Sosial sahədə böyük perspektiv var!
21.02.2024 [10:40]
Getdikcə güclənən Azərbaycanın ardıcıl və məqsədyönlü siyasəti dərin sosial məzmunu ilə fərqlənir. Son 20 ildə Prezident İlham Əliyev müxtəlif auditoriyalar qarşısında etdiyi çıxışlarında dəfələrlə birmənalı şəkildə bildirib ki, ölkədə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları və mənafeyi dayanır. Dövlət başçısının müəyyənləşdirdiyi bu siyasi kurs praktiki müstəvidə davamlı tədbirlərlə və islahatlarla təsdiqənir. Ötən dövrdə Prezident İlham Əliyev ölkə vətəndaşlarının rifah halının yaxşılaşmasını, gəlir imkanlarının artırılmasını, məşğulluğun daha geniş miqyasda təmin edilməsini hədəfləyən çoxsaylı sənədlər imzalayıb, bir neçə proqramı təsdiqləyib.
Görülmüş işlər göz qabağındadır
Hazırda dünyada yaşanan kataklizmlər fonunda ayrı-ayrı ölkələrdə sosial xərclərdə ixtisarlar aparıldığının, layihələrin təxirə salındığının şahidi oluruq. Respublikamızda isə belə hallar baş vermir. Prezident
İlham Əliyev ölkədə sosial sferanın prioritetliyinin davamlı olaraq təmin edilməsi ilə bağlı tapşırıqlarını verib. Bu tapşırıqlar əsasında da ölkə iqtisadiyyatının güclənməsinə, maliyyə imkanlarının artmasına adekvat olaraq sosial sahədə aparılan islahatların əhatə dairəsi gnişlənir. Büdcə xərclərində bir sıra üstün istiqamətlər müəyyənləşdirilib ki, sosial sfera da bu sırada yer alır. Azərbaycanın dövlət büdcəsi ənənəvi olaraq sosialyönümlü olması ilə fərqlənib. Biz büdcədə sosial məqsədlər üçün ayrılan vəsaitlərin ildən-ilə artırıldığının şahidi oluruq. Eyni zamanda, Prezident İlham Əliyevin tapşırıqları əsasında ölkədə həyata keçirilən şəffaflaşdırma tədbirlərinin nəticəsi olaraq büdcəyə cəlb olunan bütün əlavə vəsaitlər də məhz sosial sferaya yönəldilir.
Real inkişaf...
Ölkəmizdə fevralın 7- də yüksək seçici fəallığı şəraitində baş tutan seçkilərdə seçicilərin 92,12 faiz səsini qazanaraq qalib gələn İlham Əliyevin seçki platformasında ölkəmizdə davamlı olaraq həyata keçirilən sosial siyasət qısa şəkildə belə səciyyələnirilib: Azərbaycan Respublikasında vətəndaşların rifahının davamlı yaxşılaşdırılması prioritet vəzifə müəyyən edilib, həyata keçirilmiş məqsədyönlü siyasət nəticəsində bu sahədə mühüm nailiyyətlər əldə olunub. Beləliklə, ötən dövrdə respublikamızda sosial sferada qazanılan bəzi uğurlara diqqət çəkək:
-2003-2023-cü illərdə dövlətin sosial müdafiə və sosial təminat xərcləri 20 dəfədən çox artıb, orta aylıq nominal əməkhaqqı isə 12 dəfə yüksələrək 923,1 manata çatıb. Son beş ildə 4 milyon vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunub, minimum pensiya məbləği 2,5 dəfə, orta pensiya məbləği 2,1 dəfə, sosial müavinət və təqaüd ödənişləri 5 dəfəyə yaxın artıb.
-Ötən dövrdə 2,7 milyondan çox yeni iş yerinin yaradılması sosial siyasətin ən böyük uğurlarındandır. Yüksələn gəlirlər sayəsində banklara qoyulan əmanətlərin həcmi 50 dəfədən çox artaraq 12,9 milyard manatı ötüb.
-Əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqəsi - əlillər, müharibə veteranları, aztəminatlı vətəndaşlar daim diqqət mərkəzində olub.
-2003-2023-cü illər ərzində qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün ümumilikdə, 8,7 milyard manat, o cümlədən dövlət büdcəsindən 5,6 milyard manat vəsait ayrılıb.
-Özünüməşğulluq proqramının genişləndirilməsi, həssas qrupların kiçik biznesə çıxışının dəstəklənməsi təmin edilib, 79 minədək vətəndaş özünüməşğulluq proqramından faydalanıb.
