Növbəti addım
17.12.2022 [10:10]
Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə...
Daha yüksək məbləğdə pensiya hədəfi
2023-cü ildən pensiyaların indeksləşdirilərək artırılması vahid yanaşma ilə həyata keçiriləcək
MÜBARİZ
Azərbaycanın sosial siyasətinə uyğun olaraq ölkə vətəndaşlarının, xüsusilə də, aztəminatlı və həssas qruplardan olan insanların gəlir imkanlarının artırılması daim diqqət mərkəzində saxlanılır. Artıq sonuna yaxınlaşdığımız 2022-ci il üzrə əməkhaqqı, pensiya və digər sosial ödənişlərin artımını nəzərdə tutan islahatlar paketi 3,4 milyon şəxsi əhatə edir. Bu islahat paketinin maliyyə yükü də kifayət qədər böyükdür. Belə ki, bəhs olunan artımlar üçün ayrılan illik əlavə vəsait 2,1 mlrd. manata bərabərdir.
Respublikamızda 2023-cü ildə də sosial sferanın prioritetliyi təmin ediləcək. Belə ki, gələn ilin dövlət büdcəsində sosialyönümlü xərclərə 15 milyard 219 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulub. Bu, cari illə müqayisədə 1 milyard 289 milyon manat və yaxud 9,3 faiz çoxdur. 2023-cü ildə əhalinin sosial müdafiəsi və sosial təminat xərcləri isə 4 milyard 416 milyon manat məbləğində proqnozlaşdırılır.
Pensiyalarda davamlı artım ənənəsi
Respublikamızda davamlı olaraq həyata keçirilən sosial məzmunlu islahatlar ölkə əhalisinin 12 faizini əhatə edən təqaüdçülərin pensiya təminatını da əhatə edir. 2022-ci ilin əvvəlindən etibarən pensiyaların artımı iki istiqamətdə aparılıb. Minimum pensiya 20 faiz artımla 200 manatdan 240 manata çatdırılıb. Bu isə 40 min şəxsin pensiyasının artımına imkan verib.
Cari ildə təqaüdlərin artımında ikinci istiqamət pensiyaların indeksləşdirilməsi ilə bağlıdır. Pensiyalar orta aylıq əməkhaqqı artımına uyğun indeksləşdirilərək artırılıb. Bundan başqa, pensiyaçılara bu il üzrə 200 manat məbləğində maddi yardım ayrılıb. Beləliklə, pensiyalarda orta hesabla 9 faiz artım edilib. Ölkə üzrə 1,1 mln. pensiyaçını əhatə edən bu artım üçün dövlət büdcəsindən illik əlavə 352 mln. manat sərf olunacaq.
Respublikamızda pensiyaların artırılması ənənəsi 2023-cü ildə də davam etdiriləcək. Pensiyalar fərqli təqaüdlər üzrə fərqli qaydada artırılacaq. Belə ki, gələn il orta aylıq pensiyanın məbləği 423 manat, yaşa görə pensiyanın məbləği 455 manat, əlilliyə görə pensiya 369 manat, ailə başçısını itirməyə görə pensiyanın məbləğinin isə 374 manat olacağı proqnozlaşdırılır. Xatırladaq ki, “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsinə əsasən, növbəti ildə Fondun həm gəlir, həm xərc hissəsi 6,3 milyard manat təşkil edəcək ki, bu da ölkə üzrə təqaüdçülərin pensiya təminatını uğurla həyata keçirməyə imkan verəcək.
Əmək pensiyalarında indeksasiya artımları
Prezident İlham Əliyevin təsdiq etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” yeni Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək. Bu Qanun pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən növbəti addımdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən “Yeni Azərbaycan”a bildirilib ki, bəhs olunan Qanun pensiyaların indeksləşdirilərək artırılmasında gələn ilin əvvəlindən bütün növ pensiyalara münasibətdə vahid, bərabər yanaşmaya keçidi təmin edir.
