Azərbaycanın regionlarında müasir təsərrüfatların yaradılması geniş vüsət alıb
10.01.2019 [09:51]
Hazırda respublikanın 30 rayonu üzrə 192 min hektar ərazidə investisiya dəyəri 1,4 milyard manat olan 45 aqroparkın yaradılması üzrə işlər sürətlə davam etdirilir
Son illərdə ölkə miqyasında böyük potensiala malik aqrar sektor yeni yanaşmalar əsasında inkişaf etdirilir, burada müasir təsərrüfatların yaradılması diqqət mərkəzində saxlanılır. İndiyədək dövlətin davamlı dəstəyi sayəsində respublika üzrə 32 iri fermer təsərrüfatı yaradılıb və bu təsərrüfatlarda məhsuldarlıq kifayət qədər yüksəkdir. Hazırda respublikada 30 rayon üzrə 192 min hektar ərazidə investisiya dəyəri 1,4 milyard manat olan 45 aqroparkın, o cümlədən 44 min hektar ərazidə 17 müasir cins heyvandarlıq kompleksinin və 148 min hektar ərazidə 28 iri bitkiçilik təsərrüfatının yaradılması üzrə işlər sürətlə davam etdirilir. Bu çərçivədə 330 milyon manat dövlət maliyyə dəstəyi göstərilib ki, bunun da 219 milyon manatı infrastrukturun yaradılmasına yönəldilən dövlət investisiya qoyuluşu, 111 milyon manatı isə 17 aqroparka verilmiş güzəştli kreditlərdir. Bununla yanaşı, 15 aqropark üzrə dəyəri 564 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilib.
Bərdədə icma əsaslı layihə çərçivəsində yeni istixana istifadəyə verilib
Kənd Təsərrüfatı Nazirliyi əhalinin məşğulluğunu təmin etmək və gəlirlərini artırmaq məqsədilə icma əsaslı istixana layihəsinin icrasına başlayıb. Layihə Kənd Təsərrüfatı Nazirliyi Yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin Dünya Bankı ilə birgə icra etdiyi Kənd İnvestisiya Layihəsi (AzKİL) çərçivəsində həyata keçirilir.
Layihə çərçivəsində Bərdə rayonunun Yeni Daşkənd kəndində yaradılan istixana istifadəyə verilib. Bu münasibətlə keçirilən mərasimdə Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin və Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, Kənd İnvestisiya Layihəsinin həyata keçirildiyi kəndlərin bələdiyyə sədrləri və sakinlər iştirak ediblər.
Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib ki, istixana layihəsi geniş icma yığıncağında icma üzvləri tərəfindən təhlil nəticəsində müəyyən edilərək seçilib. Bu layihə icma üzvləri tərəfindən idarə edilir və əldə olunan gəlir üzvlər arasında bölünəcək. Müəssisədə 6 nəfər icma üzvü daimi, 9 nəfər isə mövsümi işlərə cəlb olunacaq. Burada tərəvəz məhsullarının istehsalı üzrə təkmil təsərrüfat təcrübəsi həyata keçiriləcək - damcı suvarma sistemi, bitkilərin xəstəlik və zərərvericilərdən mühafizəsi üzrə profilaktik tədbirlər tətbiq ediləcək.
Məlumat verilib ki, istixana 40 sot sahədə yaradılıb. Əkinəyararlı örtülü qruntun sahəsi isə 25 sotdur. 2018-ci ilin oktyabr ayından başlayaraq istixanada 9 min ədəd pomidor şitili əkilib. 2019-cu ilin fevral ayından may ayının sonuna kimi məhsul satışının aparılması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Kənd İnvestisiya Layihəsi ölkədə ən geniş əhatəli və uzunmüddətli layihələrdəndir. Bütün ölkəni əhatə edən AzKİL 2005-ci ildən fəaliyyət göstərir. Azərbaycan Kənd İnvestisiyası Layihəsinin ikinci fazasını tamamlayan Dövlət Xidməti AzKİL çərçivəsində 2200-dən artıq kiçik infrastruktur və gəlir gətirən layihə icra edib və kənd icmalarının istifadəsinə verib. Layihənin növbəti mərhələsinə hazırlıq olaraq, pilot kimi Qadın İnkişaf Qruplarının yaradılmasına başlanıb. Qadınların səlahiyyətləndirilməsini və öz bizneslərini qurmasını təşviq edən bu fəaliyyət nəticəsində 7 rayonda 151 qadını özündə birləşdirən 12 qadın qrupu yaradılıb. Bu qadın qruplarının öz bizneslərini yaratmalarına dəstək vermək üçün gənclərdən ibarət 7 biznes inkubator təsis edilib.