-2023-cü ildə 2003-cü ilə nisbətən işsiz əhalinin sayı 28,6 faiz, yoxsul əhalinin sayı isə 7 dəfə azalıb.
Sosial sferada görülən işləri əks etdirən digər statistik rəqəmləri də sadalamaq mümkündür. Ancaq buna ehtiyac yoxdur. Yuxarıdakı faktlar ölkəmizdə ardıcıllıqla reallaşdırlan sosial siyasətin geniş məzmunu barədə konkret təsəvvür yaratmaq üçün kifayətdir. Fevralın 14-də Milli Məclisdə baş tutan andiçmə mərasimində söylədiyi geniş nitqində bu istiqamətdə həyata keçirilən siyasətdən məmnunluğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: “Sosial sahədə görülmüş işlər də göz qabağındadır. 2003-cü ildə bizim minimum əməkhaqqı, - bəlkə də çoxlarının yadında deyil, - 9 manat idi. İndi 345 manatdır. Əlbəttə ki, bu da yetərli deyil, ancaq dinamika var və dinamika davam edəcək. Minimum pensiya 2003-cü ildə 20 manat idi. Bu gün 280 manata çatıb. Orta pensiya 500 manatdan çoxdur. Orta əməkhaqqı 940 manatdır. Əlbəttə ki, yenə də deyirəm, bu, bizi qane edə bilməz. Ancaq dinamika var, inkişaf var və ən önəmlisi, gözəl perspektivlər var”.
Müharibə əlilləri diqqət və qayğı ilə əhatə olunub
Respublikamızda müharibədə əlillik qazanan qazilərə və şəhid ailələrinə həm cəmiyyət, həm də dövlət səviyyəsində böyük hörmət və qayğı ilə yanaşılır. Deyə bilərik ki, Azərbaycan şəhid ailələrinə və qazilərə münasibətdə də dünyaya nümunə göstərir və öz modelini ortaya qoyur. İndiyədək dünyada bir çox ölkələr müharibə şəraitində olublar. O ölkələrin təcrübəsini biz bilirik. Görürük ki, Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət doğrudan da nümunəvi sayıla bilər. Çünki elə təşəbbüslər irəli sürülür ki, başqa ölkələrdə biz buna rast gəlmirik.
Respublikamızda müvafiq qurumlar tərəfindən qazilərin əlilliyinin operativ qaydada qiymətləndirilməsi həyata keçirilir. İndiyədək Vətən müharibəsində yaralanmış və müalicə kursları tamamlanmış 4000-dək hərbi qulluqçuya əlillik təyin edilib. Əlillik təyin edildikdən sonra onlara e-sistem tərəfindən, proaktiv qaydada əlilliyə görə aylıq sosial ödənişlər (Prezidentin təqaüdü, pensiya, müavinət) təyin olunub, habelə birdəfəlik sığorta ödənişləri verilib.
Nazirlər Kabinetinin yeni qərarı ilə əlilliyə əsas verən meyarların sayı artırılaraq 563-dən 590-a çatdırılıb. Dəyişikliklərə əsasən, bir sıra meyarlar üzrə orqanizmin funksiyalarının pozulması faizi artırılıb, bir sıra meyarlar üzrə orqanizmin funksiyalarının pozulması müddəti uzadılıb və ya “müddətsiz” olaraq qeyd olunub.
Şəhid ailələrinin və qazilərin mənzil təminatı həyata keçirilir
Respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı siyasəti müxtəlif istiqamətləri əhatə edir. Azərbaycan yenə də dünya miqyasında azsaylı ölkələrdəndir ki, şəhid ailələrinə və qazilərə mənzillər verir. Azərbaycanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzillə təminatı proqramına 2023-cü ildə 100 illiyini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanıb və bu proqram sonrakı mərhələdə uğurla davam etdirilir. Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatı proqramı 5 dəfə genişlənib. Beləliklə, postmüharibə dövründə 5 000, 2023-cü ildə 500 mənzil və fərdi ev şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunub. Bunu vacib məsələ kimi dəyərləndirən Prezident İlham Əliyev bildirib: “Sosial sahədə vacib məsələlərdən biri şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsidir. Deyə bilərəm ki, bu kateqoriyadan olan insanlara dövlət tərəfindən 14 min 800 fərdi ev və ya mənzil verilmişdir. Bu kateqoriyadan olan insanların 100 faiz evlərlə təmin edilməsi prosesi sürətlə gedir, o cümlədən bu il və gələn il bu işlər görüləcək”.
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37

