Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Mərkəzi Bank "Naxçıvan Sığorta"nın lisenziyasını ləğv edib

Mərkəzi Bank "Naxçıvan Sığorta"nın lisenziyasını ləğv edib

08.12.2023 [13:59]

Azərbaycan Mərkəzi Bankı könüllü müraciət əsasında “Naxçıvan Sığorta”nın lisenziyasını ləğv edib.

AMB xəbər verir ki, “Sığorta fəaliyyəti haqqında” Qanunun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 06 dekabr 2023-cü il tarixli qərarı ilə “Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş 13 may 2022-ci il tarixli, SF-0004 nömrəli lisenziya ləğv edilib.

“Naxçıvansığorta” ASC-nin mövcud maliyyə göstəriciləri Cəmiyyətin öhdəliklərinin tam və vaxtında icra edilməsinə imkan verir. Cəmiyyətin ləğvetmə prosesi Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində nəzarətdə saxlanılacaq.

Paylaş:
Baxılıb: 576 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30