Yeni sosial dəstək proqramına start verildi
03.08.2022 [10:08]
11 min nəfərədək müharibə əlilinə birdəfəlik ödəniş ediləcək
M.FEYİZLİ
Sosial dövlət olan Azərbaycanda Birinci və İkinci Qarabağ müharibəsində həyatlarını itirən şəhidlərin ailələrinə və əlillərə həm dövlət, həm də cəmiyyət səviyyəsində böyük ehtiram və qayğı göstərilir. Dünəndən etibarən respublikamızda geniş əhatə dairəsinə malik yeni sosial dəstək proqramının icrasına start verilib. Söhbət Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanmasından gedir. Bəhs olunan dəstək proqramı Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısının növbəti təzahürüdür. Proqramın icrası Nazirlər Kabinetinin yeni təsdiqlədiyi Qaydaya uyğun şəkildə reallaşdırılır.
Proaktiv qaydada ödəmə
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Yeni Azərbaycan”a verilən məlumatda bildirilir ki, bəhs olunan proqram “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun qüvvəyə mindiyi 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuları və daxili işlər orqanları əməkdaşlarını, onlardan vəfat edənlərin vərəsələrini əhatə edir. Həmin dövrədək hərbi xidmətdə xəsarət alması barədə məlumatları aidiyyəti qurumlar tərəfindən müvafiq elektron sistemə daxil edilmiş, o cümlədən sığorta ödənişi alması üçün məhkəmə qətnaməsi olan 11 minədək şəxsə e-sistem üzərindən proaktiv qaydada (heç bir quruma müraciət etmədən) ödəmə təyin olunaraq onların bank hesablarına köçürülüb. Bu barədə, habelə ödəməni hansı bankdan alacağına dair onlara SMS göndərilir. Eyni zamanda, birdəfəlik ödəmə təyin olunmuş şəxslər bu barədə məlumatı nazirliyin sosial.gov.az saytındakı “Müharibə əlillərinə birdəfəlik ödəmə” pəncərəsinə daxil olaraq da əldə edə bilərlər.
Birdəfəlik ödəmə Azərbaycan Beynəlxalq Bankından (ABB) sosial ödəniş alan şəxslərin mövcud kartlarına ödənilir. ABB-də kartı olmayan, birdəfəlik ödəmə təyin olunmuş şəxslər yeni kartlarını ABB-nin istənilən filialından şəxsiyyət vəsiqəsi ilə əldə edə bilərlər.
Nazirliyin məlumatında bildirilir ki, E-sistemlərdə, habelə müvafiq arxivlərdə aldığı xəsarətlə bağlı məlumat olmadığı üçün elektron qaydada ödəmə təyin edilməyən şəxslər isə xəsarətlə bağlı şəhadətnamənin (və ya qərar, arayış) elektron sistemə daxil edilməsi üçün xidmət keçdikləri qurumun hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) müraciət etməlidirlər. Qeyd edilən sənəd aidiyyəti qurum tərəfindən e-sistemə daxil edildikdən sonra aşağıdakı sənədlərlə DOST mərkəzlərinə, vahid əlaqələndirmə mərkəzlərinə və ya Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yerli bölmələrinə müraciət etməlidir:
- birdəfəlik ödəmənin verilməsi üçün ərizə;
- şəxsiyyət vəsiqəsi;
- əlilliyin 1997-ci il avqustun 2-dək olan xidmət dövrü ilə bağlı təyin edilməsinə dair tibbi-sosial ekspertiza komissiyasının qərarı (tibbi-sosial ekspertiza komissiyasının müayinə aktından çıxarış və s.).
Birdəfəlik ödəmə almaq hüququ olan şəxs vəfat edibsə...
