İlk 2 ayda...
14.03.2024 [10:33]
Ölkədə uğurlu sosial-iqtisadi göstəricilər qeydə alınıb
Azərbaycan 2024-cü ilin ilk 2 ayını nikbin iqtisadi inkişaf templəri ilə başa vurub. Belə ki, cari ilin yanvar- fevral aylarında ölkədə 18,5 milyard manat həcmində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 faiz çox ümumi daxili məhsul (ÜDM istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,7 faiz azalsa da, qeyri neft-qaz sektorunda artım 10,1 faiz təşkil edib. Qeyri-neft sektorunun əsas sahələri olan sənaye, rabitə, kənd təsərrüfatı, turizm, ticarət kimi aparıcı sektorlarda əlavə dəyərin yaranması son bir ayda əvvəlki aylara nisbətən daha çox artımlar nümayiş etdirib. 2015-ci ildən sonra ÜDM-in aylıq nominal artımı ilk dəfə
2024-cü ilin yanvar-fevral aylarında qeydə alınıb. ÜDM-də sənayenin payı daha çox üstünlük təşkil edib və sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-fevral aylarında 10,2 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Xüsusilə də 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sənayesində artım 11 faizi ötübdür.
Beləliklə, ölkə iqtisadiyyatının inkişafında ağırlıq mərkəzi tamamilə qeyri-neft sektorunun üzərinə transformasiya olunmaqdadır və hökumətin neft ÜDM-dən qeyri-neft ÜDM-ə keçid strategiyası özünü doğrultmaqdadır. Hökumətin yaxınmüddətli iqtisadi inkişaf ssenarilərinə əsasən, neft-qaz sektorunun tədricən daralacağı şəraitdə iqtisadi artımın əsas hərəkətverici qüvvəsi qeyri-neft gəlirləri olacaq və 2024-cü ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payının 71,1 % olacağı proqnozlaşdırılır.
Yanvar və fevralda dövlət büdcəsinə 3 milyard 156 milyon manat vergi daxil olub ki, bu əvvəlki ilin eyni dövrünə nisbətən təxminən 10 faiz çoxdur. Vergilərin 1,9 milyard manatdan çoxu qeyri-neft-qaz sektorundan toplanılıb ki, bu da 1 il əvvələ nisbətən 14,8 % çoxdur. Yəni, fiskal yığımların əsas yükü qeyri-neft mənbələrində cəmləşir. Qeyd edilən aylarda təkcə vergilərdə deyil, sosial yığımlarda da artım qeydə alınıb. Dövlət sosial sığorta haqları üzrə daxilolmalar 862,8 milyon manata yaxın olub. Sosial vergilərdə, yəni sosial sığorta haqları üzrə daxilolmalarda artım əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,4 faiz və ya 115,2 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 15,6 faiz artaraq 563,7 milyon manatdan çox olub. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 29,7 milyon manatdan çox təşkil etməklə ötən ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16,7 faiz artaraq 22,8 milyon manat olub. İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 15,5 faiz artıb və 153,2 milyon manata yaxın təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,9 faiz artaraq 110,4 milyon manat olub.
Qeyd edilən sahələrdə yığım mənbələrinin genişlənməsi, sözsüz ki, iqtisadi fəallığın artması, xüsusilə də qeyri-neft və biznes sektorlarında sahibkarların maliyyə imkanlarının böyüməsi sayəsində mümkün olub. Hökumətin vergi sahəsində apardığı optimallaşdırma tədbirləri, biznesə dövlət müdaxilələrinin azaldılması və digər iqtisadi stimulları sayəsində 2024-cü ilin ötən dövründə yerli və xarici biznes sahiblərinin sayı artıb. Belə ki, cari ilin ilk 2 ayında uçotda olan vergi ödəyicilərinin sayı 1,5 milyonu ötüb. Vergi ödəyicisinin 87,3 faizi fiziki şəxs, 12,7 faizi hüquqi şəxs və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,8 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,8 faiz, hüquqi şəxslərin sayı isə 8,3 faiz artıb. Bu dövrdə vergi ödəyicilərinin ümumi sayında hüquqi şəxslərin xüsusi çəkisi 12,7 faiz olub. 2024-cü ilin yanvar-fevral aylarında 2.062 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 1.857-si yerli investisiyalı, 205-i isə xarici investisiyalı müəssisələrdir.
2024-cü ilin yanvar-fevral ayları sərmayə və biznes, vergi imkanları ilə yanaşı, kapital qoyuluşları baxımından da müsbət templərlə başlayıb. İki ay ərzində ölkə iqtisadiyyatına 2,7 milyard manata yaxın sərmayə yatırılıb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,5 faiz çox investisiya yönəldilib. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 12,5 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 17,1 faiz artıb. İnvestisiyaların 2,1 milyard manatı və ya 80,4 faizi daxili investisiyalar təşkil edib.
Yeni başladığımız ilin digər müsbət iqtisadi göstəricisi inflyasiya ilə bağlıdır. Belə ki, 2024-cü ilin fevral ayında istehlak qiymətləri indeksi 2023-cü ilin fevral ayına nisbətən 0,8 faiz təşkil edib. Beləliklə, 2024-cü ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,6 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3 faiz təşkil edib. İnflyasiyanın bu həddə qorunub saxlanılması əhalinin sosial vəziyyətinə müsbət təsir edə bilər. Bu baxımdan hökumət ilin sonuna qədər qiymət indeksinin 5 faizdən yuxarı qalxmaması üçün bütün resurs imkanlarını səfərbər etmək niyyətindədir.
2024-cü ilin yanvar və fevral aylarında əhalinin nominal gəlirlərində, bank əmanətlərində, ünvanlı sosial yardımın məbləğində, muzdlu işçilərin orta aylıq əməkhaqqında da artımlar qeydə alınıb ki, bu da uğurlu sosial-iqtisadi başlanğıc sayıla bilər. 2024-cü il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,1 faiz artaraq 942,4 manat təşkil edib.
Ümumilikdə, 2024-cü ilin yanvar-fevral ayları üzrə makroiqtisadi göstəricilərdə qeydə alınmış müsbət dinamika Azərbaycan iqtisadiyyatının ilə yaxşı templərlə başladığını və gözlənilən inkişaf proqnozlarına çatacağına ümidlər yaradır. Bu dinamika indiki rəqəmlər üzrə qorunub saxlanılsa, ilin ortalarında büdcəyə yenidən baxılması istisna deyil. Bu zaman, sözsüz ki, büdcədə əlavə gəlir mənbələri azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə yönəldiləcək, ancaq digər xərc istiqaməti kimi sosial sahəyə diqqət yetiriləcəyi də mümkün ola bilər. Bu isə maaş və digər sosial artımlar üçün yeni imkanlar deməkdir.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxElm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05

