Dünyadakı yeniliklər Azərbaycanda
06.04.2023 [10:22]
Mübariz ABDULLAYEV
Azərbaycan əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan yeni neft strategiyasını uğurla davam etdirir. Ötən dövrdə respublikamızla neft kəşfiyyatı və hasilatı sahəsində bütün dünyada məşhur olan transmilli şirkətlər arasında qarşılıqlı maraqlara əsaslanan səmərəli əməkdaşlıq formalaşıb və çoxlu sayda layihələr reallaşdırılıb. Hazırda icra mərhələsində olan belə layihələrdən biri isə “Azəri”, “Çıraq” və “Günəşli” (AÇG) yataqlarının növbəti fazada işlənməsini və hasilatın pay bölgüsünü əhatə edir. Xatırladaq ki, müvafiq müqavilə 2017-ci il sentyabrın 14-də Bakıda imzalanıb. Bununla da “Əsrin müqaviləsi”nin müddəti 2049-cu ilə qədər uzaldılıb. Yeni Sazişin imzalanması ilə böyük ehtiyatlara malik “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsində yeni mərhələ başlayıb. Bəhs olunan Sazişdə də Azərbaycanın milli maraqları maksimum dərəcədə nəzərə alınıb. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılıb, razılaşmaya əsasən, tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəməyi öz öhdələrinə götürüblər.
Dəyəri 6 milyard dollar olan layihə
“Azəri-Mərkəzi-Şərqi” layihəsi üzrə yekun investisiya qərarı 2017-ci ildə “Azəri-Çıraq-Günəşli” üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) 2049-cu ilə qədər uzadılmasından sonra AÇG tərəfdaşlarının ilk böyük investisiya qərarıdır. Dəyəri 6 milyard dollar olan layihəyə yeni dəniz platforması və gündəlik 100 min barelədək hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində ,ümumilikdə, 300 milyon barelədək neftin hasil olunacağı proqnozlaşdırılır.
İndiyədək layihənin icrası istiqamətində önəmli addımlar atılıb. Xatırladaq ki, “Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq bloku ötən il dekabrın 13-də Prezident İlham Əliyevin iştirakı ilə dənizə yola salınıb. Bütün istismar sınaqları bitdikdən sonra dayaq bloku dənizə yola salınıb və suyun 137 metr dərinliyində öz daimi yerinə quraşdırılıb. Sözügedən infrastruktur qurğusu üst modulları qəbul etməyə artıq tam hazırdır.
Aprelin 4-də isə Prezident İlham Əliyev Bayıl tikinti-quraşdırma sahəsində “Azəri-Mərkəzi-Şərqi” platformasının üst modullarının dənizə rəmzi yola salınması mərasimində iştirak edib. Bəhs olunan mərasimdə bildirildiyi kimi, bu layihə çərçivəsində dənizdə suyun dərinliyinin təxminən 140 metr olan sahəsində - “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında 48 şaxtadan ibarət yeni hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Layihəyə, həmçinin yataqdaxili yeni sualtı boru kəmərləri də daxildir. Bu xətlər platformadan hasil ediləcək neft və qazın Səngəçal terminalına ötürülməsi üçün mövcud AÇG “Faza 2” sualtı ixrac kəmərlərinə qoşulacaq.
“Azəri-Mərkəzi-Şərqi” platformasının üst modullarına neft və qaz emalı qurğuları, inteqrasiya edilmiş qazma qurğusu, qaz kompressoru və yaşayış blokları daxildir. Modulların layihələndirilmiş çəkisi 19 min 600 tondur.
Üst modullar Bayılda yerləşən tikinti-quraşdırma sahəsində “Azfen” şirkəti tərəfindən yerli infrastruktur və resurslardan istifadə olunmaqla inşa edilib. Hazırda tikinti işlərinin və istismar sınaqlarının son mərhələsi həyata keçirilir və bu sınaqların artıq 95 faizi tamamlanıb.
