Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Yeni qərar nəyi dəyişəcək?

Yeni qərar nəyi dəyişəcək?

21.12.2023 [10:35]

Mərkəzi Bank 20 dekabr 2023-cü il tarixində ölkəmizdə pul siyasəti ilə bağlı yeni qərar qəbul edib. Belə ki, Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8.5 faizdən 8.0 ????ə, faiz dəhlizinin aşağı həddi 7.0 faizdən 6.5 faizə, faiz dəhlizinin yuxarı həddi isə 9.5 faizdən 9.0 faizə endirilib. Qurumdan “Yeni Azərbaycan”a verilən məlumatda bildirilir ki, bu qərar 21 dekabr 2023-cü ildən qüvvəyə minir. Faiz dəhlizinin parametrləri ilə bağlı qərarların 2024-cü il üzrə ictimaiyyətə açıqlanması qrafiki isə bu ilin sonunda yayımlanacaq.

Yeni qərarın verilməsini şərtləndirən amillər

Mərkəzi Bankın məlumatda yeni pul siyasəti ilə bağlı müvafiq qərarın verilməsini şərtləndirilən amillərə diqqət çəkilib. Bildirilir ki, ki, bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf dəhlizində (4±2 faiz) olması, inflyasiya gözləntilərinin stabilləşməsi, eləcə də valyuta bazarında izafi təklif nəzərə alınmaqla verilib.

 İdarə Heyətinin pul siyasətinə həsr edilmiş ötən iclasından bəri illik inflyasiya tempi gözləniləndən daha sürətlə azalıb. 2023-cü ilin noyabrında 12 aylıq inflyasiya 2.6 faiz təşkil edib. Artıq 3-cü aydır ki, illik inflyasiya hədəf daxilində formalaşır. Qiymətlərin aylıq dinamikasında da ötən illə müqayisədə azalma davam edir. Noyabrda deflyasiya müşahidə olunub, dövrə qeyri-xarakterik olaraq istehlakçı qiymətlər indeksi 0.2 faiz azalıb.

 Bildirildiyi kimi, illik inflyasiya xarici və daxili amillərin təsirləri ilə azalıb. Xarici mənşəli inflyasiyanın səngiməsi əsasən qlobal iqtisadi aktivliyin azalması və əksər ölkələrdə həyata keçirilən sərt pul siyasəti nəticəsində baş verib. Qlobal əmtəə, xüsusilə də enerji və ərzaq qiymətlərində enmələrin davam etməsi ölkəyə inflyasiya idxalını azaldıb. Dünya Bankının məlumatına əsasən əmtəə qiymətləri indeksi noyabrda illik əsasda 18.3 faiz, o cümlədən enerji qiymətləri üzrə 23.9 faiz, qeyri-enerji qiymətləri üzrə 4.6 faiz enib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə isə ərzaq qiymətləri indeksi noyabrda illik əsasda 10.7 faiz azalıb. Valyuta bazarında tarazlığın qorunduğu şəraitdə manatın nominal effektiv məzənnəsinin 2023-cü ilin 11 ayında 19.5 faiz möhkəmlənməsi idxal inflyasiyasının azalmasında mühüm rol oynayıb. Bu dövrdə daxili amillərdən qida emalı sənayesi məhsullarının istehsalçı qiymətləri azalıb (noyabrda illik 2.5 faiz azalma), kənd təsərrüfatı istehsalçı qiymətlərinin artım tempi (noyabrda illik 4.1 faiz artım) aşağı düşüb. Bu amillər müəyyən zaman intervalında inflyasiyaya azaldıcı təsir göstərir. Hökumət və Mərkəzi Bank tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri də inflyasiyanın azalmasına təsir göstərir.

Hərraclarda təklif tələbi üstələyir

Bəs Mərkəzi Bankın yeni qərarı fonunda manatın kursunun dəyişməsi ehtimalı varmı? İndiki şəraitdə ölkəmizdə manatın kursunun dəyişəcəyini, xüsusilə də dollar qarşısında dəyər itirəcəyini şərtləndirən amillər yoxdur. Azərbaycan üzən məzənnə rejimini elan etsə də, buna tam keçid baş verməyib. Ölkəmizin sosial siyasətinə uyğun olaraq Mərkəzi Bank tərəfindən milli valyutamızın kursu artıq uzun illərdir ki, əhalinin və biznesin maraqlarına uyğun olaraq tənzimlənir.

Eyni zamanda, tədiyyə balansının cari əməliyyatlar hesabında iri həcmli profisitlə əlaqədar (9 ayda 6.7 mlrd. ABŞ dolları və ya ÜDM-in 12.5 faizi) ilin əvvəlindən bəri Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 95 faizində təklif tələbi üstələləyib. Bu şəraitdə Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olub və 1.4 mlrd. ABŞ dolları təşkil edib. Nəticədə Mərkəzi Bankın valyuta ehtiyatları 20.3 faiz artaraq 10.8 mlrd. ABŞ dollarını keçib.

Növbəti illərdə ticarət tərəfdaşlarında milli valyutaların uzuclaşmasının davam etməsi manatın nominal effektiv məzənnəsini möhkəmləndirməklə idxal inflyasiyasını azalda bilər. İnflyasiyaya təsir edə biləcək başlıca daxili risk isə pul kütləsinin izafi genişlənməsidir. Cari ilin qalan dövründə fiskal sektorun reallaşmamış valyuta təklifinin Mərkəzi Bank tərəfindən alışı manatla pul bazasına artırıcı təsir göstərə bilər. Mövcud meyillərin davam etməsi halında 2024-cü ildə də Mərkəzi Bankın valyuta bazarına müdaxiləsinin alışyönlü olması ehtimalı var.

 Məlumatda bildirilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar inflyasiya mühitində xarici və daxili amillərdən asılı olaraq veriləcək. Qərarlar qəbul edilərkən maliyyə bazarlarında, o cümlədən valyuta bazarında gedən proseslər də nəzərə alınacaq.

MÜBARİZ

Paylaş:
Baxılıb: 612 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30