Vençur Kapital Fondu yaradılır
15.06.2022 [10:20]
Nicat Dilqəmli
Azərbaycanda mövcud olan etibarlı, dayanıqlı investisiya mühiti qabaqcıl dünya dövlətlərindən olan investorların əhəmiyyətli hissəsinin diqqətini özünə cəlb edir. Dövlət başçımızın göstərişi ilə bu sahədə bütün lazımi addımlar atılır, nüfuzlu beynəlxalq qurum və təşkilatların cəlb edilməsi, onlar üçün hərtərəfli imkanların yaradılması istiqamətində layihələr hazırlanır, əməli tədbirlər həyata keçirilir. Elə ötən gün ölkəmiz üçün bu sahədə daha bir uğurlu addım atılıb. Belə ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və ‘’Paşa Holding” Şirkətlər Qrupu innovasiya ekosisteminin inkişafı üçün böyük əhəmiyyət kəsb edən birgə Vençur Kapitalı Fondunun yaradılmasını bəyan edib.
Bununla əlaqədar keçirilən tədbirdə yerli Startap İcması, innovasiya ekosisteminin tanınmış üzvləri, ‘’Technovate- Sabah mələk investorlar klubu’’nun təsisçiləri və investorları iştirak ediblər.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sözügedən birgə fondun yaradılması ilə bağlı bildirib: ‘’Bu gün biz “Paşa Holding” Şirkətlər Qrupu ilə birgə ölkəmizin innovasiya ekosisteminin parlaq gələcəyinə hesablanmış birgə Vençur Kapitalı Fondunu təsis etdik. İnanırıq ki, fond innovasiya infrastrukturunun inkişafına, biznes mühitinin optimallaşdırılmasına, xarici investorların ölkəyə cəlb edilməsinə və yerli layihələrin xarici bazarlara çıxarılmasına geniş imkanlar açacaq’’.
Qeyd edək ki, Vençur Kapitalı Fondunun büdcəsi 11,3 milyon manat təşkil edir. Fondun təsis olunmasına İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 5 milyon manat, “Paşa Holding” Şirkətlər Qrupu 5 milyon manat və fərdi sahibkarlar 1,3 milyon manat vəsait ayırıb.
Sözügedən fond 7 il ərzində maliyyə texnologiyaları, təhsil texnologiyaları, kənd təsərrüfatı texnologiyaları, bulud texnologiyaları, pərakəndə satış, e-ticarət və oyun sənayesi kimi sektorlarda ümumilikdə 150 yerli və regional startaplara investisiya yatırmağı planlaşdırır. İnvestisiya prosesi ölkədə həyata keçirilən inkubasiya və akselerasiya proqramlarının təhlili əsasında icra ediləcək.
Bununla yanaşı, “Technovate-Sabah Mələk İnvestorlar Klubu’’ ilə əməkdaşlıq çərçivəsində “şərikli investisiya” (matching investment) modelinə xüsusi önəm veriləcək.
Eyni zamanda, investorların potensialının artırılması üçün “Technovate-Sabah Mələk İnvestorlar Klubu” ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşlığı çərçivəsində bir sıra tədbirlər, o cümlədən investisiya üzrə təlim proqramlarının təşkili və gələcəkdə investorların Silikon Vadisinə səfəri də nəzərdə tutulur.
Məlumat üçün qeyd edək ki, Vençur fondu innovativ müəssisələr və layihələr (startaplar) ilə işləməyə yönəlmiş riskli investisiya fondudur. Bu növ fondların bir xüsusiyyəti daha riskli fəaliyyətlərin həyata keçirilməsi üçün qanunvericilik icazəsidir. Burada risklərin şaxələndirilməsinə ehtiyac yoxdur və ya risklər kəskin şəkildə azalır; onlara yalnız korporativ hüquqlar almaq deyil, həm də şirkətlərə kredit vermək icazəsi verilir (məsələn, veksellərin alınması). Onlara yeganə olaraq tətbiq edilən qadağa bank, sığorta və investisiya sahəsinə sərmayə qoymaqdır.
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

