2018-ci ildə Azərbaycanın regionlarında yeni qazlaşdırma layihələrinin icrası uğurla tamamlanıb
22.01.2019 [09:52]
Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 185 460-a çatıb
Son 15 ildə bütün ölkə üzrə intensiv şəkildə həyata keçirilən yüksək səviyyəli infrastruktur quruculuğu Azərbaycanın dinamik iqtisadi inkişafını və insanların həyat səviyyəsinin yüksəlməsini şərtləndirən çox mühüm amil qismində çıxış edir. Bəhs olunan dövrdə paytaxt Bakıda və bölgələrdə reallaşdırılan çoxsaylı layihələr sayəsində respublikamız infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri səviyyəsinə yüksəlib. Dövlət əsaslı vəsait qoyuluşu hesabına yaradılan müxtəlif təyinatlı infrastruktur obyektləri bundan sonra onilliklər boyu Azərbaycan xalqına və dövlətinə xidmət göstərəcək.
Son 15 ildə istifadəyə verilən generasiya obyektləri respublikamızda böyük iqtisadi və sosial önəm daşıyan infrastruktur quruculuğuna yaxşı nümunədir. 2004-cü ilə qədər Azərbaycanda 3900 meqavat gücündə cəmi 9 elektrik stansiyası mövcud idi. Son 15 ildə isə respublikamız 30 yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 2500 meqavat artırmağa nail olub. Hazırda respublikamız həm elektrik enerjisinə olan daxili tələbatını tam olaraq yerli istehsal hesabına ödəyir, həm də müəyyən həcmlərdə ixrac imkanlarımız yaranıb.
Azərbaycanda geniş vüsət alan və ölkəmizin müasir simasını səciyyələndirən yüksəksəviyyəli infrastruktur quruculuğu prosesini həmçinin bütün respublika üzrə avtomobil yollarının, yolayrıcıların, körpülərin inşasının və yenidən qurulmasının timsalında aydın şəkildə izləmək mümkündür. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, 2004-cü ildən bəri respublikamızda 15 min kilometr yol çəkilib, 443 körpü tikilib.
Ötən 15 ildə reallaşdırılan içməli su və kanalizasiya layihələri ölkənin bütün bölgələrini əhatə edib və nəticədə, respublika üzrə əhalinin yüksəkkeyfiyyətli su ilə təchizatında dönüş yaranıb. Əgər 2004-cü ildə ölkədə fasiləsiz içməli su ilə təminat 26 faiz səviyyəsində idisə, 2018-ci ildə bu göstərici 67 faizə çatdırılıb. Perspektivdə isə respublikada əhalinin su təchizatının daha yüksək səviyyəyə çatdırılması hədəflənib.
Respublikanın regionlarında hazırda istifadə olunan torpaqların su təminatının yaxşılaşdırılması və yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi üçün uğurla reallaşdırılan layihələrin statistikası da kifayət qədər zəngindir. Son 15 ildə ölkə üzrə 390 min hektar sahədə torpaqların su təminatı və 261 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılıb, 146 min hektar yeni suvarılan torpaqlar əkin dövriyyəsinə cəlb edilib.
Əlamətdar haldır ki, respublikamızda infrastruktur quruculuğu Prezident İlham Əliyevin siyasi iradəsi əsasında davamlı səciyyə daşıyır. Deyilənlər baxımından artıq tarixə dönən 2018-ci il də istisna təşkil etməyib.
Ölkə üzrə “mavi yanacaq” təminatının 95 faizə çatması böyük uğurdur
Bütün respublika boyu aparılan müasir infrastruktur quruculuğu həmçinin yaşayış məntəqələrinin qazlaşdırlmasında öz əksini tapıb. Son 15 ildə ölkə üzrə “mavi yanacaq” təminatında vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşması diqqətəlayiq haldır. Bəhs olunan dövrdə bütün ölkə boyu çoxlu sayda qazlaşdırma layihələri reallaşdırılıb. Nəticədə, regionların “mavi yanacaq” təminatı yaxşılaşıb, hətta əvvəllər heç vaxt qazlaşdırılmamış yaşayış məntəqələrinə də yeni boru kəmərləri çəkilib və hazırda sakinlərin evlərində “mavi yanacaq” alovlanır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində respublika üzrə qazlaşdırmanın səviyyəsinin 95 faizə çatmasından məmnunluğunu ifadə edərək deyib: “Söz verdiyimiz kimi, keçən il Azərbaycanda qazlaşdırmanın səviyyəsi 95 faizə çatıb və hesab edirəm ki, bu, ən yüksək göstəricidir. Dünyada nadir ölkələr tapılar ki, bu dərəcədə qazlaşdırma aparılsın. Hesab edirəm ki, bu proses bu il də davam etdirilməlidir. Hələ ki, bir çox kəndlərdə qaz yoxdur və o kəndlərin qazlaşdırılması gündəlikdə duran məsələdir”.
