Sığorta şirkətlərinin yeni hədəfləri
10.01.2024 [11:25]
Sığortaçıların yetərincə kapital portfeli də var, xidmət infrastrukturları da...
Elbrus Cəfərli
Azərbaycan sığorta bazarı ilk dəfə olaraq kapital yığımlarının həcminə görə, 1 milyard manatı ötübdür. 2023-cü il, ümumikikdə, sığorta sektorunda əsas etibarilə müsbət dinamika ili kimi yadda qaldı. Bazara yeni oyunçular daxil olmasa da, ənənəvi şirkətlərin öz potensiallarını artırması, xidmət çeşidləri üzərində yeni imkanları səfərbər etməsi, rəqəmsal alətlərə keçid və s. amillər bazarın böyüməsinə səbəb olub.
Sığorta sektoru bank sistemi kimi bazarın rəqabət prinsiplərinin üzərində dayandığından mövcud tələblərə cavab verə bilməyən şirkətlərin bazarı tərk etməsi də labüddür. Xüsusilə də son 2 ildə bu sahədə aparılan institusional islahatlar və yeni bazar tələbləri şəraitində dayanıqlığını itirmiş şirkətlərin fəaliyyətini dayandırması anlaşılandır. Məsələn, ötən ildən qüvvəyə minən “Sığorta fəaliyyəti haqqında” qanuna edilmiş dəyişikliklər layihəsinin icrası sayəsində təkrarsığorta ilə bağlı yeni tələblərin tətbiqi nəticəsində “Günay Sığorta”, “Naxçıvan Sığorta”nın lisenziyaları ləğv edildi və ölkədə sığorta şirkətlərinin sayı 20-dən 18-ə düşdü. Ancaq bu, heç bir halda dayanıqlı bazar arxitekturasına əsaslanan şirkətləri ruhdan salmadı və onların həm yeni sığorta alətləri, həm də təkrarsığorta xidmətləri üzrə əməliyyatlarında ahəng öz axarı ilə davam etdi. Xüsusilə də təkrarsığorta sahəsində “Qala Sığorta”, “Azsığorta”, “Xalq Sığorta”, “Meqa Sığorta” və “PAŞA Sığorta”nın geniş xidmət çeşidləri bu sektorda kapital portfelini genişləndirdi. Nəticədə 2023-cü ilin ötən 11 ayı üzrə sığorta yığımları əvvəlki ilin eyni dövrünə nisbətən 28 faiz artaraq 1 milyard 100 milyon manata yaxınlaşdı.
Sığorta sektorunda müşahidə edilən mühüm yeniliklərdən biri bank qurumları ilə müxtəlif institusional alətlər üzrə əməkdaşlıq və yaxınalaşmalardır. Məsələn, Azərbaycan Banklar Assosiasiyası ilə Azərbaycan Sığortaçılar Assosiasiyası arasında əlinin və biznesin müxtəlif xarakterli risklərə qarşı müdafiəsinin gücləndirilməsi məqsədilə əməkdaşlıq platformasının yaranması sığorta xidmətinin təkmilləşdirilməsində mühüm vasitələrədn biridir.
Azərbaycanın sığorta bazarının beynəlxalq arenaya çıxışları üçün də yaxşı imkanlar nəzərə çarpmaqdadır. Xüsusilə də 2022-ci ildə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın sığorta assos?asiyalarının birgə platforması olan Türk Dünyası Sığorta Birliyinin yaradılması qarşılıqlı sığorta layihələrinin icrası üçün yeni imkanlar deməkdir. Hətta iqtisadi proqramların tərkibinə daxil edilən sığorta layihələrinə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində dəstək verilməsi böyük bir coğrafiyada sığorta institutlarının fəaliyyətini təkmilləşdirməklə yanaşı, xarici bazarlara çıxışı üçün mühüm əhəmiyyət kəsb edir. Ələlxüsus da, sığorta sahəsində peşəkar və qabaqcıl xidmət infrastrukturları, yeni xidmət çeşidləri ilə məşhur olan qardaş Türkiyənin sığorta sektorundakı yeniliklərin tətbiqi Azərbaycan sığortaçıları üçün də bir fürsət deməkdir. Yeri gəlmişkən, 2024-cü ildə Şuşa şəhərində Türk Dünyası Sığorta Birliyinin ilk assambleyasının planlaşdırılan Sığorta Forumu mühüm iqtisadi hadisə hesab oluna bilər.
