Tarixdə ilk dəfə...
26.07.2023 [10:22]
İqtisadi inkişafımızın əsasında düşünülmüş, çevik, gələcəyə hesablanmış siyasət dayanır
Azərbaycanın mavi yanacaqdan - qazdan əldə etdiyi gəlirlər sürətlə artmaqdadır. Artıq bu gəlirlər ənənəvi neft gəlirlərini üstələməyə başlayıb. Dövlət Gömrük Komitəsinin yaydığı statistik rəqəmlərdən aydın olur ki, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycandan 16 milyard 194 milyon 606 min dollarlıq neft-qaz sektoruna aid mallar ixrac olunub. Altı ayda 7 milyard 803 milyon 144 min dollarlıq xam neft, 8 milyard 29 milyon 188 min dollarlıq təbii qaz ixrac edilib. Bu ilin ilk yarısında ümumi ixracın 43,4 faizi xam neftin, 44,7 faizi isə qazın payına düşüb.
“Mavi yanacaq” ölkəsi
Mavi yanacaq istehsalı və ixracı Azərbaycanın uğurlu enerji siyasətinin mühüm mərhələlərindən birini təşkil edir. Müstəqil Azərbaycanın “Əsrin müqaviləsi”ndən sonra transmilli şirkətlərlə imzaladığı ikinci böyük kontrakt “Şahdəniz” qaz yatağı üzrədir. Xatırladaq ki, bu kontrakt 1996-cı il iyulun əvvəlində Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi gündə imzalanıb. Bütövlükdə, Azərbaycanın təsdiq edilmiş mavi yanacaq ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan qazını xarici istehlakçılara çatdırmaq üçün 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verilib. “Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində hasil edilən qazın bu kəmərlə ixracına başlanıb. Bununla da Azərbaycan özünü dünyada həm də “mavi yanacaq” ölkəsi kimi təsdiqləməyə başlayıb.
Azərbaycanın qaz ehtiyatları yalnız “Şahdəniz” də cəmləşməyib. Bu günlərdə Azərbaycan özünün enerji siyasətinin mavi yanacaq seqmenti üzrə daha bir mühüm uğura imza atıb. Söhbət Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə hasilata başlanılmasından gedir. Məlum olduğu kimi, bəzi məkrli, azərbaycanafob dairələr hansı yollarlasa Azərbaycanın enerji siyasətinə pəl vurmaq, ölkəmizə beynəlxalq inamı azaltmaq məqsədi ilə respublikamızın ehtiyatlarının azaldığı barədə dezinformasiyalar yayırdılar. Növbəti zəngin qaz yatağında - “Abşeon”da hasilata start verilməsi ilə belə iddialar tar-mar oldu.
“Abşeron” yatağının ehtiyatları 300 milyard kubmetr həcmində dəyərləndirilir. Yatağın işlənməsinin ilkin mərhələsi sualtı hasilat quyusunu SOCAR-ın “Neft Daşları”ndakı mövcud qurğuları ilə əlaqəli yeni qaz emalı platformasına birləşdirir. İHS mərhələsinin hasilat gücü gündəlik 4 milyon kubmetr qaz və 12 min barel kondensat təşkil edir. Qazın Azərbaycanın daxili bazarına satılacağı nəzərdə tutulur.
JOCAP (Absheron Petroleum Birgə Əməliyyat Şirkəti) tərəfindən idarə olunan layihədə SOCAR və TotalEnergies hər biri 50 faiz paya malikdir.
Xəzərin Azərbaycan sektorundakı digər yataqların potensialı da kifayət qədər böyükdür. “Ümid” yatağının ehtiyatları 200 milyard kubmetrdən çoxdur. “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” layihələrinin operatoru olan BP ilə icrasına başlanan “D 230” bloku, “Şəfəq-Asiman” və başqa qaz yataqlarının işlənilməsi üzərində işlər davam etdirilir.
Enerji dialoqunda strateji yol xəritəsi
İndiki mərhələdə respublikamızla Avropa İttifaqı (Aİ) arasında getdikcə genişlənən tərəfdaşlıq münasibətlərində enerji dialoqunun prioritetliyi önə keçib ki, bu da təsadüfi deyil. Hazırda artan geosiyasi gərginliklər fonunda ənənəvi təchizat zəncirinin qırılması səbəbindən “qoca qitə”nin enerji təhlükəsizliyinə ciddi təhdidlər yaranıb. Avropa İttifaqı üzv dövlətlərin qaz təchizatındakı kəsirləri yeni mənbələr hesabına aradan qaldırmağa çalışır. Azərbaycan “qoca qitə”nin ehtiyacını qarşılamağa geniş imkanları olan ölkədir.