İndiyədək aparılan tikinti işlərinin kulminasiya nöqtəsi Xəzərdə BP-nin ilk dəfə icra etdiyi “qaldırma və sürüşdürmə” əməliyyatı olub. Bu əməliyyat zamanı iki nəhəng qazma modulu təhlükəsiz və səmərəli şəkildə lazımi yüksəkliyə qaldırılaraq relslərlə sürüşdürmə üsulu ilə “Azəri-Mərkəzi-Şərqi” platformasının üst tikililər blokunun üzərinə yerləşdirilib. Layihənin pik dövründə üst modulların tikintisi işlərinə 4400 nəfərədək işçi cəlb edilib və onların 90 faizindən çoxu Azərbaycan vətəndaşı olub.
Dünyadakı yeniliklərin Azərbaycana gətirilməsi
Diqqəti çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, Azərbaycanla transmilli şirkətlər arasında imzalanan müqavilələrdə ekoloji normaların qorunması, həmçinin kəşfiyyatın və hasilatın ən son texnologiyaların tətbiqi yolu ilə həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Bu, Azərbaycanın siyasətini təzahür etdirir. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmiz müasirləşmə yolu tutub, həyatın bütün sahələrində yeni texnologiyaların tətbiqinə geniş meydan verilir. Bütövlükdə, ölkəmiz dördüncü sənaye inqilabının hədəflərinə doğru inamla irəliləyir. “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsi məqsədilə müvafiq infrastrukturun yaradılması da bu sahədə ən son yeniliklərə əsaslanır.
Dənizə rəmzi yolasalınma mərasimi keçirilən üst modullar dünyadakı oxşarları ilə müqayisədə bir sıra üstünlükilərə malikdir. Onun ən mühüm özəlliklərindən biri ondan ibarətdir ki, platforma Səngəçal terminalından, yəni, uzaq məsafədən idarə ediləcək. İdarəetmə mexanizminə avtomatlaşdırılmış innovativ sistem daxil edilib. Əməliyyatların idarə olunması mərkəzi yaşayış blokunda yerləşir. Bu mərkəzin əsas iş prinsipi Səngəçal terminalındakı idarəetmə otağında və platforma arasında rabitə əlaqələri kəsildikdə və fövqəladə vəziyyətdə bütün əməliyyatları buradan təşkil etməkdir. Qürurverici haldır ki, BP şirkətinin dünyada ilk dəfə olaraq tətbiq etdiyi uzaq məsafədən idarəedilən platforması məhz Azərbaycanda yaradılıb. Məlumat verildiyi kimi, BP şirkətinin dünyada ilk dəfə olaraq tətbiq etdiyi uzaq məsafədən idarə prinsipi çərçivəsində əsas idarəetmə otağı dəniz platformasından, ümumiyyətlə, qaz quyularının istismarı, alınmış xam neft və qazın ilkin ayrılması və nəqli prosesləri daxil olmaqla, bütün əməliyyatların idarə edilməsi üçün layihələndirilib.
Layihə üzrə ilk neft 2024-cü ildə alınacaq
Layihə üzrə tikinti işlərinin və istismar sınaqlarının 2023-cü ilin ikinci rübündə tamamlanacağı gözlənilir. Həmin vaxt qurğu STB-1 daşıma barjına yüklənəcək, dənizə göndəriləcək və AÇG yatağı sahəsindəki dayaq blokunun üzərinə quraşdırılacaq. Tikinti işlərinin və istismar sınaqlarının dənizdə həyata keçirilən hissəsi tamamlandıqdan sonra “Azəri-Mərkəzi-Şərqi” platformasından ilk neftin 2024-cü ilin əvvəllərində əldə olunması üçün birinci quyunun qazılmasına başlanacaq. Qeyd edək ki, “Azəri-Mərkəzi-Şərqi” layihəsi üzrə tikinti işləri 2019-cu ildə başlanıb və iş həcminin 85 faizi artıq tamamlanıb. Layihənin pik dövründə tikinti işlərinə 8500 nəfərdən çox işçi cəlb edilib.
Xəbər lenti
Hamısına baxSosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22

