Antiinflyasiya gündəliyi...
18.07.2023 [10:15]
Dövlət siyasətinin mühüm prioritetlərindəndir
İnflyasiyanın cilovlanması, bunu yaradan amillərin aradan qaldırılması, qiymət manipulyasiyalarına son qoyulması Azərbaycan hökumətinin fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edir. Bununla bağlı həm qanunvericilik bazası təkmilləşdirilir, nəzarət mexanizmi gücləndirilərək onun funksionallığı təmin edilir, həm də institusional çərçivələr yenilənir. Elə bu günlərdə Baş nazir Əli Əsədovun imzaladığı sərəncamla Azərbaycanda inflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi üçün İşçi qrup yaradılıb. İşçi qrupun qarşısına mühüm vəzifələr qoyulub. Hədəf inflyasiyanın nəzarət altında saxlanılmasını təmin etməkdir.
Birrəqəmli səviyyəyə düşə bilər
Yüksək inflyasiya hazırda əksər dünya ölkələri üçün aktual məsələyə çevrilib ki, bunun da müəyyən səbəbləri var. Ölkələr iqtisadiyyatlarının sıx inteqrasiyası şəraitində inkişaf edirlər. İqtisadi zəncirdə təchizat-satış əlaqələrinin davamlı şəkildə genişləndirilməsi mühüm şərtlərdən biridir. Eyni zamanda, iqtisadi inteqrasiyanın faydaları olduğu kimi, onun mənfi təsirlərindən tam şəkildə sığortalanmaq da mümkün deyil. Sərəncamda qeyd olunub ki, son dövrdə inflyasiya proseslərinin aktivləşməsi qlobal iqtisadiyyatın qarşılaşdığı əsas çağırışlardan birinə çevrilib . Bunun səbəblərinə də aydınlıq gətirilir. Sənəddə oxuyuruq: “Dünyada geosiyasi gərginliyin davam etməsi, tətbiq olunan iqtisadi sanksiyalar, pandemiyanın yaratdığı fəsadların hələ də tam aradan qalxmaması, iqlim dəyişikliyinin kəskinləşməsi və qlobal iqtisadiyyatın perspektivləri ilə bağlı qeyri-müəyyənliklər inflyasiya proseslərinə təsir göstərməkdədir”.
Sadalanan amillər səbəbindən qlobal inflyasiyanın xərc amilləri aktivləşib. Eyni zamanda, ölkəmizin əsas ticarət tərəfdaşlarında qiymətlər kəskin şəkildə artıb. Bütün bunlar isə Azərbaycanın da istehlak bazarına təsirsiz ötüşmür və respublikamıza idxal inflyasiyası gətirir. Belə bir şəraitdə inflyasiyanın iqtisadi fəallığa və əhalinin sosial rifahına mənfi təsirlərinin azaldılması istiqamətində tədbirlər görülməsi zərurətə çevrilib. Prezident İlham Əliyev inflyasiyanın cilovlanmasının aktuallığını sonuncu dəfə Onun sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışında diqqət çəkib. “Əlbəttə ki, inflyasiyanın ikirəqəmli olması bizi düşündürməlidir. Ümid edirəm ki, ilin sonuna qədər inflyasiya birrəqəmli səviyyəyə düşə bilər. Burada təbii səbəblərlə yanaşı, subyektiv səbəblər də vardır. Onlar daha ciddi araşdırılmalıdır və ilin sonuna qədər atılacaq addımlarla bağlı təkliflər verilməlidir. Çünki Azərbaycanın bütövlükdə iqtisadi potensialı və iqtisadi sahədə əldə edilmiş nəticələr fonunda inflyasiyanın 12 faiz səviyyəsində olması, əlbəttə ki, arzuolunan deyil”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Göründüyü kimi, hökumət dövlət başçısının diqqət mərkəzinə gətirdiyi məsələyəyə operativ reaksiya verib. Azərbaycan hökuməti belə çevik fəaliyyətlə ölkəmizin sosial dövlət fəlsəfəsinə uyğun yanaşma sərgiləyir. Respublikamızın həyatı müsbət reallıqlarla səciyyələnir. Belə ki, ölkə iqtisadiyyatı genişlənir, ümumi daxili məhsul istehsalı artır, respublikanın maliyyə vəziyyəti də getdikcə daha da yaxşılaşır. Bütün bu kimi müsbət amillər isə ölkədə inflyasiyanın məqbul səviyyəyədək aşağı salınmasına imkan verir.
Hesabatlılıq təmin olunacaq
Sənəddə vurğulandığı kimi, ölkədə inflyasiyanın daxili və xüsusilə də xarici faktorlarının aktivləşməsini nəzərə alaraq, qiymət artımı ilə effektiv mübarizə çərçivəsinin formalaşdırılması üçün mühüm işlər görülüb. Bu istiqamətdə həyata keçirilən antiinflyasiya tədbirləri inflyasiyanın kəskin artmasının qarşısının alınmasına zəmin yaradıb. “Bununla belə, ölkədə inflyasiyaya təsir göstərən faktorların müəyyən olunması, qiymət dinamikasının monitorinqi və təhlil sisteminin daha da gücləndirilməsi, bu istiqamətdə sıx koordinasiya çərçivəsinin formalaşdırılması iqtisadi artımı və sosial rifahı dəstəkləyən inflyasiya səviyyəsinə nail olunması baxımından vacibdir”, - deyə Baş nazirin imzaladığı sərəncamda qeyd olunub. Sənədə əsasən, ölkədə inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi, inflyasiya proseslərini və onun səbəblərini kəmiyyət və keyfiyyətcə qiymətləndirməyə imkan verən təhlil və monitorinq sisteminin daha da təkmilləşdirilməsi, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə İşçi qrup yaradılıb. İşçi qrupuna tapşırılıb ki, ölkədə
inflyasiya proseslərinin təhlili üzrə işlərin daha da gücləndirilməsi və qiymət monitorinqinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görüb, ayda bir dəfə nəticəsi barədə hesabatın Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmasını təmin etməlidir.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36

