Qarabağa həyat verəcək su layihələri
23.04.2022 [09:07]
Böyük Qayıdışın tərkib hissəsi kimi
Mübariz ABDULLAYEV
Azərbaycan 44 günlük Vətən müharibəsi başa çatdıqdan dərhal sonra işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Mənfur düşmənin üç onilliyi əhatə edən işğal dövründə ağlasığmaz vandalizm əməlləri törətdiyi bu ərazilərdə indi hər şeyi yenidən qurmaq lazımdır. Güclü dövlət olan Azərbaycan təxminən 11min kvadratkilometrə bərabər olan ərazilərdə bərpa və infrastruktur quruculuğu işlərini heç kimdən kömək istəmədən öz imkanları hesabına həyata keçirir. 2021-ci ildə sözügedən ərazilərdə nəzərdə tutulan layihələrin icrasına 2,2 milyard manat vəsait ayrıldı. Cari ildə də işğaldan azad edilmiş ərazilərin bərpasına dövlət büdcəsindən eyni həcmdə vəsait ayrılacaq.
Su ehtiyatlarından səmərəli istifadə olunması hədəfi
İşğaldan azad edilmiş ərazilərdə bərpa işləri müxtəlif istiqamətlərdə aparılır. O cümlədən Qarabağın bol su ehtiyatlarından səmərəli istifadə edilməsi də ölkəmizin hədəfləri sırasında yer alır. İşğaldan azad edilmiş ərazilər su ehtiyatları ilə kifayət qədər zəngindir. Burada Tərtər, Həkəri, Bazarçay, Bərgüşad, Lev, Zabux, Tutqun, Turqay, Bəsitçay, Qarqarçay, Quruçay, Köndələnçay, Oxçuçay kimi bol su mənbələri var.
Qeyd edək ki, mənfur düşmən işğal dövründə onların nəzarətində olan ərazilərimizdəki su ehtiyatlarından bizə qarşı təzyiq vasitəsi kimi istifadə edirdilər. Belə ki, onlar yay aylarında suya ehtiyac artanda bütün bəndləri bağlayırdılar. Beləliklə də, keçmiş təmas xəttinə yaxın ərazilərdə əkin-biçinlə məşğul olmaq qeyri-mümkün idi. Qış aylarında isə ermənilər başqa bir hiyləyə əl atırdılar - bəndləri açaraq torpaqlarımızı su altında qoyurdular. Bununla bağlı beynəlxalq təşkilatlara müraciətlər ünvanlansa da, bir nəticə vermirdi, hamı seyirçi münasibətdə qalırdı.
44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə sayəsində 30 il ərzində düşmənin nəzarətində qalan ərazilərimiz işğaldan azad olundu. İndi həmin ərazilərdəki su mənbələri də bizim nəzarətimizdədir. Bu ehtiyatlardan səmərəli istifadə etməklə ölkəmizdə aqrar sektorun inkişafını sürətləndirmək və ərzaq təhlükəsizliyinin təmin olunmasına yeni töhfələr vermək mümkündür. Təsadüfi deyil ki, işğaldan azad olunmuş ərazilərdəki su anbarlarının gələcək istismarı, hidroehtiyatların ölkənin su təsərrüfatı sisteminə inteqrasiyası da bərpa prosesinin və Böyük Qayıdışın tərkib hissəsi kimi müəyyənləşdirilib.
Mövcud su anbarlarının bərpası, yenilərinin tikintisi
Mövcud su anbarlarının bərpası, yenilərinin tikilməsi sayəsində işğaldan azad olunmuş ərazilərdə və keçmiş təmas xəttinə yaxın bölgələrdə minlərlə hektar torpaq sahələrini əkin dövriyyəsinə cəlb etmək mümkün olacaq. Bu barədə Prezident İlham Əliyevə aprelin 21-də Füzuli rayonunda Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işləri ilə tanış olarkən məlumat verilib. Bildirilib ki, mövcud su anbarlarının qəsdən məhv edilməsi Ermənistanın Qarabağda aqrar sahədə dağıdıcı fəaliyyətinin nəticəsidir. Köndələnçay su anbarı buna bariz misaldır. Ümumi sistemə daxil olan “Köndələnçay-1”, “Köndələnçay-2” və “Aşağı Köndələnçay” su anbarlarının bərpası ilə Füzuli rayonu ərazisində 6200 hektar əkin sahəsinin suvarılması mümkün olacaq.
Hazırda işğaldan azad edilmiş ərazilərdəki digər su anbarlarında da bərpa işləri həyata keçirilir. Bütövlükdə, sözügedən ərazilərdə 9 su anbarı tikilir və yaxud əsaslı şəkildə bərpa olunur. Su layihələrinin reallaşdırılması Qarabağa həyat verəcək. Bu layihələr, eyni zamanda, keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, məşğulluğun artırılmasına və ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına hesablanıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

