OPEC-in qərarları və artan narazılıqlar
06.08.2022 [11:17]
MÜBARİZ
Qlobal enerji bazarında yaşanan gərginliklər fonunda beynəlxalq birliyin nəzərləri Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 31-ci iclasına dikilmişdi. Ümid edilirdi ki, dünyanın iri neft istehsalçılarını öz ətrafında birləşdirən qurum sözügedən iclasda dünyadakı məlum gərginliklər fonunda enerji daşıyıcılarına artan təlabatı nəzərə almaqla adekvat qərar qəbul edəcək. Hətta ayrı-ayrı ölkələr, o cümlədən də ABŞ bu xüsusda OPEC-ə xahiş də ünvanlamışdı.
Doğrulmayan gözləntilər
Avqustun 1-dən etibarən vəzifəsinin icrasına başlayan OPEC-in yeni baş katibi küveytli Haysam Əl-Qaysın (Haitham Al Ghais) rəhbərliyi ilə keçirilən iclasda gündəlik neft hasilatının sentyabrda 100 min barel artırılması ilə bağlı qərar çıxarılıb.
OPEC-in bu qərarı qlobal bazar iştirakçılarında, yumşaq desək, şok effekti yaradıb. Bu da onunla bağlıdır ki, hazırda qlobal enerji bazarında neft və neft məhsullarının ticarətində tələb təklifi üstələyir ki, bu da artan qiymətlər deməkdir. Enerji daşıyıcılarının qiymətlərinin artması son nəticədə iqtisadiyyatların kiçilməsinə, insanların həyat səviyyəsinin aşağı düşməsinə gətirib çıxardır.
Analitiklər OPEC-in məlum qərarını üzv dövlətlərin bir çoxunun gözləmə mövqeyi tutması ilə əlaqələndirirlər. Sonu görünməyən Rusiya-Ukrayna müharibəsi fonunda qlobal enerji bazarında tələbatın daha kəskin fərqlə qarşılanmayacağı ilə bağlı proqnozlar tam real görünür. Belə proqnozlar həm də ona əsaslanır ki, Avropa cari ilin sonunadək Rusiyadan neft idxalını böyük dərəcədə məhdudlaşdıracaq. Bu isə qoca qitədə enerji böhranının daha da kəskinləşəcəyi anlamına gəlir. Ehtimal edilir ki, OPEC-də təmsil olunan iri neft istehsalçılarının gözləmə mövqeyi də qarşıdakı dövrdə gözlənilən ciddi tədarük problemi ilə bağlıdır. “Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yalnız bu qış əmtəə bazarında ciddi tədarük böhranı olacağı təqdirdə neft hasilatını əhəmiyyətli dərəcədə artıracaq”. Bu barədə məlumatlı mənbələrə istinadən “Reuters” yayıb. Qeyd olunub ki, Əbu-Dabi və Ər-Riyad gündəlik neft hasilatını 2,0-2,7 milyon barel səviyyəsində artıra bilər.
ABŞ-dan qəzəbli ritorika
OPEC-in onlayn formatda keçirilən iclasında kvotanın az həcmdə artırılması ilə bağlı razılaşmaya gəlinməsi daha böyük həcmlərdə neft gözləyən ölkələrdə narazılıqla qarşılanıb. Hasilatın gündəlik cəmi 100 min barel artırılması indiki ehtiyac müqabilində bir növ dəryada damlaya bənzəyir. Buna görə də OPEC-i “xəsislikdə” qınayanların sayı artır. Xüsusilə ABŞ-dan qurumun son qərarına qəzəbli ritorika gəlib. “The Guardian”ın dərc etdiyi məqalədə OPEC-in məlum razılaşması şəxsən ABŞ prezidenti Co Baydenin ünvanına “təhqiredici qərar” kimi səciyyələndirilib. Eurasia Group-un energetika, iqlim və davamlı inkişaf üzrə icraçı direktoru Raad Alkadiri nəşrə bildirib ki, bu, çox cüzi artımdır. İcraçı direktor vurğulayıb: “Bu, o qədər azdır ki, hətta mənasız görünür. Fiziki nöqteyi-nəzərdən OPEC-in müəyyənləşdirdiyi rəqəm marginal bir artımdır, siyasi baxımdan isə qərar ABŞ-ın xahişlərinə rəğmən təhqirə bərabərdir”.
İndiki kritik durumda OPEC-lə yanaşı, transmilli neft şikətləri də tənqid hədəfinə çevriliblər. Bu arada BMT-nin Baş katibi Antoni Quttereş transmilli neft şirkətlərinin ünvanına ittihamlar səsləndirib. İri neft şirkətlərini xəsislikdə günahlandıran Baş katib hökumətləri onlara qarşı əlavə vergilər tətbiq etməyə çağırıb. BMT rəsmisi ittihamlarını əsaslandıraraq bildirib ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən qlobal enerji bazarında qiymətlər kəskin artıb. Belə bir vəziyyətdə dörd nəhəng neft şirkəti - Exxon, Chevron, Shell və TotalEnergies təkcə son rüb ərzində təxminən 51 milyard dollar qazanc götürüblər ki, bu da ötən ilin müvafiq dövründəkindən iki dəfə çoxdur. “Mən hökumətləri vergilər yolu ilə bu şişmiş gəlirləri azaltmağa çağırıram. Əldə olunacaq vəsaitlər isə indiki çətin durumdan daha çox əziyyət çəkən insanların ehtiyaclarının qarşılanmasına yönəldilsin”, - deyə Antoni Quttereş vurğulayıb.
OPEC-in əks-mövqeyi
OPEC isə səslənən ittihamları qəbul etməkdən uzaq görünür. Qurum öz siyasətində əsaslandırmaların obyektiv olduğunu bildirir. OPEC, eyni zamanda, müharibə tərəfi olan Rusiya ilə əlaqələrə xitam verilməsi çağırışlarını da rədd edib. Təşkilatın yeni baş katibi Haysam Əl-Qaysın Küveytin “Al Rai” qəzetinə müsahibəsində bildirib ki, Rusiya ilə OPEC+ formatında əməkdaşlıq və Moskvanın bu alyansa üzvlüyü qlobal neft bazarında sabitlik baxımından zəruridir. OPEC-in baş katibi rəhbərlik etdiyi təşkilatın dünyanın enerji xəritəsində mühüm və vacib aktor olan Rusiya ilə rəqabət aparmadığını diqqətə çatdırıb.
OPEC rəsmisi Rusiyanın qlobal enerji bazarındakı mühüm rolunu yada salmağı da unutmayıb. Bildirilir ki, Rusiya 2021-ci ildə gündəlik 10,8 milyon barel hasilata malik olub. Təşkilatın proqnozlarına görə bu həcm 2022-ci ildə gündəlik 0,17 milyon barel aşağı düşəcək, növbəti ildə isə bu göstərici 0,2 milyon barelədək artacaq.
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