Qarşıya qoyulan məqsədə çatmaq üçün 2018-ci il ərzində ölkə üzrə yeni qazlaşdırma layihələrinin icrası uğurla davam etdirilib. Belə ki, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2018-ci ilin yanvar-dekabr ayları ərzində 3192,7 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 526,6 km qaz kəməri əsaslı təmir olunub. Ötən il aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Ağcabədi, Astara, Ağdaş, Ağsu, İsmayıllı, İmişli, Bərdə, Tərtər, Tovuz, Zərdab, Zaqatala, Kürdəmir, Qax, Quba, Qəbələ, Qobustan, Qusar, Şabran, Siyəzən, Şəmkir, Şamaxı, Şəki, Göyçay, Göygöl, Goranboy, Gədəbəy, Oğuz, Ucar, Xaçmaz, Beyləqan, Bərdə, Daşkəsən, Yevlax, Yardımlı, Lerik, Lənkəran, Sabirabad, Saatlı, Salyan, Neftçala, Cəlilabad və Masallı rayonları üzrə 150 yaşayış məntəqəsi, Ağdam, Ağcabədi və Sabirabad rayonlarında məcburi köçkünlərin məskunlaşdığı 4 qəsəbə təbii qazla təmin edilib.
2018-ci ildə regionlar üzrə 41 798 yeni abonent qeydiyyata alınıb
Artıq tarixə dönən 2018-ci il ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 92 313 yeni abonent qeydiyyata alınıb ki, bunun da 50 515-i Bakı, Abşeron və Sumqayıt, 41 798-i isə regionlar üzrədir. Yeni abonentlərin sayının artmasına abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması öz müsbət təsirini göstərib. Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər də yeni abonentlərin sayının artmasında mühüm rol oynayıb. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 185 460-a çatıb.
Müştəri məmnunluğunun artırılması da diqqət mərkəzində saxlanılır
Ölkədə “Azəriqaz” İB tərəfindən müştəri məmnunluğunun artırılması məqsədilə reallaşdırılan tədbirlər də təqdirəlayiqdir. İl ərzində birlik tərəfindən Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsi, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunması və bu məlumatlar əsasında istehlakçılara müvafiq xidmətlərin göstərilməsi təmin edilib. Bütövlükdə, 2018-ci il ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və “Səyyar ASAN” xidmətinə, bundan əlavə Bərdə, Sabirabad, İmişli, Masallı, Qəbələ, Quba, Mingəçevir, Şəki, həmçinin Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə 251 min 542 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin edilib.
Ötən il şimal rayonlarında daha 3 min 614 abonent “mavi yanacaq”dan istifadə etmək imkanı qazanıb
Prezident İlham Əliyevin yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tapşırıqlarına əsasən 2018-ci ildə şimal bölgəsindəki 5 rayonda 25 yaşayış məntəqəsi təbii qazla təmin olunub. Bu yaşayış məntəqələrində 3 min 614 abonent var.
Ötən il Xaçmaz rayonunda 18 kənd və qəsəbənin sakinləri üçün “mavi yanacaq”dan istifadə etmək imkanı yaradılıb. Xüsusilə rayonun Nabran-Yalama turizm zonasında yerləşən yaşayış məntəqələrinin qazlaşdırılması işlərinin tam yekunlaşdırılması yerli sakinlər və burada fəaliyyət göstərən sahibkarlar tərəfindən razılıqla qarşılanıb. Hazırda Nabran, Xanoba, Tel, Yaquboba, Səlimoba, Günəşli, Meşəli, Pərdiqıran, Vələmir, Aşağıoba, Aslanoba, Seyidli, Sahillər, Dalğalı, Şimali, Turist, Samurçay, Xuray, Çax-Çaxlı, Qaracik Zeyid, Şıxlı və Məcidoba, digər yaşayış məntəqələrində ümumilikdə 2 mindən çox abonent artıq təbii qazdan istifadə edir.
2018-ci ildə həmçinin Qubanın Ərməki, Güney məhəllə, Qusarın Piral, Cibir, Şabranın Sumağa qazmalar, Qorğan, Siyəzən rayonunun Qozağacı kəndlərində qazlaşdırma işləri başa çatdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında birpilləli tənzimləmə sistemi tətbiq edilib. Bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.
İstirahət zonasında yerləşən kəndlərin qazlaşdırılması ərazidəki meşələrin qorunması ilə yanaşı, sahibkarların qış aylarında turizm obyektlərinin qızdırılması xərclərini də xeyli azaldacaq. Nabran istirahət zonasında təbii qazın olmaması payız-qış mövsümündə istirahət mərkəzlərində əlavə çətinliklər yaradırdı. Turizm zonasındakı yaşayış məntəqələrinin qazlaşdırılması buradakı istirahət mərkəzlərinin yay mövsümü ilə yanaşı, qışda da fəaliyyət göstərməsinə imkan verir.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində fəaliyyətini davam etdirir. O cümlədən şimal bölgəsində hazırda Xaçmaz, Quba, Qusar və Şabran rayonlarının yaşayış məntəqələrinin “mavi yanacaq”la təmin olunması üçün tədbirlər görülür. Birlikdən verilən məlumata əsasən, 2019-cu ildə “Azəriqaz” İB tərəfindən şimal rayonlarında 19 yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulub. Bu il Xaçmazda 9, Qubada 4, Qusar və Şabran rayonlarının hər birində isə 3 kənd “mavi yanacaq”la təmin olunacaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49