Sığorta sistemində elektronlaşma və ya rəqəmsal xidmət infrastrukturların genişləndirilməsi ilə bağlı atılan addımları da müsbət hal hesab etmək olar. Bu hazırda insanların xüsusi diqqətində olan daşınmaz əmlakı sığorta olunması üçün əhəmiyyət daşıyır. Müxtəlif fors-major hallarda əmlaka dəyən zərərin dəyərinin ödənilməsi sözsüz ki, hər bir vətəndaşın, eləcə də sahibkarların əsas qayğılarından biridir. Xüsusilə də, kiçik və orta biznes üçün əsas narahatlıq yaradan amillərdən biri çalışdıqları biznes sahələrindəki daşınmaz əmlaka dəyən ziyan zamanı onların malllarının zərərə uğramasıdır. Bunu son illərdə “Diqlas” ticarət mərkəzi, Sədər?k və Binədə, Dərnəgül tikinti materialları bazarında baş vermiş hadisələr zamanı malları sıradan çıxmış sahibkarların timsalında daha aydın görə bilərik. Ona görə də, hazırda ən aktual sığorta aləti olan əmlak sığortası sahəsində təkmilləşdirmələrin aparılması hər iki tərəf üçün maraq doğurur. Bu baxımdan, İcbari Sığorta Bürosu ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında aparılan elektron informasiya sahəsində inteqrasiya bu istiqamətdə irəliyə doğru yeni addım sayıla bilər.
Sığorta bazarı iştirakçıları üçün yaranmış əlverişli mühit qarşıdakı dövrdə onlar üçün də bir sıra vəzifələri qarşıya qoyur. Məsələn, onların kapital resurslarının artması sığorta hadisələrinə daha çevik və əhatəli yanaşması, baş verən sığorta hadisələrinə daha adekvat maddi dəstək verilməsi, müştərilərin hüquqlarının müdafiəsi üzrə etibarlı mexanizmlərin yaradılması kimi xidmətləri yaxşılaşdırmağı vacib edir. Həmçinin mövcud könüllü sığorta məhsullarının təkmilləşdirilməsi və yeni məhsulların yaradılması, xüsusilə də həyat sığortası üzərində qabaqcıl təcrübənin öyrənilərək tətbiqi də zəruri hədəflərdən olmalıdır. Qabaqcıl dünya prinsipləri tələb edir ki, Azərbaycan sığortaçıları bütün ölkə üzrə əmlakın və biznes fəaliyyətinin sığortasını təmin etməlidir, hər bir insanın icbari tibbi sığorta təminatı olmalıdır, hər bir vətəndaşın həyatı sığortalı qurulmalıdır.
Azərbaycan iqtisadiyyatı hazırda qeyri-neft drayverləri üzərində istiqamət götürüb, bu sahədə əsas iqtisadi artım mənbələrindən biri aqrar sahədir, aqrar-sənaye sektorudur. Bu gün aqrar sığortanın ümümi durumu o qədər də qənaətbəxş hesab edilə bilməz. Sığorta şirkətlərinin dövlətin aqrar sığorta mexanizminə qoşularaq öz resursları ilə kənd mülkiyyətçilərinin, fermerlərin, sənaye üzrə biznes qruplarının sığorta ehtiyaclarını qarşılamaqda aktivliyinə ehtiyac vardır. Bir sözlə, ənənəvi sığorta yığımlarından müasir innovativ iqtisadi inkişafın tələblərinə transformasiya olmaq vaxtıdır. Bunun üçün sığorta şirkətlərinin yetərincə kapital portfeli də var, xidmət infrastrukturları da.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

