Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / “Azergold”un beynəlxalq və yerli bazarlarda qızıl-gümüş satışından əldə etdiyi gəlir 1 milyard manatı ötüb

“Azergold”un beynəlxalq və yerli bazarlarda qızıl-gümüş satışından əldə etdiyi gəlir 1 milyard manatı ötüb

30.01.2024 [11:56]

Ötən il beynəlxalq və yerli bazarlarda qızıl və gümüş satışı nəticəsində 232,8 milyon manat məbləğində gəlir əldə edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, 2022-ci illə müqayisədə ümumi satış gəlirlərində 15 faiz artım qeydə alınıb.

“Bu vəsaitin 210,1 milyon manatını ixrac, 22,7 milyon manatını daxili satış gəlirləri təşkil edir. İxrac gəlirləri 2022-ci illə müqayisədə 11 faiz, yerli bazarda satış gəlirləri isə 81 faiz artıb. 2023-cü ildə qiymətli məhsulların ümumi satışlarından əldə edilmiş gəlirlərin 97,9 faizi məhz qızıl satışı nəticəsində əldə edilib. 2017-2023-cü illər üzrə qızıl və gümüşün satışından əldə edilmiş ümumi gəlir 1,19 milyard manat olub”, - deyə Zakir İbrahimov əlavə edib.

Paylaş:
Baxılıb: 789 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30