Yeri gəlmişkən, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti 2018-ci ilin yekunu ilə bağlı mediaya hesabat verib. Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib ki, 2018-ci ildə 41 rayondan olan 151 fermerə 10 milyon manat məbləğində kredit verilib. Kredit ayrılan sahələr arasında heyvandarlıq və bağçılıq ilk yerləri tutub. Dövlət Xidmətinin kredit portfeli 10 bank, 11 bank olmayan kredit təşkilatı, 19 kredit ittifaqında yerləşdirilib.
Dövlət xidmətinin rəsmisi bildirib ki, ötən il kənd təsərrüfatında rəqabət qabiliyyətinin artırılması üçün dəyər zəncirlərinin formalaşdırılması məqsədilə fermer və sahibkarların təklif etdikləri 17 layihə təsdiqlənib və onlardan 8-i ilə müqavilə imzalanıb. Dəyər zənciri layihələrinin başlıca seçim meyarları təsərrüfatlarda innovasiyaların tətbiqi və fermer-emalçı tərəfdaşlığının qurulmasıdır.
Ümumiyyətlə, 2018-ci ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən 20 layihə idarə olunub. Bu layihələrin 13-ü icra olunmaqdadır, 7-sinin isə icrasına yaxın vaxtlarda başlanacaq.
Ötən il Salyanın istixana təsərrüfatlarında 19 min 715 ton məhsul istehsal edilərək yerli və xarici bazarlara çıxarılıb
Salyanın qəsəbə və kəndlərində istixanaların şəbəkəsi ilbəil genişləndirilir, məhsul istehsalı artır. 2018-ci ildə rayonun Qarabağlı, Yenikənd və Xələc kəndlərində hər birinin sahəsi bir hektar olmaqla, 8 müasir istixana yaradılıb, həmçinin Kürsəngi kəndi ərazisində 60 hektar sahədə yeni istixana kompleksi istifadəyə verilib. Rayonun Qaraçala qəsəbə, Yenikənd, Yolüstü və Qarabağlı kəndlərinin ərazisindəki istixanalarda yetişdirilən faraş tərəvəz xarici bazarlara göndərilir. Rayonda faraş tərəvəz istehsalının artırılması və ixracının təşviqi istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, hazırda rayonda ümumi sahəsi 130 hektar olan 449 istixana mövcuddur. Ötən il bu istixanalarda 19 min 715 ton məhsul istehsal edilərək yerli və xarici bazarlara çıxarılıb.
Qazaxda fermerlər istixana təsərrüfatlarına böyük maraq göstərirlər
Son illər respublikamızda kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər, fermerlərə göstərilən diqqət və qayğı bu sektorda çalışan insanlar üçün geniş imkanlar açır. Dövlət tərəfindən verilən dəstək sayəsində kənd təsərrüfatı ilə məşğul olan fermerlər öz əkin sahələrini genişləndirməyə, aqrar sektorda gəlirli sahələrin inkişaf etməsi üçün öz töhfələrini verməyə çalışırlar.
Ölkəmizin hər yerində olduğu kimi, Qazaxda da kənd təsərrüfatının inkişaf etdirilməsi üçün məqsədyönlü işlər görülür. Son iki il yarımda rayonda əkin sahələri davamlı olaraq genişləndirilir. Rayonda ilk dəfə olaraq yeni üsulla çiyələk yetişdirilir. Təsərrüfat rəhbəri Nüsrət Aşırov ilk dəfədir çiyələk becərdiyini deyib. KİV təmsilçiləri ilə söhbət zamanı o, bu gün istehlakçıların ən çox maraq göstərdiyi çiyələyin dünya bazarında xüsusi yeri olduğunu qeyd edib. O, keçən ilin avqust ayında Çaylı kəndi ərazisində 4 hektar sahədə yüksək məhsuldarlığa malik, süfrəlik və mürəbbəlik “Albion” sortu olan çiyələk şitilləri əkib. Bir hektara təxminən 46-50 min şitil əkdiyini deyən fermer yüksək məhsuldarlıq əldə etmək üçün bütün aqrotexniki qaydalara əməl olunduğunu və şitillərə xüsusi qulluq göstərildiyini vurğulayıb.
