiyi digər strateji məhsulların da dəyərinin rublla ödənilməsini tələb etmək niyyətindədir.
“Artıq dolları vəsaitləri saxlamaq üçün etibarlı valyuta saymaq mümkün deyil, onun monopoliyasının sonu çatıb”. Bu fikri Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin ifadə edib. O, özünün teleqram kanalında Rusiya prezidentinin “dost olmayan ölkələrə” satılan qazın dəyərinin rublla ödənilməsi qərarının ABŞ-ın maliyyə nazirliyində isterika yaratdığını yazıb.
Beləliklə, hazırda yeni geosiyasi reallıqlar fonunda dolların “ən parlaq dövrü”nün artıq keçmişdə qaldığını söyləmək mümkündür. Burada təzadlı bir məqam da diqqət çəkir. Dolların müasir dizaynının yaradılmasında zamanında Rusiyadan mühacirət edən rəssam Sergey Makronovski mühüm rol oynayıb. ABŞ-ın məşhur dövlət xadimlərinin portretlərinin əskinasların dizaynında yer alması ideyası ona məxsusdur. Belə çıxır ki, rusiyalı rəssamın dizayn etdiyi dolların Rusiya siyasiləri tərəfindən çöküşü həyata keçirilir.
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

