Qətiyyət, iradə və prinsipiallıq...
02.11.2024 [11:12]
Azad edilən torpaqlarımıza yeni həyat verilir
Otuz illik mübarizə, səbr və əzmin gücü, İlham Əliyevin rəhbərliyi və ordumuzun şücaəti ilə Qarabağ işğaldan azad edildi. Bu gün həmin torpaqlara yeni bir həyat vermək üçün bütün qüvvələr səfərbər edilib. Dövlətimiz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan yeni mərhələyə qədəm qoyub. Dağılan şəhərlərimizin, məhv edilməyə çalışılan tarixi irsimizin bərpası istiqamətində mühüm işlər davam etdirilir.
Qarşımıza qoyulmuş hədəflərin reallaşdırılmasında “Böyük Qayıdışı” təmin edən infrastrukturun yaradılması ön plana çəkilib. Bu infrastruktur hazırlanarkən mütərəqqi beynəlxalq təcrübəyə istinad olunub. Bundan başqa, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb.
Dövlətin uğurlu siyasətinin göstəricisi
Mövzu barədə “Yeni Azərbaycan”a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədov bildirib ki, İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız işğaldan azad edildikdən dərhal sonra dirçəliş işlərinə başlanması dövlətimizin uğurlu siyasətinin göstəricisidir: “Böyük Qayıdışın ilk qədəmləri kimi Zəngilan rayonunun Ağalı kəndinə, daha sonra Laçın şəhərinə dönüş işğaldan azad edilmiş ərazilərdə sürətli əlverişli iqtisadi və siyasi mühit formalaşdırılmasının bariz göstəricisidir. Daha da gözəlləşən və abadlaşan rayonlarımıza köçən sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. İşğaldan azad edilmiş ərazilərin tam mənada inkişafına nail olmaq üçün birinci növbədə ən böyük təhlükə hesab edilən minaların və partlamamış hərbi sursatın zərərsizləşdirilməsidir. Bu, çətin bir iş olmaqla bərabər təəssüf ki, həm də uzun müddət tələb edən bir işdir. Bununla həmin ərazilər bütövlükdə tam təhlükəsiz yaşayış və sosial-iqtisadi həyatın bərpası üçün uyğun olacaq.
Strateji əhəmiyyət kəsb edən işlərin çevik həlli və ərazilərin inkişafı üçün Azərbaycanın artıq konkret yol xəritəsi var. Bununla biz həyat əlaməti qaytarılacaq ərazilərimizi ölkənin sosial, iqtisadi, mədəni həyatına bağlayacaq, əhalinin layiqli həyat şəraitini təmin edəcəyik”.
İkinci mərhələ 2040-cı ilə qədər yekunlaşacaq
S.Məmmədov qeyd edib ki, 2026-cı ilin sonuna qədər “Böyük Qayıdış” proqramının I mərhələsinin tamamlanacağı və bu mərhələdə 140 min məcburi köçkünun Qarabağ və Şərqi Zəngəzura qayıdacağı planlaşdırılır: “Bütövlükdə “Böyük Qayıdış” proqramının birinci mərhələsində bütün azad olunmuş şəhərlər də daxil olmaqla 100 yaşayış məntəqəsinin yenidən qurulması və məskunlaşdırılması nəzərdə tutulur. “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üçün 2022-2026-cı illərdə ümumilikdə təqribən 32 milyard manatdan artıq vəsait tələb olunur.
Hazırda Azərbaycan keçmiş məcburi köçkünlərin “Böyük Qayıdış” layihəsini uğurla həyata keçirməkdədir. “Böyük Qayıdış” proqramının ikinci mərhələsi isə üç fazadan ibarət olmaqla, 2026-2040-cı illəri əhatə edəcək və proses 2040-cı ilə qədər yekunlaşacaq”.
Qarabağa yeni nəfəs...
Deputatın sözlərinə görə, 44 günlük Vətən müharibəsinin başa çatmasından ötən müddət ərzində Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, bir çox ölkənin bacarmadığı nəhəng layihələri təkbaşına reallaşdırmağa qadirdir: “Heç bir ölkədən yardım almadan viran edilmiş şəhər, qəsəbə və kəndlərə yeni nəfəs verməklə Azərbaycan qüdrətli dövlət olduğunu təsdiqləyir. İllər sonra yenidən bu torpaqlarda xoşbəxt ailələr bərəkətli süfrələrin ətrafında toplanacaq, evlər uşaqların şən gülüşləri ilə dolacaq. Biz burada əsrlərdən gələn adət və ənənələri, milli mətbəxin bölgələrimiz üzrə sirlərini, milli musiqimizin ən gözəl notlarını, şanlı tariximizi Azərbaycan ailəsinin gündəlik həyatında yaşadacağıq.
Bütün çətinliklərə, beynəlxalq ədalətsizliyə mətinliklə sinə gərən Azərbaycan dövləti inamla torpaqlarını azad etdiyi kimi, həm də erməni vandallığının qurbanı olan bütün şəhər və kəndlərini yenidən quracaq və dirçəldəcək. İşğaldan azad edilmiş rayonlarımıza, bütün Qarabağa yeni nəfəs veriləcək. Ermənilər unutmamalıdır ki, Azərbaycan Prezidenti illərlə işğal siyasətinə son qoymaq üçün qətiyyət, iradə və prinsipiallıq nümayiş etdirdisə, indi də atdığı düşünülmüş və sistematik addımları Qarabağı qısa zaman kəsiyində dirçəltməyə yönəldəcək, ərazilərimiz minalardan təmizləniləcək və insanlar öz el-obalarına geri dönəcəklər”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32

