Ötən il Şirvan bölgəsi üçün də uğurlarla yadda qalıb
28.02.2019 [16:42]
2018-ci il ərzində bölgəyə daxil olan rayonlarda iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, qazanılan nailiyyətlər də bunu bir daha təsdiqləyir
Azərbaycanda uğurla reallaşdırılan sosial-iqtisadi siyasət ölkəmizin hərtərəfli inkişafını təmin edib. Bu inkişafda isə 2004-cü ildən etibarən reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının xüsusi payı var. Çünki məhz bu proqramlar çərçivəsində atılan addımlar respublikanın bölgələrinin ümumi inkişaf dinamikasını təmin edib. Eyni zamanda, onu da vurğulamaq yerinə düşər ki, respublikamızda regionların sosial-iqtisadi inkişafına dair əvvəlki iki Dövlət Proqramı kimi, 2014-2018-ci illəri əhatə edən sayca üçüncü proqramın icrası da yüksək səviyyədə təmin olunub. Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla isə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib. Yeri gəlmişkən, dövlət başçısı cari il yanvarın 29-da keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı nitqində ölkəmizin inkişafı baxımından üçüncü Dövlət Proqramını yüksək qiymətləndirib: “Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrası təmin edildi. Beş il bundan əvvəl qəbul edilmiş proqram artıqlaması ilə yerinə yetirildi. Son beş il ərzində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olundu. Üçüncü proqramın çox böyük əhəmiyyəti var. Bu proqram bizə imkan yaratdı ki, regionlarda əvvəlki illərdə aparılan islahatlara, görülən işlərə yeni təkan verək”.
Beləliklə, görünən odur ki, Azərbaycanda 2004-cü ildən etibarən böyük uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları respublikanın bölgələrinin ümumi inkişaf dinamikasını artırmaqla yanaşı, hər bir rayonda əldə edilən uğurlarla müşayiət olunub. Və 2018-ci ildə də davam edən bu uğurlardan ölkəmizin Şirvan bölgəsinə daxil olan Ağsu, İsmayıllı və Qobustan rayonlarına da pay düşüb.
Bir müddət öncə Ağsuda keçirilən hesabat yığıncağında da bəyan edildiyi kimi 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları bu rayon üçün də uğurlarla yadda qalıb. Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev bildirib ki, ötən il iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, uğurlar qazanılması ilə yadda qalıb. Vurğulanıb ki, 2018-ci ildə rayonda tikinti-quruculuq və abadlıq işləri genişlənib, sənaye məhsullarının həcmi artıb. 2018-ci ildə 7,6 milyon manatlıq sənaye məhsulları istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 14,2 faiz çoxdur. Ötən il Cənubi Qafqaz regionunda ən iri müəssisələrdən olan “Az-Granata” MMC-nin şirə və şərab emalı zavodunda şərabsüzmə sexi və saxlanma anbarının inşası başa çatdırılıb.
Hesabat dövründə rayonun Ərəbsarvan kəndində ümumi ərazisi 1251 hektar olan “Ağsu Aqropark” yaradılıb. Aqroparkda 500 hektar sahədə pivot suvarma sistemi qurulub. Müasir maşın və avadanlıqlardan ibarət nəqliyyat və texnika parkı yaradılıb. Aqroparkda yem zavodu və toxum fabriki tikilib. Hazırda ətlik və südlük istiqamətli 2000 başlıq heyvandarlıq kompleksinin inşası davam etdirilir. İstifadəyə verildikdən sonra aqroparkda 200 nəfər işçi çalışacaq.
Ötən il ərzində həmçinin Ağsu şəhərində küçələrə 6,5 kilometr asfalt örtük salınıb, iki yaşayış binasının dam örtüyü dəyişdirilib, mədəniyyət sarayı yenidən qurulub. Uşaq bağçasının, taxıl məhsullarının saxlanılması və yem istehsalı terminalının, Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisində son tamamlama işləri aparılır. Habelə, bayraq kompleksinin və gənclər informasiya mərkəzinin inşası, Dilman-Xatman-Hacman-Kalva-Suraxanı kəndlərini birləşdirən 15 kilometrlik avtomobil yolunun inşası davam etdirilir.
Məruzə və çıxışlarda rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatında görülən işlər də geniş təhlil olunub. Heyvandarlıqda, barama istehsalında əvvəlki illə müqayisədə xeyli artım olduğu, lakin pambıq istehsalında mövcud imkanlardan heç də səmərəli istifadə edilmədiyi diqqətə çatdırılıb.
Hesabat yığıncağında yol infrastrukturunun yaxşılaşdırılması, yaşayış məntəqələrinin qazlaşdırılması, fasiləsiz elektrik enerjisi, su təchizatı ilə əlaqədar reallaşdırılan layihələrdən də danışılıb, təhsil və səhiyyə sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar görülən, habelə görüləsi işlərdən bəhs olunub.
Şirvan bölgəsinə daxil olan Qobustan rayonunda isə keçən il ümumi məhsul buraxılışının həcmi inişilki ilə müqayisədə 8,2 faiz artaraq 178 milyon 669,2 min manat olub. Ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 97,9 faiz təşkil edir. Hesabat ilində 317-si daimi olmaqla, 2839 yeni iş yeri açılıb. Bu məlumatlar Qobustanda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında səsləndirilib. Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədovun hesabat məruzəsində bildirilib ki, ötən il məhsul buraxılışının 43 faizi aqrar sektorun payına düşür. Hesabat ilində Qobustanda 70 min 236 ton taxıl istehsal olunub ki, bu da rayon tarixində ən yüksək göstəricidir. İstehsal inişilki ilə müqayisədə 17 min ton və ya 31,8 faiz artıb. Vurğulanıb ki, ötən payızda rayonda əkinəyararlı 35815 hektar torpaq sahəsinin 31183 hektarında mühüm strateji məhsul olan taxıl əkilib.
