/ / Ötən il respublikamızın cənub bölgəsində sosial-iqtisadi inkişaf baxımından ciddi uğurlar əldə olunub
Ötən il respublikamızın cənub bölgəsində sosial-iqtisadi inkişaf baxımından ciddi uğurlar əldə olunub
21.02.2019 [09:45]
Bölgəyə daxil olan rayonlarda 2018-ci il ərzində əldə edilən nəticələr də deyilənləri təsdiqləyir
(əvvəli ötən sayımızda)
Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 13 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi üçün, Fövqəladə Hallar Nazirliyi tərəfindən isə təbii fəlakət nəticəsində evləri qəza vəziyyətinə düşmüş 30 nəfər rayon sakini üçün fərdi yaşayış evlərinin tikintisi davam etdirilir. Hesabat ilində Bayraq Muzeyində, 16,5 meqavat gücündə modul tipli elektrik stansiyasında, eləcə də Lerik şəhərinə içməli suyun verilməsi və kanalizasiya sisteminin qurulması layihəsi üzrə tikinti işləri başa çatdırılıb, iki subartezian quyusu qazılaraq istifadəyə verilib. Bu dövrdə rayon əhalisini dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə yeni transformatorlar quraşdırılıb, kənddaxili xətlər yeni kabellərlə əvəzlənib, 04/10 kilovoltluq elektrik hava xətləri əsaslı təmir olunub.
Ötən il Lerikdə kənd təsərrüfatı sahəsində də bir sıra uğurlar qazanılıb. Rayonda 60 hektardan çox ərazidə fındıq bağları salınıb, 27 hektarda tütün əkilib. Taxıl, tərəvəz, meyvə və digər kənd təsərrüfatı məhsullarının istehsalı artıb.
Qosmalıan kəndində soyuducu anbarın tikintisində işlər davam etdirilib, şəhərdə müasir standartlara uyğun yeni ticarət mərkəzləri tikilib istifadəyə verilib.
“Relax” turizm istirahət mərkəzində dəyəri 1,5 milyon manat olan yeni hotellərin və digər yardımçı binaların tikintisində işlər sürətlə davam etdirilir.
Məruzə ətrafında çıxış edənlər ötən il Lerik rayonunda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan danışaraq, mövcud problemlərlə bağlı təkliflərini səsləndiriblər.
2018-ci ildə Masallı rayonunda isə ümumi məhsul istehsalı və əhaliyə göstərilən xidmətlərin həcmi 1,2 faiz artaraq 842,2 milyon manat təşkil edib. Bu dövrdə sənaye məhsullarının həcmi 1,6 faiz artaraq 56,2 milyon manata, kənd təsərrüfatı məhsullarının həcmi 16,1 faiz artaraq 161,8 milyon manata, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 0,7 faiz artaraq 86,1 milyon manata çatıb. Bu barədə fevralın 12-də Masallı rayon İcra Hakimiyyətində keçirilən 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında məlumat verilib. Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, 2018-ci il rayonda sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olub. Qeyd olunub ki, sentyabrın 18-də Prezident İlham Əliyevin Masallıya növbəti səfəri ötən il rayonun ictimai-siyasi həyatında ən əlamətdar hadisə kimi yadda qalıb. Həmin səfər zamanı dövlətimizin başçısı bir sıra sosial obyektlərin açılışında iştirak edib, ictimaiyyət nümayəndələri ilə görüşüb.
Vurğulanıb ki, ötən il Masallı Sənaye Məhəlləsi, “Masallı nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətinin çəltik emalı müəssisəsi və əsaslı şəkildə yenidən qurulan, 32 min nəfərin yaşadığı 22 yaşayış məntəqəsini birləşdirən Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Eminli-Məmmədxanlı avtomobil yolu istifadəyə verilib, Viləş çayının şəhər ərazisindən keçən hissəsində yeni salınan Park-Bulvar Kompleksində tikinti işləri davam etdirilib.
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq Xallıcallı kəndində 96, Təkdam kəndində 80 şagird yerlik modul tipli məktəb binalarının tikintisi başa çatdırılıb, Gəyəçöl, Şıxlar və Bala Təklə kəndlərində isə məktəb binalarının tikintisi davam etdirilir. Bu dövrdə rayonun 23 səhiyyə müəssisəsi yenidən qurulub, o cümlədən hər biri 15 çarpayılıq olan Boradigah qəsəbə və Kalinovka kənd sahə xəstəxanaları əsaslı təmir edilib, 19 həkim və tibb məntəqəsi, 240 çarpayılıq rayon mərkəzi xəstəxanası əsaslı təmir olunaraq istifadəyə verilib.
Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə də başlanılıb. Bu məqsədlə Viləşçay Su Anbarında sutəmizləyici qurğu, eləcə də 5000 kubmetr həcmində su anbarı və Musaküçə kəndi ərazisində çirkab sutəmizləyici qurğu inşa edilib. Hazırda şəhər ərazisi, Kosakül yaşayış məntəqəsi, Ərkivan qəsəbəsinin bir hissəsi də daxil olmaqla 9145 su sayğacı quraşdırılıb, Muğan zonasında yerləşən kəndlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə işlərə başlanılıb.
Bildirilib ki, Dövlət Proqramı çərçivəsində 460 abonent olan Güllütəpə və 324 abonent olan Tatyan kəndlərinə təbii qaz xətləri çəkilib.
