Fransada antirekord - 55 min müəssisə bağlandı
08.01.2024 [11:18]
Böyük ənənələri olan Fransanın adı son vaxtlarda yerli və xarici mediada bir qayda olaraq mənfi proseslərlə birbaşa və yaxud dolayı şəkildə əlaqəsi olan dövlət qismində gündəmə gətirilir. Açıq şəkildə müşahidə edilən odur ki, Emanuell Makron iqtidarının siyasəti ardıcıl deyil, obyektivlikdən uzaqdır və daha çox korporativ səciyyə daşıyır. Bu da Fransanın dünyada beynəlxalq nüfuzunun aşağı düşməsinə, xüsusilə də keçmiş müstəmləkə ölkələrində bu dövlətə qarşı nifrət dalğasının genişlənməsində təzahür edir. Hətta Avropanın özündə də Fransanın indiki hakimiyyətinin nümayiş etdirdiyi ambisiyalar sərt təpki ilə qarşılanır.
E.Makron iqtidarının yarıtmaz siyasəti beynəlxalq müstəvidə olduğu kimi, ölkə daxilində də mənfi tendensiyalara, narazılıqlara yol açır. Bu da onunla bağlıdır ki, hökumətin prezident E.Makronun siyasi iradəsi ilə qəbul etdiyi qərarlar ölkədə sahibkarlıq mühitini boğur, əhalinin sosial vəziyyətinə mənfi təsir göstərir.
Fransanın ayrı-ayrı qurumlarının yaydığı iqtisadi məzmunlu hesabatlarda da sevindirici məqamlar çox azdır. Məsələn, KİV Fransa Bankının saytında dərc edilən hesabata istinadən məyusedici məlumat yayıb. Bildirilir ki, 2023-cü ildə Fransada 55 mindən çox şirkət bağlanıb ki, bu da 2017-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir.
“2023-cü ildə müflisolmaların sayı dekabrın sonuna kimi 55492-yə yüksəlib”, - deyə hesabatda qeyd olunub.
Bu göstərici son 12 ayda özəl müəssisələrin müflisləşməsi və ləğvi hallarının orta sayı əsasında hesablanır. Əksər hallarda söhbət 250 nəfərə qədər işçi heyəti olan kiçik və orta müəssisələrdən (55 435) gedir. Eyni zamanda, ötən il bağlanan 250-dən çox işçisi olan orta və iri şirkətlərin sayı 57-yə çatıb ki, bu da əvvəlki illə müqayisədə iki dəfə çoxdur.
Vəziyyətin kritik dərəcədə pis olduğu Bankın təqdim etdiyi müqayisədə daha qabarıq şəkildə görünür. Hesabatda dünyanın 200-dən çox ölkəsini cənginə alan yeni növ koronavirus pandemiyasının pik mərhələsindəki (2020-2021-ci illər) vəziyyətə dair statistika təqdim olunur. O dövrün mənzərəsi yaddaşlardan silinməyib. Həmin dövrdə dünya ölkələri sərt qapanmalara getmək məcburiyyətində qaldılar. Bu səbəbdən də ölkələr arasında ticarət dövriyyəsi azaldı, əmək bazarları kiçildi və istehsal aşağı düşdü. Bankın hesabatından məlum olur ki, COVID-19 pandemiyasının pik mərhələsində Fransada müəssisələrin bağlanmasını əks etdirən statistika indikinin yarısı qədər olub.
Bu müqayisə Fransa iqtisadiyyatındakı hazırkı mənzərəni bütün cəhətləri ilə göz önündə canlandırır. Məlumdur ki, pandemiyanın pik mərhələsindən sonrakı dönəmdə dünya iqtisadiyyatında bərpa meylləri geniş vüsət alıb, hətta ayrı-ayrı ölkələr pandemiyadan əvvəlki göstəricilərə çatmağa nail olublar. Verilən məlumatlara əsasən, qlobal miqyasda pandemiyanın gətirdiyi böhran inkişafla, əmək bazarlarının genişlənnməsi ilə əvəzlənir. Belə görünür ki, Fransa hökuməti zamanında iqtisadiyyatın, iş yerlərinin qorunması qayğısına qalmayıb və obyektiv səbəblərdən təzyiqlərə məruz qalan sahibkarlıq subyektlərini dəstəkləməyib. Bütün bunların üstünə hökumətin özünü xilas etmək naminə qəbul etdiyi yeni qərarlarının yaratdığı çətinlikləri də əlavə edək. Nəticədə sahibkarlar çıxış yolunu müəssisələrinin qapılarından qıfıl asmaqda görürlər.
Yeri gəlmişkən, Fransada E.Makron hökumətinin “sahibkarların xərc yükünün artırılması” siyasətinə qarşı daxili etirazların geniş dalğası başlayıb. Ayrı-ayrı əyalətlərdə fermerlər hökumət əleyhinə müxtəlif aksiyalar keçirirlər. Fransa KİV-nin yaydığı məlumata görə, fermerlər artan vergilərə və gübrə qiymətlərinə etiraz edirlər. Təbii ki, hökumət fermerlərin etirazlarına məhəl qoymaq istəmir. Buna görə də fermerlər etirazlarını qeyri-adi formada ifadə etmək məcburiyyətində qalırlar. Bir qədər bundan əvvəl onlar Tuluzada hökumət binasının qarşısındakı meydanda peyin yandırıblar. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Bəhs olunan etiraz yeganə belə hal deyil. Qeyd edək ki, fransız fermerlər qiymət artımına etiraz olaraq Pau və Bayonne şəhərlərində hökumət binalarının qarşısına təkər, peyin və zibil tökmüşdülər.
Fermerlərin etirazlarını qeyri-adi formada bildirmələri suallar doğurur. Niyə özünü “demokratiya beşiyi” adlandıran Fransada fermerlər etirazlarını sivil qaydada ifadə etmirlər? Baş verənlər Fransanın ənənələrinin və dəyərlərinin aşınmasından xəbər verir. Hökumət yerlərdən gələn təkliflərə məhəl qoymur. Buna görə də fermerlər diqqət cəlb etməkdən ötrü belə variantlara əl atmaq məcburiyyətində qalırlar. Bu, hazırkı, daha dəqiq desək, E.Makron Fransasının simasıdır. Lakin fermerlərin hökumət binalarının qarşısına peyin tökmələri, təkər yandırmaları, paytaxtda və regionlarda müəssisələrin kütləvi şəkildə bağlanması son nəticədə Fransanın xilası anlamına gəlmir. Bu ölkənin yeganə qurtuluş yolu E.Makron iqtidarının siyasi səhnəni tərk etməsi olardı. Fransada baş verən hadisələr də ona dəlalət edir ki, ölkədə proseslər məhz bu istiqamətdə gedir. Xatırlayaq ki, Fransa inqilablar ölkəsidir. İndi Fransa xalqı toparlanmalı və ənənələrinə qayıtmağa özündə güc tapmalıdır.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

