Sırada 9-cu ölkə...
12.12.2023 [10:10]
Azərbaycandan mavi yanacaq alan doqquz ölkənin yeddisi Avropanı təmsil edir
Mübariz FEYİZLİ
Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin dəvəti ilə dekabrın 10-da bu ölkədə işgüzar səfərdə olub. Səfər zəngin gündəliyi ilə yadda qalıb. Belə ki, səfər çərçivəsində dövlətimizin başçısı Serbiyanın, Bolqarıstanın dövlət başçıları ilə görüşlərə və digər tədbirlərə qatılıb. Bu görüşlərdə və tədbirlərdə Azərbaycanın Avropa İttifaqı (Aİ) məkanında artan önəmi nəzərə çatdırılıb və ölkəmizin etibarlı tərəfdaş olduğu xüsusi vurğulanıb. Səfər çərçivəsində dövlətimizin başçısı həmçinin Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasiminə qatılaraq çıxış edib.
Dostluq və strateji tərəfdaşlıq üzərində qurulan münasibətlər
Azərbaycanla Avropa İttifaqı arasında müxtəlif istiqamətlərdə əlaqələr yüksələn xətlə inkişaf edir. Respublikamız Aİ ilə müxtəlif proqramlar üzrə sıx əməkdaşlıq qurub. Ölkəmizin xarici ticarətinin təqribən 50 faizi Avropa İttifaqının payına düşür. Eyni zamanda, Azərbaycan Cənubi Qafqaz coğrafiyasında Aİ-nin ən böyük ticarət tərəfdaşıdır. Ölkəmiz, eyni zamanda, Aİ-yə daxil olan ayrı-ayrı dövlətlə yüksəksəviyyəli münasibətlərə malikdir. Belə ki, Azərbaycan və Avropa İttifaqının doqquz üzvü arasında strateji tərəfdaşlığa dair bəyanatlar imzalanıb və ya qəbul edilib ki, bu da Aİ-nin üçdəbiri deməkdir.
Azərbaycanın ikitərəfli formatda strateji əməkdaşlıq əlaqələri qurduğu ölkələr sırasında həmçinin Serbiya və Bolqarıstan da yer alır. Ölkəmizlə Aİ üzvü olan hər iki dövlət arasında siyasi dialoq yüksək səviyyədədir. Bunu dövlət başçılarının intensivliyi ilə diqqət çəkən qarşılıqlı səfərləri də təsdiqləyir. Xatırladaq ki, Prezident İlham Əliyev ötən il Serbiyaya rəsmi səfər edib. Bundan bir ay sonra isə Prezident Vuçiç Azərbaycana səfərə gəlib. Aradan az vaxt ötsə də Azərbaycanın dövlət başçısı cari il dekabrın 10-da yenidən Se?biyaya işgüzar səfər edib. Bütün bunlar bir daha onu göstərir ki, Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir. “Biz strateji tərəfdaşıq, çünki strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır və sözdə, sənəddə və əməldə bu yüksək statusa sadiqliyimizi göstəririk”, - deyə Prezident İlham Əliyev çıxışında vurğulayıb.
Eyni məzmunlu fikirləri Azərbaycan-Bolqarıstan münasibətləri barədə də ifadə etmək mümkündür. Hər iki ölkənin getdikcə möhkəmlənən münasibətləri strateji tərəfdaşlıq haqqında imzalanan Sazişə əsasən inkişaf edir. Cari ildə Prezident İlham Əliyev Bolqarıstana və dost ölkənin dövlət başçısı Radev isə Azərbaycana səfərlər ediblər. İkitərəfli əlaqələrin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edən Prezident İlham Əliyev bildirib ki, münasibətlərimiz çox dinamikdir, dostluq və strateji tərəfdaşlıq üzərində qurulub.
Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək layihə
Azərbaycanın Avropa İttifaqı məkanının enerji təhlükəsizliyinin təmin olunmasında rolu getdikcə artır. Əgər enerji əməkdaşlığının birinci mərhələsində respublikamız “qoca qitə”yə yalnız neft və neft məhsulları tədarük edirdisə, indiki mərhələdə Avropaya enerji məhsullarının ixracına qaz seqmenti də əlavə olunub. Hazırda Avropada Azərbaycanın moderatorluğu ilə ərsəyə gələn Çənub Qaz Dəhlizinin qolları yaradılır. Yuxarıda bəhs etdiyimiz interkonnektor da onlardan biridir. Cənub Qaz Dəhlizi və yaradılan qollar əslində Avropanın enerji xəritəsini dəyişir. Açılış mərasimi keçirilən interkonnektor Bolqarıstan və Serbiyanı birləşdirməklə yanaşı, həm də bütün region üçün şaxələndirməyə və təhlükəsizliyə zəmanət verir. Təsadüfi deyil ki, bu layihə Avropa Komissiyası tərəfindən qarşılıqlı maraq doğuran layihə kimi dəyərləndirilib. Yeni infrastruktur obyektinin strateji önəmini nəzərə alan Avropa İttifaqı layihəyə 50 milyon avroluq qrant, Avropa İnvestisiya Bankı isə 25 milyon avro məbləğində imtiyazlı kredit ayırıb. Avropa İttifaqının Serbiyadakı daimi nümayəndəliyinin rəhbəri Emmanuel Jofre məlumat verərək bildirib ki, bundan əlavə, qurum Bolqarıstan ərazisində interkonnektorun tikintisinə 20 milyon avro həcmində vəsait yönəldib.
İxracın genişləndirilməsi hədəfi
Yeni interkonnektor zəngin resurslara malik olan Azərbaycanın ixrac coğrafiyasını genişləndirmək baxımından da çox əhəmiyyətlidir. Ölkəmizin ixrac coğrafiyasını genişləndirməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: “Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda biz təbii qazımızı səkkiz ölkəyə ixrac edirik, Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir və təbii ki, bugünkü mərasim - interkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfə verəcəkdir”.
Xatırladaq ki, keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb və hazırda bu memorandum icra edilir. Sənədə əsasən, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Artıq rəqəmlər onu göstərir ki, respublikamız inamla bu hədəfə doğru gedir. 2021-ci ildə Azərbaycandan Avropa məkanına qaz ixracı 8 milyard kubmetrdən bir qədər çox olmuşdusa, cari ildə bu, təxminən 12 milyard kubmetrə çatacaq. Qeyd olunan həcm Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir.
Avropada ixrac coğrafiyasının genişləndirilməsi Azərbaycanın gələcək planları sırasına daxildir. Perspektiv planlardan biri həmçinin bərpaolunan enerji seqmenti ilə bağlıdır. Artıq 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanıb. “Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır”, - deyə dövlətimizin başçısı bildirib.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08

