Azərbaycanın böyük uğuru
08.02.2023 [11:01]
“Azerspace-1” peykinin orbitə çıxarılmasından 10 il ötür
Günel ABBASOVA
Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvüdür və dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir. Azərbaycanın orbitə çıxardığı peyklərin informasiya təhlükəsizliyi baxımından çox böyük əhəmiyyəti var.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycanın qısa müstəqillik tarixində kosmik sənayeyə malik dövlətə çevrilməsi və dünya kosmik ailəsinə daxil olması son dərəcə qürurverici haldır. “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında”, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında dövlət başçısının imzaladığı müvafiq sərəncamlar ölkəmizin dünya kosmik ailəsinə inamlı inteqrasiyasını təmin edib. Dövlət başçısının 3 may 2010-cu il tarixli Sərəncamı ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) təsis edilib. “Azərkosmos”un yaradılmasında əsas məqsəd ölkədə kosmik sənayeyə aid milli məhsul istehsalını təmin etməkdən ibarətdir.
ASC-nin yaradılmasından təxminən 3 il sonra, 2013-cü il fevralın 8-də “Azerspace-1” peyki uğurla orbitə çıxarılıb. Həmin gün Azərbaycanın müstəqillik tarixinin ən önəmli hadisələrindən biri yaşanıb. Azərbaycanın ilk telekommunikasiya peyki - “Azerspace-1” uğurla orbitə buraxılması münasibətilə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətində (ASC) təşkil olunan mərasimə qatılıblar. Bu tarixdə dövlət başçısı “Azərkosmos” ASC-nin yeni inzibati binasının açılışını da etmişdi.
“Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil alıb və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, 2018-ci il sentyabrın 26-da Azərbaycanın sayca üçüncü peyki - “Azerspace-2” telekommunikasiya peyki uğurla orbitə buraxılıb.
Azərbaycanın orbitə çıxardığı peyklərin ölkəmizin milli təhlükəsizliyi, o cümlədən də informasiya təhlükəsizliyi baxımından çox böyük əhəmiyyəti var. Bu amilə diqqət çəkən Prezident İlham Əliyev “Bu peyklərin çox böyük əhəmiyyəti var. İlk növbədə, Azərbaycan informasiya təhlükəsizliyi baxımından daha da önəmli addım atır. Bu gün peyklərimiz vasitəsilə Azərbaycan telekanalları dünyaya öz verilişlərini təqdim edə bilirlər. Bu gün Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan götürübdür. Eyni zamanda, kadr hazırlığı üçün Azərbaycanın kosmik sənayesinin inkişafı önəmli rol oynayır. Peykləri idarə edən kadrlar azərbaycanlı mütəxəssislərdir və onların böyük əksəriyyəti gənclərdir”, - deyə vurğulayıb.
Azərbaycan kosmik sənaye sahəsində beynəlxalq əməkdaşlığını dərinləşdirir
Müasir və nümunəvi inkişaf modelinə malik olan Azərbaycanın beynəlxalq əlaqələri getdikcə genişlənir. Ölkəmizin dünya kosmos ailəsinin üzvlüyünə daxil olması da xarici tərəfdaşlarla sıx işbirliyi çərçivəsində mümkün olub. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, kosmik sənayenin inkişafı bu sahədə beynəlxalq əməkdaşlığımızı da dərinləşdirir. Biz dünyanın bu sahədə böyük təcrübəyə malik olan aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edirik.
Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos”un fəaliyyəti beynəlxalq əməkdaşlığa yaxşı nümunədir. Hazırda “Azərkosmos” dünyaya telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. “Azərkosmos”un xidmətlərinin alıcıları əsasən xarici ölkələrdəki qurumlar olduğundan onun fəaliyyəti ixraca istiqamətlənib. Belə ki, şirkətin idarəçiliyində olan “Azerspace-1” peykinin gəlirlərinin 80 faizi, “Azersky” peykinin gəlirlərinin 98 faizi xarici bazarlarda formalaşır. “Azərkosmos”un hazırda dünyanın 25-ə yaxın ölkəsində 100-dən çox özəl və dövlət şirkətlərinin daxil olduğu sabit müştəri bazası mövcuddur. Bu gün Reuters, MTV, National Geographic kimi media nəhəngləri peyk xidmətləri üzrə biznes tərəfdaş olaraq “Azərkosmos”u seçir.
Ölkəmizin kosmik sənayedə əldə etdiyi uğurları iqtisadiyyatın qeyri-neft sektorunun inkişafının stimullaşdırılması baxımından da böyük önəm daşıyır. Orbitə çıxarılan peyklərin kommersiya xarakterli fəaliyyətindən ölkəmiz böyük həcmlərdə valyuta qazanır. Ümumiyyətlə isə “Azerspace-1” peykinin 15 il istismar müddəti ərzində 650 milyon dollar gəlir əldə ediləcəyi gözlənilir. Dəyəri 190 milyon ABŞ dollarına bərabər olan “Azerspace-2” peykinin ölkə iqtisadiyyatına gətirəcəyi gəlir isə 400 milyon ABŞ dolları həcmində proqnozlaşdırılır.
Ölkəmizin kosmik sənayedə əldə etdiyi uğurlar qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərir. Göründüyü kimi, Azərbaycanın özünün kosmik sənayesini inkişaf etdirməsi ölkəmizin qarşısında yeni, daha geniş imkanlar açır. Azərbaycan güclü dövlətdir və qarşıya qoyduğu bütün məqsədlərə çatır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Siyasət
26 Aprel 16:11
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38