2022-ci ildə əmək pensiyaçılarına ödənilən maddi yardımın da (200 manat) 2023-cü il yanvarın 1-dən etibarən pensiyaların tərkibinə daxil edilərək indeksasiya olunması nəzərdə tutulur. İndiyədək pensiyaçılara ödənilən maddi yardım son nəticədə indeksasiyadan kənarda qalırdı. Gələn ildən isə maddi yardım təqaüdçülərin aylar üzrə pensiyalarına əlavə olunmaqla indeksasiyaya cəlb olunacaq. Nəticə olaraq, təqaüdçülərin pensiyalarının məbləği artacaq. Bunu aşağıdakı nümunə üzrə izah edək: Tutaq ki, vətəndaş 400 manat məbləğində pensiya alır. Bunun üzərinə ona ödənilən illik 200 manat (aylar üzrə bölünmək şərti ilə) maddi yardımı əlavə edək. Beləliklə, həmin vətəndaşın pensiyasının məbləği gələn ildən aşağıdakı qaydada qəbul olunacaq: 400+200/12=416,7 manat. Bu son məbləğin üzərinə isə indeksasiya faizi qədər artım əlavə olunacaq. İndeksasiya faizinin hansı rəqəmlə ifadə olunacağını indidən demək çətindir. Çünki 2022-ci il üzrə orta aylıq əməkhaqqının məbləği gələn ilin əvvəlində elan olunacaq. Proqnozlar isə təxminən belə ola bilər: 2022-ci ilin yanvar-oktyabr aylarında ölkəmizdə orta aylıq əməkhaqqı 827,9 manat olub. Əgər bu tendensiya sonrakı aylarda davam edibsə və 2022-ci il üzrə orta aylıq əməkhaqqı 830 manat məbləğində müəyyənləşərsə, bu, 2021-ci ilə nəzərən 14,5%-lik artım deməkdir. Bu, o anlama gəlir ki, pensiya məbləği yuxarıdakı qaydada hesablanan təqaüdçünün pensiyası təxminən 62 manat artacaq. Təbii ki, daha dəqiq rəqəm 2023-cü ilin əvvəlində məlum olacaq.
Qulluq stajına görə əlavə alan təqaüdçülər də sevinəcəklər
Qulluq stajına görə əlavə alan pensiyaçıların (dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslər və s.) pensiyaları əgər bu vaxta qədər onların işləmiş olduqları sahələrdə əməkhaqqı artımı olduqda artırdısa, bundan sonra həmin pensiyalar da digər təqaüdlər kimi hər ilin əvvəlində indeksləşdirilərək artırılacaq. Nəticədə, həmin şəxslərin pensiyalarında da hər il artım baş verəcək.
Digər tərəfdən, xüsusi şərtlərlə pensiya alan şəxslərin pensiyalarına 2022-ci il üzrə hər ay ödənilən 10 faizlik əlavə 2023-cü il yanvarın 1-dən onların pensiyalarının tərkibinə daxil ediləcək. Bundan sonra yekun pensiya məbləğləri 2022-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilib artırılacaq.
Misal üçün, xüsusi şərtlərlə pensiya təyin edilmiş şəxsin pensiyası 1000 manatdırsa, bu il əlavə dəstək olaraq hər ay verilən 10 faiz (100 manat) maddi yardımla birgə 1100 manat hesablanmaqla, indeksasiya faizi qədər artım bu yekun məbləğin (1100 manat) üzərinə əlavə ediləcək. Qeyd edək ki, son 10 ildə həmin kateqoriyadan olan şəxslərin böyük əksəriyyətinin pensiyasında ən yüksək artım 70 faiz olubsa, ümumi əsaslarla pensiyaya çıxan şəxslərin pensiyalarında indeksasiya nəticəsində artım 98 faiz olub. Bu da vahid indeksasiya metoduna keçidin xüsusi şərtlərlə pensiyaya çıxan şəxslərin pensiyalarının davamlı artımı üçün daha effektiv və onların mənafeyinə uyğun olduğunu göstərir.
Pensiyaların artımı e-sistem üzərindən həyata keçiriləcək
Qəzetimizə verilən məlumatda vurğulanıb ki, hər il pensiyaların indeksləşdirilərək artırılması elektron qaydada həyata keçirilir və xüsusi şərtlərlə təyin olunmuş pensiyaların da 2023-cü ildən e-sistem üzərindən artırılması təmin olunacaq. Bununla da, aidiyyəti qurumların bu sahədə inzibatçılığını yüngülləşdirilməklə, əməkhaqqı artımı ilə bağlı hər hansı məlumat təqdimetmə öhdəliyi də aradan qalxacaq.
Eləcə də dövlət qulluqçusu, hərbi qulluqçu və digər bu kateqoriyadan olan şəxslərə pensiya təyin edildikdən sonra onlar da azı 6 il işlədikdə (və ya pensiya təyin edildikdən sonra bir müddət işləyib daha işləmədikdə) topladıqları kapitala əsasən hesablanacaq artım pensiyalarının ümumi məbləğinin üzərinə əlavə ediləcək. Bu da həmin kateqoriyadan olan təqaüdçülər üçün daha yüksək pensiya məbləğlərinin formalaşmasına səbəb olacaq.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