Birinci Qarabağ müharibəsi iştirakçısının adı sosial.gov.az saytında proaktiv ödəmə almaq hüququ olan şəxs kimi çıxırsa, həmin şəxsin vərəsəsi (vərəsələri) notariat orqanına müraciət edib vərəsəlik şəhadətnaməsini almalıdırlar. Bu barədə notariat orqanı tərəfindən nazirliyin e-sisteminə məlumat daxil olduqdan sonra vərəsəyə proaktiv ödəniş həyata keçiriləcək. Müharibə iştirakçısının adı sosial.gov.az saytında proaktiv ödəmə almaq hüququ olan şəxs kimi çıxmadıqda isə vərəsə (vərəsələr) xəsarətlə bağlı şəhadətnamənin (və ya qərar, arayış) elektron sistemə daxil edilməsi üçün xidmət keçdikləri qurumun hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) müraciət etməlidirlər. Sənəd daxil edildikdən sonra əgər vəfat etmiş şəxsin əlilliyinə dair e-sistemdə məlumat varsa, vərəsəlik şəhadətnaməsi əsasında vərəsəyə dərhal proaktiv təyinat həyata keçiriləcək, ona bu barədə məlumat veriləcək. Əlilliyə dair e-sistemdə məlumat olmadıqda isə aşağıda qeyd edilən sənədlər DOST mərkəzlərinə, vahid əlaqələndirmə mərkəzlərinə və ya DSMF-nin yerli bölmələrinə təqdim edilməlidir:
- birdəfəlik ödəmənin verilməsi üçün ərizə;
- birdəfəlik ödəmə almaq hüququ olmuş hərbi qulluqçunun və ya daxili işlər orqanı əməkdaşının ölüm haqqında şəhadətnaməsi;
- vərəsəlik hüququ haqqında şəhadətnamə;
- vərəsənin (vərəsələrin) şəxsiyyət vəsiqəsi;
- vəfat etmiş şəxsə vaxtilə təyin edilmiş əlilliyin 1997-ci il avqustun 2-dək olan hərbi xidmət dövrü ilə əlaqədar olmasına dair tibbi-sosial ekspertiza komissiyasının qərarı (tibbi-sosial ekspertiza komissiyasının müayinə aktından çıxarış və s.).
Birdəfəlik ödəmənin məbləği aşağıdakı həcmlərdə müəyyənləşdirilib.
I dərəcə əlilliyə görə - 8 800 manat,
II dərəcə əlilliyə görə - 6 600 manat,
III dərəcə əlilliyə görə - 4 400 manat
Bu mövzuda sualları yaranan şəxslər 142 - Çağrı Mərkəzinə, nazirliyin, DOST Agentliyinin və DSMF-nin rəsmi saytına, sosial şəbəkə hesablarındakı mesaj bölməsinə, həmçinin info@sosial.gov.az e-ünvanına və ya poçt vasitəsilə müraciət edə bilərlər.
100 min şəxsə 193 min xidmət
Bütövlükdə, respublikamızda şəhid ailələrinə və müharibə əlillərinə göstərilən dövlət qayğısının əhatə dairəsi kifayət qədər genişdir. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin məlumatına görə, bəlli kateqoriyadan olan ailələrə və unikal fərdlərə dövlət qayğısının ən böyük istiqaməti sosial ödənişlərdir. Postmüharibə dövründə müxtəlif sosial ödənişlər çərçivəsində 94 min unikal şəxsə 105 min sosial ödəniş təyin olunub. Bu ödənişlərin məbləğləri - ötən il sosial müavinətlər 60 faiz, bu il isə təqaüdlər 60 faiz artırılıb.
Bundan başqa, son iki ilə yaxın dövr ərzində on bir min müharibə əlili və müharibə veteranı sosial-psixoloji dəstək və reabilitasiya proqramlarına cəlb olunub. Onlara 21 min reabilitasiya vasitəsi təqdim edilib. Artıq 200 nəfər Vətən müharibəsi əlili ən yüksək texnologiyalı dördüncü nəsil müasir protezlərlə təchiz olunub. Daha öncəki dövrdə Qarabağ müharibəsi əlillərindən 130 nəfər də bu protezlərlə təmin edilib. Bütövlükdə, son bir il yarımda belə protezlərlə təchiz edilən hərbçilərin sayı 330-a çatıb. Yaxın vaxtlarda protezləşmə Vətən müharibəsinin bütün qazilərini əhatə edəcək.
Mənzillərlə təminat
Azərbaycan şəhid ailələrinin, müharibə əlillərinin mənzil təminatı proqramını həyata keçirir ki, bu da bütün dünya üzrə nadir nümunələrdən biridir. Dünyada belə proqramlar reallaşdıran ölkələrin sayı çox azdır. Ötən il 3 min mənzil və fərdi ev şəhid ailələrinin və müharibə əlillərinin istifadəsinə verilib. Cari ildə bəlli kateqoriyadan olan ailələrə və şəxslərə daha 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Bütövlükdə, indiyədək Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib.
Respublikamızda müvafiq mənzil proqramının icrası cari ilin əvvəlindən də uğurla davam etdirilib. Belə ki, ilin əvvəlindən bəri bəlli kateqoriyadan olan insanlara 600 mənzil təqdim edilib. Yaxın aylarda daha 500 mənzil və fərdi evin şəhid ailələrinin və müharibə əlillərinin istifadəsinə verilməsi nəzərdə tutulub. Beləliklə, dövlət başçısının tapşırığına uyğun olaraq Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunun ərazisində şəhid ailələrinin və müharibə əlillərinin mənzil təminatı yekunlaşacaq. Eyni zamanda, regionlarda da bu istiqamətdə işlər davam etdirilir. Əlavə olaraq cari ilin birinci yarısında 100 avtomobil də müharibə əlillərinə təqdim edilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09

