Bank məlumatlarımızı necə qoruyaq?
20.10.2022 [10:46]
Və ya rəqəmsal savadlılığın artırılması üçün hansı işlər görülməlidir?
Nicat Dilqəmli
Müasir texnologiyalardan istifadə arealının genişlənməsi, həm də bir sıra problemlərin ortaya çıxması ilə nəticələnir. Şübhəsiz ki, innovasiyaların tətbiqi bütün sahələrdə fəaliyyətin daha da optimallaşdırılmasına, keyfiyyətin yüksəldilməsinə xidmət edir. Amma unutmaq olmaz ki, elektron sistemə tam keçid etmək üçün istifadəçilərin hərtərəfli maarifləndirilməsinə böyük ehtiyac var. Dünya təcrübəsinə nəzər saldıqda aydın olur ki, sözügedən sahədə vətəndaşların bilik və bacarıqlarının artırılması üçün planlı şəkildə tədbirlər həyata keçirilir. Deyilənlərə misal olaraq, müxtəlif seminarların, tədbirlərin keçirilməsini nümunə gətirə bilərik. İstifadəçilərin aktiv iştiraklarının təmin olunduğu belə layihələrdə onların praktiki vərdişlərinin mənimsənilməsi, inkişaf etdirilməsi təmin olunur. Nəzərə almaq lazımdır ki, maarifləndirmə işlərinin aparılması bütün yaş kateqoriyalarını əhatə etməlidir.
Ölkəmizdə də bu sahədə görülən işlər az deyil. Lakin görünən odur ki, vətəndaşların bir qismi öyrənməyə bir o qədər də maraq göstərmirlər. Bu isə nəticə etibarı ilə əhalinin nisbətən az biliyə sahib olan təbəqəsinin mütəmadi olaraq elektron hücumlara məruz qalması ilə nəticələnir. Xüsusilə qeyd etmək lazımdır ki, son 2 ildə ölkəmizdə vətəndaşların aldadılması halları nəzərəçarpacaq dərəcədə artıb və bu mənfi tendensiya davam etməkdədir. Fırıldaqçılar, əsasən, mobil bankçılığın yaratdığı imkanlardan sui-istifadə edərək vətəndaşları aldadırlar. Bunun üçün müxtəlif üsullardan istifadə edən dələduzlar insanlara müxtəlif şirnikləndirici vədlər verərək, onların etibarlarını qazanırlar, sonra isə özləri üçün lazım olan məlumatları ələ keçirirlər. Son bir neçə ayda müxtəlif dövlət qurumları tərəfindən məsələ diqqətə saxlanılır - əhaliyə tez-tez müraciətlər edilir, məlumatlandırıcı paylaşımlar edilir, təhlükəsizlik qaydaları izah edilir. Elə ötən gün Azərbaycan Mərkəzi Bankı (AMB) əhaliyə xəbərdarlıq müraciəti ünvanlayaraq bildirib ki, qurumun əməkdaşları heç bir halda bank xidmətləri istehlakçılarından fərdi, eləcə də bank və ödəniş kartları haqqında məlumatlar sorğu etmir: “Son zamanlar müxtəlif bankların plastik kart sahiblərinə AMB-??? “qaynar xətti”nin əməkdaşları adından telefon zəngləri edilərək, onların kartlarına müdaxilə risklərinin qarşısının alınması bəhanəsi ilə kart məlumatlarının istənilməsi hallarına rast gəlinir”.
“Bank hesablarına və bank kartlarına sahib olan şəxslər bu kimi dələduzluq hallarına qarşı sayıq və ehtiyatlı olmalı, fərdi və ödəniş kartlarına dair məlumatları heç bir halda 3-cü şəxslərə təqdim etməməlidirlər. Vətəndaşlardan bu kimi hallarla rastlaşdıqları təqdirdə dərhal öz banklarına müraciət etmələrini, habelə aidiyyəti dövlət qurumlarına məlumat vermələrini xahiş edirik”, - deyə AMB-nin xəbərdarlığında qeyd olunub.
“Bütün bunlar göstərir ki, bizdə bu istiqamətdə problemlər var. Dünyanın bütün yerlərində bu cür problemlər olur - həm ayrı-ayrı internet resursları, həm vətəndaşların özlərinin sosial media resursları hücumlara məruz qalır, məlumatları oğurlanır. Burada diqqət yetiriləcək məqam ondan ibarətdir ki, son dövrlərdə tendensiya bir qədər sürətlənib, çoxalıb”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Azərbaycan İnternet Forumunun (AİF) prezidenti, İT məsələləri üzrə mütəxəssis Osman Gündüz səsləndirib.
O bildirib ki, vətəndaşlar həm daxildən bir qrup ayrı-ayrı dələduzların, cinayətkarların təsir dairəsinə düşürlər, həm də xaricdən olan hücumlara məruz qalırlar: “Düşünürəm ki, burada ilk atılacaq addım vətəndaşların özlərinin informasiya təhlükəsizliyinin qayğısına qalmaları ola bilər. Yəni vətəndaş özü özünün informasiya təhlükəsizliyini qorumalıdır, elementar qaydalara əməl etməlidir. Şirnikləndirici mesajlar, zənglər, hansısa məktublar - bütün bunlara diqqətli yanaşılmalıdırlar. İnsanlar məlumatlarının qarşı tərəfə ötürülməməsi üçün bu tip şirnikləndirici təsirlərə düşməməlidirlır. Bundan başqa, mobil telefonunu yan təsirlərdən qorumalı, antivirus proqramlarından istifadə etməli, zərərli linkləri açmamalıdırlar. Vətəndaşlarımız özləri bu məsələlərə diqqət yetirməlidirlər”.
O.Gündüz qeyd edib ki, bu cür problemlərin aradan qaldırılması üçün vətəndaşlar arasında geniş maarifləndirmə işləri aparılmalıdır: “Bunun üçün də müəyyən bacarıqlar, keyfiyyətlər lazımdır. Buna rəqəmsal savadlılıq deyilir. Yəni vətəndaşların media savadlılığı, rəqəmsal savadlılığı müəyyən bir həddə olmalıdır ki, bu kimi qabaqlayıcı, qoruyucu tədbirləri gerçəkləşdirə bilsinlər. Amma təəssüf ki, indi vətəndaşların bir çoxunun məlumatlılığı yetərli səviyyədə deyil. Onların əksəriyyəti bu cür kibertəhdidlərdən, kiberhücumlardan xəbərsizdirlər”.
“Ona görə də mən təklif edirəm ki, bizim aidiyyəti qurumlarda da bu istiqamətdə ciddi işlər aparılsın. Son dövrlərdə müəyyən dinamika müşahidə olunsa da, görünən odur ki, hələ də əhalinin rəqəmsal savadlılığı ilə bağlı kompleks işlər aparılmalıdır”, - deyə ekspert təkliflə çıxış edib.
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

