“Qara qızıl” bahalaşır...
01.06.2022 [10:13]
Azərbaycan üçün çağırışlar
Mübariz ABDULLAYEV
Son vaxtlar dünyada baş verən geosiyasi gərginliklər və arzuolunmaz mənfi şoklar fonunda qlobal enerji bazarında kəskin təlatümlər müşahidə edilməkdədir. O cümlədən neftə tələb və təklif balansının tez-tez dəyişməsi “qara qızıl”ın qiymətinin enib qalxmasında öz əksini tapır. May ayında Brent markalı neftin qiyməti 17 faiz artaraq hər barel üçün 105 dollardan 123 dollaradək yüksəlib.
Qlobal enerji bazarına artan təzyiqlər
Dünya üzrə neftə tələb və təklif balansının tez-tez dəyişməsi və bunun qiymətlərdə əks olunması qlobal enerji bazarına artan təzyiqlərlə bağlıdır. Deyə bilərik ki, hazırda dünya pandemiyadan sonrakı mərhələyə qədəm qoyub. Sərt qapanmalardan sonra qlobal iqtisadiyyat bərpa dövrünü yaşayır. Azərbaycan da daxil olmaqla ayrı-ayrı ölkələrdə bərpa prosesi daha intensiv hal alıb. Bu isə əsas enerji daşıyıcılarından olan neftə tələbatın artması deməkdir.
İndiki mərhələdə qlobal enerji bazarında neftin qiymətinin artmasına birbaşa təsir göstərən digər amil Rusiya-Ukrayna müharibəsidir. Müharibə fonunda enerji amilinin siyasi təzyiq vasitəsinə çevrildiyi bir daha öz təsdiqini tapır. Müharibə tərəfi olan Rusiya gündəlik 5 milyon barel həcmində neft ixracı potensialına malikdir. Verilən məlumata görə, bu ölkənin müharibə xərclərinin qarşılanmasında neft gəlirləri müstəsna rola oynayır. Müharibədə Ukraynanın tərəfini saxlayan ABŞ və Avropa İttifaqı (Aİ) dövlətləri Rusiyanı böyük həcmlərdə neft gəlirlərindən məhrum etməyi qarşıya məqsəd qoyub. ABŞ hələ mart ayından Rusiyadan neft idxalını dayandırıb. Avropa İttifaqında isə bu günlərdə Rusiyaya qarşı altıncı sanksiyalar paketi üzrə ümumi razılıq əldə olunub. Sözügedən sanksiyalar paketində 2022-ci ilin sonunadək “qoca qitə”nin Rusiyadan neft idxalını 90 faizədək azaltması nəzərdə tutulur.
Qlobal iqtisadiyyatın pandemiyadan sonra bərpası dönəmində neftə tələbatın artmasının Rusiyadan böyük həcmlərdə neft idxalına qadağa qoyulması səbəbindən tam şəkildə qarşılana bilməyəcəyi ehtimalını gücləndirib ki, bu da enerji bazarına əlavə təzyiqlər yaradıb. Hazırda ayrı-ayrı ölkələrin yaranan risklər fonunda özlərinin neft ehtiyatlarını artırmaq qayğısına qaldıqları müşahidə edilir.
Güclü qeyri-neft sektorunun formalaşdırılmasının prioritetliyi
Qlobal enerji bazarında baş verən dəyişikliklər neft istehsalçısı və ixracatçısı olan ölkələr üçün qarşıya yeni çağırışlar çıxardıb. Azərbaycan da bu sırada yer alır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ölkəmiz 2021-ci ildə 27 milyon 116 min ton xam neft və neft məhsulları ixrac edib. Bu o deməkdir ki, il ərzində xaricə 173 milyon 271 min barel neft göndərilib. Ölkəmizin gündəlik neft ixracı orta hesabla 427 min 715 barel təşkil edib. Energetika Nazirliyindən verilən məlumata görə, 2022-ci ilin yanvar-aprel aylarında respublikamızda 11,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hesabat dövründə 9 milyon ton neft ixraca yönəldilib. Bunun 8,5 milyon tona yaxını konsorsiumun, 448 min tonu isə SOCAR-ın payına düşür. O cümlədən cari ilin 4 ayı ərzində ölkədə 15,7 milyard kubmetr təbii qaz hasil edilib. Bəhs olunan dövrdə xaricə qaz satışı 7,6 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,4 faiz çoxdur. Cari ilin yanvar-aprel aylarında Türkiyəyə 2,9 milyard kubmetr, Avropaya 3,5 milyard kubmetr, Gürcüstana isə 1,2 milyard kubmetr qaz satılıb.
Birjalarda enerji daşıyıcılarının qiymətinin yüksəlməsi ixracatçı ölkə kimi Azərbaycanın gəlirlərinin artmasında öz əksini tapır. İndiki şəraitdə ölkəmizin valyuta daxilolmalarının artmasını dəyərləndirən Milli Məclisin deputatı Vüqar Bayramov vurğulayıb: “2022-ci ilin dövlət büdcəsində 1 barel neftin qiymətinin 50 dollar müəyyənləşdirildiyini nəzərə alsaq, birjalarda “qara qızıl”ın illik orta qiymətinin yüksək olması fonunda Dövlət Neft Fonduna daxilolmalar artacaq və valyuta ehtiyatlarımız çoxalacaq. Bu baxımdan, neft bazarındakı son tendensiya bütövlükdə neft ölkələri üçün arzuolunan dəyişiklikdir.
Bununla yanaşı, qiymətlərdəki kəskin artımlar neft bazarı üçün potensial risklər də formalaşdırır. Qiymət artımları bir tərəfdən gündəlik 12 milyon xam neft hasil edən Birləşmiş Ştatlarda şi?t neft hasilatını artıracaq, digər tərəfdən bazarda “köpüklər” yaradacaq. Bu baxımdan, artan qiymətlərin yenidən aşağı enməsi istisna edilmir”.
Millət vəkilinin sözlərinə görə, enerji məhsulları ixrac edən əksər ölkələr və eləcə də Azərbaycan üçün neft bazarındakı stabillik valyuta daxilolmalarının optimallığı baxımdan vacibdir. Əksər neft ölkələri üçün 1 barel neftin qiymətinin 80 dollar civarında stabilləşməsi iqtisadi baxımdan məqbul hesab olunur. Amma neftin qiyməti yalnız iqtisadi deyil, eyni zamanda, siyasi faktorlardan asılı olduğundan istənilən zaman bazarda sıçrayışlar baş verə bilər. Fikirlərinə davam edən Vüqar Bayramov yüksək neft qiymətləri dönəmində Azərbaycanın qarşısında duran çağırışlara da diqqət çəkib. “Neft bazarındakı proqnozlaşdırılmayan volatillik bir daha təsdiq edir ki, enerji resurslar ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Respublikamız üçün prioritet də neft gəlirlərindən asıllığı minimumlaşdırmaqdan ibarətdir”, - deyə millət vəkili vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10