Ötən il iulun 18-də ölkəmizlə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin imzaladıqları sənədlə ölkəmizlə Aİ arasında enerji dialoqunun keyfiyyətcə yeni səviyyəyə yüksələcəyi fikrini qətiyyətlə ifadə edə bilərik. Həmin sənədi bütövlükdə enerji dialoqunun müxtəlif aspektlərini əhatə edən strateji yol xəritəsi kimi də dəyərləndirmək mümkündür. Memorandumda tərəflərin Xəzər sahillərindən “qoca qitə”yə qaz ixracının artırılması ilə bağlı niyyətləri də ifadə olunub.
Avropaya qaz ixracı artır
Azərbaycan Avropa bazarına qaz ixracına 2020-ci ilin dekabrında Cənub Qaz Dəhlizinin dördüncü seqmenti olan Trans Adriatik Qaz Boru Kəmərinin (TAP) inşası başa çatdıqdan sonra başlayıb. Yuxarıda bəhs olunan sazişə uyğun olaraq respublikamız Avropaya qaz ixracını artırır. Rəsmi statistikaya əsasən, bu ilin altı ayında ölkədə 18,2 milyard kubmetr qaz hasil edilib ki, bu da ötən ilin eyni dövründəkindən 3,2 faiz çoxdur. 2023-cü ilin yanvar-iyun aylarında ölkə qaz ixracını 7,5 faiz artıraraq 12 milyard kubmetrə çatdırıb. Bu dövrdə Avropaya 5,7 milyard kubmetr Azərbaycan qazı ixrac olunub ki, bu da bütün ixracın 48 faizini təşkil edir. Türkiyəyə 5 milyard kubmetr (bütün ixracın 41 faizi), Gürcüstana isə 1,3 milyard kubmetr qaz (bütün ixracın 11 faizi) ixrac olunub.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycan qaz ixracını 18 faiz artıraraq 22,3 milyard kubmetrə çatdırmışdı. Bunun 11,4 milyard kubmetri Avropaya ixrac olunub. 2023-cü ildə Azərbaycandan qaz ixracı 24,5 milyard kubmetr həcmində nəzərdə tutulub ki, bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.
İxrac coğrafiyasının genişlənməsi
Ölkəmizin ixrac coğrafiyasının genişlənməsi də məmnunluq doğurur. Bu, o anlama gəlir ki, “qoca qitə”də ölkəmizin etibarlı tərəfdaş olduğuna böyük inam var. Xüsusilə də Balkan ölkələri Azərbaycanla enerji dialoqunu genişləndirməyə çalışırlar. Azərbaycan təbii qazını Avropaya nəql edən və Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik boru kəməri bu regiondan - Yunanıstan və Albaniyadan keçir. Qeyd etmək yerinə düşər ki, 2022-ci ilin oktyabr ayında Yunanıstan-Bolqarıstan interkonnektoru istifadəyə verilib və Azərbaycan qazı Balkan regionuna daxil olub, eyni zamanda, bu regionda daxili interkonnektorlar vasitəsilə Azərbaycanın təbii qaz ixracı bazarı daha da genişlənib. Qeyd edək ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) ümumi uzunluğu 182 kilometrdir, Bolqarıstanın və Yunanıstanın qaz nəqli şəbəkələrini birləşdirir. Qurulan optimal interkonnektor şəbəkəsi sayəsində yaxın illərdə Azərbaycan qazının avropalı mustərilərinin sayının 10 ölkəyə çatacağı gözlənilir.
Qaz seqmentindən büdcə daxilolmalarının artması
Qaz ixracı və ondan daxil olan gəlirlər dövlət büdcəsində də neft gəlirlərindən çox olub. Maliyyə Nazirliyinin məlumatına görə, bu ilin birinci yarısında dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 6 milyard 648,7 milyon manat təşkil edib. 2023-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 60 faizini və ya 3 milyard 987,7 milyon manatını vergi daxilolmaları, 40 faizini və ya 2 milyard 661,0 milyon manatını Dövlət Neft Fondundan transfert təşkil edib. Neft-qaz sektorundan vergi daxilolmalarının 66 faizi və 2 milyard 630,4 milyon manatını “Şahdəniz” qaz-kondensat yatağı üzrə mənfəət vergisi, 24,9 faizi və ya 992,5 milyon manatını Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 9,1 faizi və ya 364,8 milyon manatını “Azəri-Çıraq-Günəşli” neft yatağı üzrə mənfəət vergisi təşkil edib. Bu isə o deməkdir ki, neft sektorundan vergi daxilolmaları qaz daxilolmalarından 7 dəfədən də az olub.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56

