Milli həmrəylik mənbəyi...
09.04.2025 [09:51]
Azərbaycançılıq xalqımızın ortaq dəyəridir!
Xalqımızın adət-ənənələrini, milli-mənəvi dəyərlərini birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası ictimai-siyasi proseslərə, konstitusiya sisteminə, xüsusilə dövlət quruculuğuna öz müsbət təsirini göstərir. Bu ideologiya Azərbaycanın müstəqilliyini qorumaq, onun demokratik inkişafını təmin etməklə bərabər, millətçilik və şovinizmə qarşı təşəkkül tapmış ideologiyadır. Belə ki, azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanır.
Azərbaycançılıq təkcə dövlətimizin vətəndaşlarını yox, bütün dünyada yaşayan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrilib. Xalqın, milli dövlətimizin məfkurəsinə çevrilən azərbaycançılıq ideologiyası mənəvi-ideoloji müstəvidə milli inkişafın praktik modelinə çevrilib. Azərbaycançılıq real tarixi keçmişimizlə, milli mentalitetimizlə və mövcud dəyərlərlə sıx bağlı olduğundan qısa zaman kəsiyində cəmiyyət tərəfindən qəbul olunub.
İdeologiyamızın güclənməsində ana dili faktoru...
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Ülviyyə Həmzəyeva bildirib ki, azərbaycançılıq xalqımızın kimliyini əks etdirən zəngin dəyərlər sistemidir. Onun sözlərinə görə, bu dəyərləri özündə cəmləşdirən dil, ərazi, vətəndaşlıq, adət-ənənə və ideoloji birlik milli ideologiyamızın əhatə dairəsini genişləndirir: “Ona görə də azərbaycançılıq ideologiyası çərçivəsində diqqət yetirilən mühüm strateji istiqamətlərdən biri də ana dilimizin qorunmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli siyasətin mühüm istiqamətlərindən biri kimi Azərbaycan dilinin mühafizəsi və təbliği yönündə reallaşdırılan fundamental tədbirlər həm də milli ideologiyanın - azərbaycançılığın daha da möhkəmlənməsini və kütləvilik səviyyəsinin daha da artmasını şərtləndirib. Dövlət başçısının imzaladığı fərman və sərəncamlar milli dilimizin mühafizəsi və inkişafı yönündə mühüm əsas olmaqla yanaşı, eyni zamanda, milli identikliyi də gücləndirən əhəmiyyətli amildir. Bütün bu faktlar Azərbaycan dilinin azərbaycançılıq ideologiyasının güclənməsində mühüm faktor olduğunu təsdiqləyir. Bir sözlə, bu sahədə imzalanan bütün sərəncam və fərmanlar dünya azərbaycanlılarını birləşdirərək milli məfkurəyə çevrilən azərbaycançılıq ideologiyası ölkədəki bütün konfessiya və etnosların da həmrəylik və qarşılıqlı anlaşma mühitində yaşamasını təmin edən ideoloji faktordur”.
Azərbaycan gəncliyi milli inkişafa töhfələr verir!
Deputatın sözlərinə görə, Azərbaycançılıq ideologiyası, eyni zamanda, milli dəyərlərin təbliği, gəncliyin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından müstəsna əhəmiyyət kəsb edir: “Ümumiyyətlə, müasir dövrdə-qloballaşma şəraitində hər bir ölkənin milli inkişaf siyasətinin əsasında dayanan fundamental faktorlardan biri də milli-mənəvi dəyərlər və milli ideologiya əsasında gənclərin inkişafı və tərbiyəsinin təmin edilməsidir. Dövlətin yüksək diqqət və qayğısının fonunda mütəmadi olaraq inkişaf edən Azərbaycan gəncliyi həm milli-mənəvi dəyərlərin, milli ideologiyanın mənimsənilməsində, həm də təbliğində aktiv təbəqə kimi çıxış edir. Əsas məsələ isə budur ki, Azərbaycan gəncliyi bu kontekstdə dövrün tələb və reallıqlarına uyğun surətdə çevik və səmərəli fəaliyyət mexanizmi ilə milli inkişafa töhfələr verir”.
Milli kimliyimiz, milli birliyimiz...
Millət vəkili son olaraq qeyd edib ki, azərbaycançılıq ideyasının təbliği dövlətçilik və vətənpərvərlik kimi təməl ideyalara söykənir: “Dövlətçilik təməl ideyasına əsasən Azərbaycan ərazisində yaşayan insanların vahid dövləti var. Həmin vahid dövlət də Azərbaycan Respublikasıdır. Dövlətin vətəndaşları irqindən, dinindən, siyasi baxışından asılı olmayaraq, vahid ideyaya - Azərbaycan dövlətinin qorunması, saxlanılması ideyasına qulluq etməlidir. Dövlətçilik təməl ideyasına da dəstək verən ikinci təməl ideya vətənpərvərlikdir. Azərbaycan ərazisində yaşayan hər bir kəs Azərbaycan Respublikasının bayrağına, gerbinə, himninə, konstitusiyasına hörmət etməlidir. Çünki Azərbaycançılıq ideyası milli kimliyimiz, milli birliyimizdir. Bu ideya tarix boyu xalqımızın əzab-əziyyəti, canı, qəhrəmanlığı bahasına nail olduğu ən böyük mənəvi sərvətidir. Azərbaycançılıq ideyasının təbliği milli həyatın ahəngdarlığı, dünya azərbaycanlıların ümumi maraqları, ölkənin ərazi bütövlüyünün qorunmasına xidmət edərək gələcək nəsillərə də Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini və adət-ənənələrini sonsuz sevməyi aşılayır”.
Sahib
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28

