/ / Azərbaycanın regionlarında avtomobil yollarının tikintisi və yenidən qurulması mühüm iqtisadi və sosial əhəmiyyətə malikdir
Azərbaycanın regionlarında avtomobil yollarının tikintisi və yenidən qurulması mühüm iqtisadi və sosial əhəmiyyətə malikdir
07.02.2019 [09:26]
Bölgələrdə yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı layihələrin icrası uğurla davam etdirilir
Məlumdur ki, ölkəmizdə son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələrdə tarixi əhəmiyyətə malik olan möhtəşəm nailiyyətlər əldə olunub. Təbii ki, dinamik tərəqqi Azərbaycanın bölgələrini də əhatə edib, regionların sosial-iqtisadi inkişafı davamlı xarakter alıb. Respublikamızda regionların sosial-iqtisadi inkişafına dair əvvəlki iki Dövlət Proqramı kimi, 2014-2018-ci illəri əhatə edən sayca üçüncü proqramın da icrası yüksək səviyyədə təmin olunub və Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib. Dövlətimizin başçısı cari il yanvarın 29-da keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda ölkəmizin inkişafı baxımından üçüncü Dövlət Proqramını yüksək qiymətləndirib. Prezident İlham Əliyev deyib: “Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrası təmin edildi. Beş il bundan əvvəl qəbul edilmiş proqram artıqlaması ilə yerinə yetirildi. Son beş il ərzində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olundu. Üçüncü proqramın çox böyük əhəmiyyəti var. Bu proqram bizə imkan yaratdı ki, regionlarda əvvəlki illərdə aparılan islahatlara, görülən işlərə yeni təkan verək”.
O da qeyd edilməlidir ki, respublika boyu infrastruktur quruculuğu da geniş vüsət alıb, bu istiqamətdə səmərəli tədbirlər həyata keçirilib, mühüm nəticələr əldə olunub. Bu kontekstdə yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı irimiqyaslı layihələrin uğurla icra olunması xüsusi vurğulanmalıdır. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində ölkə miqyasında bəhs olunan istiqamətlərdə qarşıya qoyulan vəzifələr də müvəffəqiyyətlə icra edilib.
Yeri gəlmişkən, Prezident İlham Əliyev yanvarın 25-də “Kürdəmir rayonunun Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Karrar-Bağman-Böyük Kəngərli avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Qazax rayonunda isə uzunluğu 16 kilometr olan yerli əhəmiyyətli Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. Avtomobil yolu iki hissə üzrə yenidən qurulur. Layihəyə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 482-ci kilometrliyindən ayrılan və 11,5 kilometr uzunluğa malik Daş Salahlı yolu, həmçinin yerli əhəmiyyətli Qazax-Yuxarı Əskipara avtomobil yolunun 11 kilometrliyindən ayrılan və 4,5 kilometr uzunluğunda olan Ürkməzli-Dəmirçilər yolu daxildir. Yerli əhəmiyyətli Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu 4-cü texniki dərəcəli olmaqla uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyulmuş, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlib, asfalt-beton örtüklü hissələrdə çoxlu sayda torlar və çalalar yaranmışdır. Layihəyə uyğun olaraq həmin yolun 4,5 kilometrlik Ürkməzli-Dəmirçilər hissəsində təmir-tikinti işləri artıq yekunlaşıb. Bildirilib ki, yolboyu mövcud suötürücü borular istismara yaramadığı üçün yeni suötürücü boruların quraşdırılması və küvetlərin açılması tələb olunurdu. Bu səbəbdən yolboyu 4 ədəd 48 paqonmetr uzunluğunda 500 millimetrlik, 2 ədəd 24 paqonmetr uzunluğunda isə 1000 millimetr diametrində yeni dəmir-beton suötürücü borular quraşdırılıb. Bundan başqa, avtoqreyderlə 3500 paqonmetr küvetlərin açılması işləri də görülüb. Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun 11,5 kilometrlik Daş Salahlı hissəsinin yenidən qurulması işləri isə davam etdirilir. Analoji işlər burda da aparılır. Layihənin sonuncu mərhələsində 5 yerdə avtobus dayanacağı qoyulacaq, hərəkətin normal təşkili üçün 42 kilometr göstəricisi, 52 yol nişanı, 600 siqnal dirəyi quraşdırılacaq, 48 kilometr yol-cizgi və yolgöstərici xətləri çəkiləcək.