Məruzə və çıxışlarda aqrar sektorun aparıcı sahələrindən olan heyvandarlıqda qazanılan uğurlardan, mal-qaranın cins tərkibinin süni mayalandırma yolu ilə yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs olunub. Habelə, əhalinin normal və fasiləsiz elektrik enerjisi, təbii qazla təmin olunması ilə bağlı xeyli işlərin görüldüyü, əhalinin 96 faizinin “mavi yanacaq”la tam təmin edildiyi bildirilib. Su təchizatı, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən də söz açılıb.
Hesabat yığıncağında cari ildə rayon iqtisadiyyatının dinamik inkişafı, sosialyönümlü layihələrin reallaşdırılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində görüləcək işlərdən, qarşıda duran vəzifələrdən də ətraflı danışılıb.
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının yekun ili olan 2018-ci il İsmayıllı rayonu üçün də uğurlu olub. Belə ki, rayonda faktiki qiymətlərlə 257 milyon 554 min manat məbləğində ümumi məhsul istehsal olunub ki, bu da inişilki ilə müqayisədə 19 milyon 248 min manat çoxdur. Əsas kapitala 91 milyon 714 min manat və ya əvvəlki ildəkindən 6,7 faiz çox investisiya qoyulub. 2018-ci ildə rayonda 1095 yeni iş yeri açılıb ki, bunun da 815-i daimidir. Bu məlumatlar rayonda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr edilən hesabat yığıncağında səsləndirilib. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov məruzəsində 2018-ci ilin İsmayıllı rayonu üçün yaddaqalan hadisələrlə zəngin olduğunu bildirib. Vurğulayıb ki, keçən il avqustun 25-26-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın İsmayıllıya tarixi səfərləri, bölgənin sosial-iqtisadi inkişafına təkan verən bir sıra istehsal, infrastruktur və sosial layihələrin açılışında iştirak etmələri sakinlər tərəfindən böyük razılıqla qarşılanıb. Dövlətimizin başçısı və birinci xanım Keyvəndi kəndinin ərazisində “AZZA AGRO” MMC-nin layihəsi olan müasir heyvandarlıq kompleksinin, “Azərxalça” ASC-nin İsmayıllı filialının, İsmayıllı şəhərində yenidənqurmadan sonra istifadəyə verilən 110/35/10 kilovoltluq yarımstansiyanın, Kürdmaşı kəndi ərazisində “Buta Qrup” MMC tərəfindən yaradılan aqroparkın, Kürdmaşı-Kəlbənd-Girk, Keyvəndi-Bəhliyan və Dəmirçi-Lahıc avtomobil yollarının, Lahıc qəsəbəsində yeni inşa olunan 400 şagird yerlik tam orta məktəb binasının açılışında və qəsəbəyə təbii qazın verilməsi mərasimində iştirak ediblər.
Hesabat məruzəsində, eləcə də çıxışlarda rayonda sənayenin inkişafı istiqamətində ardıcıl tədbirlər görüldüyü diqqətə çatdırılıb. Qeyd olunub ki, son illərdə velosiped istehsalı zavodunun, İsmayıllı tikiş fabrikinin, dam örtükləri istehsalı müəssisəsinin, Göyçay çayı üzərində su elektrik stansiyalarının, “Azərxalça” ASC-nin İsmayıllı filialının, özəl sektor tərəfindən kiçik emal müəssisələrinin istifadəyə verilməsi nəticəsində keçən il 9 milyon 141 min manatlıq sənaye məhsulu istehsal edilib. Bu isə əvvəlki illə müqayisədə 2 milyon 252 min manat çoxdur.
Bildirilib ki, rayonda iqtisadiyyatın əsasını aqrar sahə təşkil edir və ümumi məhsul istehsalının 37 faizdən çoxu bu sahənin payına düşüb. Keçən il dənli və dənli paxlalı bitkilər əkilən 30015,5 hektar sahədən 104 min 796 ton məhsul istehsal edilib, dəmyə şəraitdə məhsuldarlıq 34,8 sentner olub ki, bu da respublika üzrə yüksək göstəricidir. Hesabat ilində 22 hektar tütün sahəsindən 41,7 ton qurudulmuş tütün istehsal olunub. Bu göstərici inişilkindən 14,6 ton çoxdur. Habelə, 885 hektardan əvvəlki ildəkindən 72 ton çox olmaqla 10415 ton kartof, eləcə də 1013 hektar üzüm bağından 4127 ton, 851 ton meyvə bağından 8818 ton və digər məhsullar istehsal olunub. Keçən il 977,3 hektarda yeni fındıq bağı, 104,3 hektarda intensiv meyvə bağı, 22,8 hektarda filloksera zərərvericisinə davamlı yeni üzüm bağı salınıb.
Kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıqda da uğurlu nəticələr qazanılıb.
Hesabat yığıncağında habelə yol infrastrukturunun yaxşılaşdırılması, yaşayış məntəqələrinin qazlaşdırılması, su təchizatı ilə əlaqədar həyata keçirilən layihələrdən, təhsildə qazanılan uğurlardan və qarşıda duran konkret vəzifələrdən də danışılıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38