Məruzədə qeyd edilib ki, 2018-ci ildə rayonda aqrar sahənin inkişaf etdirilməsi istiqamətində bir çox işlər görülüb. Rayonda ixtisaslaşmanın aparılması, region üçün ənənəvi olan əkin sahələrin genişləndirilməsi və aqrar sahədə kooperasiyaların yaradılması istiqamətində tədbirlər davam etdirilib. Hazırda rayonun ayrı-ayrı əraziləri üzrə 21 hektar üzüm, 17 hektar feyxoa və 29 hektar sahədə müxtəlif növ meyvə bağları mövcuddur. Sığdaş kəndi ərazisində 0,5 hektarda yeni sitrus (naringi) bağları, Köhnə Alvadı kəndi ərazisində 1 hektar mandarin və Güllütəpə ərazisində isə 3,2 hektar yeni fındıq bağları salınıb. Kolatan inzibati ərazisinə aid Sığaçola massivində “Azərsun-Holdinq” tərəfindən yeni salınan çay sahələri 100 hektara çatdırılıb.
Məruzə ətrafında çıxış edənlər ötən il rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan söhbət açaraq, mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.
Cəlilabad rayonunda da ötən ilin nəticələri uğurludur. Cəlilabad rayonu İcra Hakimiyyətinin geniş şura iclasında 2018-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələr müzakirə edilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, rayonda istehsal olunmuş kənd təsərrüfatı və sənaye məhsullarının sərgisi ilə tanış olublar.
İclasda hesabat məruzəsi ilə çıxış edən İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov bildirib ki, ötən il Cəlilabad rayonu üçün də uğurlu olub, ümumi məhsul buraxılışının həcmi 85 faiz artıb. Rayonda 267 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bunun 131 milyon manatı və ya 49,2 faizi bitkiçiliyin, 134 milyon 935 min manatı və ya 50,8 faizi heyvandarlığın payına düşür.
Rayon üzrə 147,5 min ton buğda, 7,1 min ton arpa, 5,9 min ton vələmir istehsal edilib. Bu dövrdə həmçinin 16,1 min ton noxud, 768 ton mərci, 359 ton günəbaxan, 2,1 min ton qarğıdalı, 8,6 min ton meyvə, 4,3 min ton şəkər çuğunduru, 16,9 min ton üzüm, 7,5 min ton tərəvəz və 612 ton bostan məhsulları tədarük olunub. Əkin strukturunda ikinci yeri tutan kartof sahələri genişləndirilərək 5000 hektara çatdırılıb. Sahələrdən 110,6 min ton kartof istehsal edilib. Bunun 80 faizi xarici ölkələrə ixrac olunub. Ötən il Cəlilabadda 505 hektar sahədə əkilən pambığın hər hektarından 28 sentner məhsul götürülərək 1446 ton pambıq istehsal edilib. Bu, respublika üzrə ən yüksək rəqəmdir.
Bu dövrdə rayonda baramaçılığın inkişafı məqsədilə Çin Xalq Respublikasından gətirilmiş 5000, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 6000 ədəd tut tingi əkilib. İl ərzində kümçülər 1172 kiloqram yaş barama istehsal edərək qəbul məntəqəsinə təhvil veriblər.
Diqqətə çatdırılıb ki, ötən il rayonda sosial məsələlərin həllinə diqqət artırılıb. Cəlilabad şəhərində ümumi sahəsi 18740 kvadratmetr olan 25 çoxmənzilli binanın dam örtüyü dəyişdirilib, Heydər Əliyev Seyrəngahı, Heydər Əliyev Parkı, 2 və 5 saylı körpələr evi-uşaq bağçaları, Qurtuluş küçəsindəki hasarlar və piyada yolları, Heydər Əliyev prospektində və Qurtuluş küçəsində 500-dən artıq işıq dirəyi əsaslı təmir olunub.
Cəlilabad şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulması başa çatdırıldıqdan sonra həmin proses zamanı dağılmış küçələrin bərpasına başlanılıb və qısa müddətdə 14,5 kilometr asfalt döşənib. Bundan başqa, 9,7 kilometrlik Cəlilabad-Uzuntəpə yolu yenidən qurulub. Prezident İlham Əliyevin sərəncamlarına əsasən 35 kilometrlik Maşlıq-Muğan-Kazımabad-Göytəpə-Privolnoye-Ağdaş-Soyuqbulaq avtomobil yolu çəkilib, Cəlilabad şəhər 8 saylı körpələr evi-uşaq bağçası üçün 100 yerlik yeni bina tikilib, Cəlilabad şəhərində 8 çoxmənzilli binanın dam örtüyünün təmirinə başlanılıb. Yaxın günlərdə Cəlilabad şəhərinin digər küçələrinə asfalt döşənəcək, Uzuntəpə kəndində xalça istehsalı emalatxanası tikiləcək.
Ötən il rayonda 8046 iş yeri açılıb ki, bunun da 756-sı daimi iş yeridir.
Qeyd olunub ki, rayonun 5 kəndində modul tipli məktəb binasının inşası başa çatdırılıb. Cəlilabad şəhərinin yeni massivində 624 şagird yerlik tam orta, 10 kənddə isə modul tipli məktəb binalarının tikilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Yardımlı rayonunda da 2018-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov dövlətimizin uğurlu inkişafından, o cümlədən Yardımlı rayonunda həyata keçirilən infrastruktur layihələrin icrası, eləcə də qazanılmış nailiyyətlərdən, ötən hesabat dövründə sahibkarlıq və kənd təsərrüfatının inkişafı, tikinti-abadlıq-quruculuq işləri, yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması və ya təmiri, əhalinin içməli su ilə təmini, kommunal yaşayış binalarının təmiri və həyətyanı sahələrin abadlaşdırılması, əhalinin sosial rifah halının daha da yaxşılaşması və digər infrastruktur layihələrinin icrasının həyata keçirilməsindən geniş məruzə ilə çıxış edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