Bundan başqa, Tərtər-Hindarx avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir. III texniki dərəcəli Tərtər-Hindarx avtomobil yolunun 17-41-ci kilometrlik hissəsinin yenidən qurulması işləri ötən il ərzində yekunlaşdırılıb. Hazırda təmir-tikinti işləri yolun 0-17-ci kilometrlik hissəsində aparılır. Artıq bu hissənin 10 kilometrliyində torpaq işləri tam olaraq yekunlaşdırılıb, asfaltlanma işlərinə start verilib. Yol örtüyünün alt layı 7 santimetr, üst layı isə 5 santimetr qalınlıqda olan asfalt-beton qarışığı ilə salınması işləri davam etdirilir. Yenidənqurma işləri zamanı torpaq yatağının qaldırılması işləri görülüb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib ki, mövcud suötürücü borular sınmış və çökərək istismara yararsız vəziyyətdə olduğu üçün borular yeniləri ilə əvəz edilib, zəruri olan yerlərdə yeniləri qoyulub, həmçinin kommunikasiya xətlərinin keçirilməsi üçün də borular quraşdırılıb. Layihəyə uyğun olaraq yolboyu ümumilikdə diametri 500 və 700 millimetr olan 290 poqonmetr metal, diametri 1000 və 1200 millimetr olan 152 poqonmetr dəmir-beton suötürücü boruların quraşdırılması işləri aparılıb. Yenidənqurma işlərinin aparıldığı 17 kilometrlik hissənin təqribən 4 kilometri Tərtər şəhər ərazisinə düşür. Burada mövcud asfalt-beton örtük frez maşını ilə profilə salınıb. Layihəyə uyğun olaraq yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılacaq, əks-dolğu işləri aparılmaqla kipləşdiriləcək, daha sonra 25 santimetr hündürlükdə qum-qırmadaş qarışığından əsasın alt layının, 15 santimetr qalınlıqda optımal-çınqıl qarışığından əsasın üst layının təmiri işləri görüləcək. Bunun ardınca bitum səpilməklə iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Bu işlərə paralel olaraq sözügedən hissədə yeni piyada səkiləri inşa ediləcək. Bunun üçün yararsız beton səki daşları sökülüb, əvəzinə 4 min poqonmetrdən çox yeni səki daşının düzülməsi ilə piyada səkilərinin inşası işləri görüləcək. Ümumilikdə layihə çərçivəsində çiyin hissələrin 80 min kvadratmetr sahədə optimal-çınqıl materialı ilə bərkidilməsi və yol birləşmələrinin 4 min kvadratmetrdən çox sahədə təmiri işləri də aparılacaq, 12 avtobus dayanacağı inşa ediləcək. Yolboyu hərəkətin normal təşkili üçün 66 yol nişanı, 22 kilometr göstəricisi və 660 siqnal dirəyi quraşdırılacaq, 87 kilometr uzunluğunda yol-cizgi və yolgöstərici xətlər çəkiləcək.
Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 137-ci kilometrindən ayrılan və 26 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən III texniki dərəcəli Yuxarı Qarabağ Kanalı-Beyləqan-Daşburun avtomobil yolunun 15 kilometrlik hissəsinin yenidən qurulması isə yekunlaşır. Yol yaxın günlərdə vətəndaşların istifadəsinə veriləcək. Hazırda yolun sözügedən hissəsində yenidənqurma işləri davam etdirilir. Yolboyu müasir yol infrastrukturunun yaradılması istiqamətində əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. Avtomobil yolu III texniki dərəcəyə uyğun iki hissə üzrə yenidən qurulur. 1-ci hissə yolun 0-10 kilometrliyini, 2-ci hissə isə 10-15 kilometrliyini əhatə edir. Layihəyə uyğun olaraq 6700 kubmetr həcmdə yararsız asfalt beton örtüyü sökülüb, torpaq yatağının 40 min kubmetr həcmdə deformasiyaya uğramış hissələri ekskavatorla qazılaraq çıxarılıb. Qazılmış hissələrin yenidən bərpası və tələb olunan hissələrdə yolun torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılması üçün 68 min kubmetr həcmdə qrunt tökülərək yayılıb və kipləşdirilib, təbii karxana çınqılı materialından 38 min kubmetr torpaq yatağının tikintisi işləri aparılıb. Analoji işlər respublika əhəmiyyətli Yuxarı Qarabağ Kanalı-Beyləqan-Daşburun avtomobil yolunun Beyləqan şəhəri daxilindən keçən 5 kilometrlik hissəsində də aparılır. Yolun yenidən qurulması zamanı 86 min kvadratmetr sahədə mövcud asfalt-beton örtüyü frez maşını ilə profilə salınıb, 15 min kubmetr həcmdə yolun deformasiyaya uğramış hissələri qazılıb çıxarılıb, ardınca 35 min kvadratmetr sahədə ümumi hündürlüyü 45 santimetr olan karxana çınqılı və optimal-çınqıl qarışığından əsasın alt və üst layının tikintisi işləri görülüb. AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli diqqətə çatdırıb ki, layihə çərçivəsində yolun 1,7 və 14-cü kilometrliklərində yerləşən 48, 21, 22,5 və 19 metr uzunluqlara malik 4 mövcud körpünün də təmir işləri aparılır. Artıq yolun 1-ci və 7-ci kilometrində yerləşən 48 və 21 metr uzunluğa malik iki körpüdə yeni körpü məhəccərləri quraşdırılıb, köhnə dəmir-beton gediş tavası və təkərqaytaranlar sökülərək monolit dəmir betonla yeniləri inşa edilib və asfaltlanma işləri aparılıb. Avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində ümumi uzunluğu 5,3 kilometr olan daha 2 yolu əsaslı şəkildə bərpa olunacaq. Söhbət Şəfəq qəsəbəsinin daxilindən keçən 3 kilometrlik və ziyarətgaha gedən 2,3 kilometrlik yoldan gedir. Bundan başqa, mövcud yararsız suötürücü borular yenisi ilə əvəz ediləcək, kommunikasiya xətləri üçün ehtiyat borular quraşdırılacaq. Layihənin sonuncu mərhələsində 3 yerdə avtobus dayanacağı quraşdırılacaq, hərəkətin normal təşkili üçün 73 kilometr uzunluğunda yol-cizgi və yolgöstərici xətlər çəkiləcək, 68 yol nişanı, 10 kilometr göstəricisi və 500 siqnal dirəyi quraşdırılacaq.
Bütövlükdə, Azərbaycanın regionlarında avtomobil yollarının tikintisi və yenidən qurulması ilə bağlı işlər ardıcıl xarakter daşıyır və uğurla davam etdirilir. Təbii ki, bölgələrdə yüksək keyfiyyətli yeni yollar salınması, avtomobil yollarının tikintisi və yenidən qurulması mühüm iqtisadi və sosial əhəmiyyətə malikdir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxHadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25