Çiyələyin becərmə texnologiyası haqqında məlumat verən N.Aşırov bildirib ki, çiyələk əkilən sahələrdə işlər ilboyu aparılır. Əvvəlcə torpaq əkinə hazırlanır, peyin verilir. Suvarma damcı üsulu ilə aparılır. Bu üsulla suya qənaət edilir, su bitkilər arasında bərabər paylanır, torpaq qaysaqlamır, yumşaq qalır, alaq otlarının azalmasına, məhsuldarlığın yüksəlməsinə nail olunur. Onun sözlərinə görə, zərərvericilərə və xəstəliklərə qarşı mübarizə tədbirləri də vaxtında aparılmalıdır.
Məhsul yığımının bu ilin mart ayında aparılacağını deyən fermer gələcəkdə bu sahəni daha da genişləndirməyi planlaşdırır. Belə ki, əlavə 3 hektar ərazidə də çiyələk yetişdiriləcəyini, eyni zamanda, ilboyu məhsul əldə etmək üçün çiyələk sahəsinin istixana ilə əvəzlənəcəyini bildirib.
Ümumiyyətlə, son illərdə Qazax rayonunda fermerlər öz gəlirlərini artırmaq üçün istixana təsərrüfatlarının genişləndirilməsinə böyük maraq göstərirlər. Təsadüfi deyil ki, rayonun qəsəbə və kəndlərində istixanaların sayı getdikcə artır. Yeni yaradılmış istixanalar, məhsul bolluğu ilə yanaşı, həm də yeni iş yerlərinin açılması, əhalinin maddi rifah halının yaxşılaşması deməkdir.
Belə təsərrüfatlardan biri də rayonun Çaylı kəndində yerləşir. Anar Əfəndiyevə məxsus olan və yeni yaradılan istixana 0,55 hektar ərazini əhatə edir. Təsərrüfat rəhbəri qeyd edib ki, yeni yaradılan istixanada pomidor yetişdirilməsi nəzərdə tutulub.
Yeni yaradılan Ağsu aqroparkında il ərzində 4 milyon litr süd istehsalı nəzərdə tutulur
Ağsu rayonunun Ərəbsarvan bələdiyyəsi ərazisində ümumi sahəsi 1000 hektar olan aqropark salınır. Rayon icra hakimiyyətindən KİV-ə bildirilib ki, “Ağsu Aqropark” QSC-yə məxsus aqroparkın ərazisinin 500 hektarında pilot suvarma sistemi qurulub. Hündürlüyü 4,5 metr olan bu qurğu yüksək həcmdə suvermə qabiliyyətinə malikdir. Pilot qurğu ilə suvarılan torpaqlarda əkiləcək qarğıdalı, arpa, yonca kimi yem bitkilərindən yüksək məhsul götürmək mümkün olacaq.
Aqroparkda 1000 başlıq südlük cins inək bəslənilməsi üçün 6 ədəd hər cür şəraiti olacaq tövlə tikilir. Burada il ərzində 4 milyon litr süd istehsalı nəzərdə tutulur. Habelə, yarıaçıq 4 ədəd tövlə də inşa olunur. Bu tövlələr kökəltmə istiqamətli 1000 baş cins heyvanın bəslənilməsi, ildə 600 ton ət istehsalı məqsədilə inşa edilir. Aqroparkın ərazisində iribuynuzlu mal-qaranın şirəli yemlə qidalandırılması üçün hər biri 1500 tonluq 6, hər biri 150 tonluq 10 silos quyusu tikilir. Burada istehsal gücü saatda 10 ton olan yem zavodu və istehsal gücü saatda 5 ton olan toxum fabriki də inşa olunur. Bundan başqa, ərazidə işçilər üçün ikimərtəbəli ofis və yeməkxana binası da tikilib. “Ağsu Aqropark” QSC-nin hesabında 40-a yaxın ən müasir maşın, traktor, kombayn, 100 vahiddən çox avadanlıqdan ibarət texnika parkı yaradılıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxHadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39

