/ / Azərbaycanın regionlarında əhalinin su təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır
Azərbaycanın regionlarında əhalinin su təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır
23.04.2019 [09:12]
İndiyədək bölgələrdə rayon mərkəzləri ilə yanaşı 1050 kənd və qəsəbənin içməli su problemi öz həllini tapıb
(əvvəli ötən sayımızda)
Ehtiyatları daxili mənbələr hesabına formalaşan Şəmkirçay su anbarı strateji əhəmiyyətli obyektdir. Ümumi su tutumu 165 milyon kubmetr olan anbarın potensial ehtiyatı dayanıqlı içməli su təchizatı baxımından mühüm əhəmiyyət daşıyır. Üstəlik burada toplanan yerüstü suların təbii durulmadan keçməsi suyun emalını asanlaşdırır. Bütün bunlar nəzərə alınaraq “Azərsu” ASC-nin sifarişi ilə su anbarının yaxınlığında məhsuldarlığı sutkada 140 min və ya saniyədə 1,6 kubmetr olan sutəmizləyici qurğu tikilir. Kompleksdə hər birinin tutumu 2500 kubmetr olan 3 ədəd su anbarı, anbarların idarəetmə otağı, xlorator qurğusu, elektrik yarımstansiyası inşa edilib, ehtiyat generator alınaraq ərazidə quraşdırılıb. Hazırda qurğuda emal avadanlıqlarının quraşdırılması işləri aparılır.
Qurğunun su təminatı Şəmkirçay su anbarından ayrılan suvarma kanalı hesabına aparılacaq və artıq kanaldan suyun götürülməsi üçün daşıyıcı xətlər tikilib. Buradan götürülən su qum süzgəclərində təmizləndikdən sonra anbarlara ötürüləcək. Anbarlara daxil olan və çıxan suyun miqdarı və təzyiqi, anbarlarda suyun həcmi, siyirtmələrin iş rejimi və işçi vəziyyəti, eləcə də suyun bulanıqlıq səviyyəsi və qalıq xlorun miqdarı onlayn rejimdə tənzimlənəcək. Bütün bu proseslərə SCADA sistemi vasitəsilə nəzarət olunacaq.
Regionlarda tikilən ən böyük içməli sutəmizləyici qurğunun bu ilin birinci yarısında istismara verilməsi nəzərdə tutulur. Müasir texnologiya əsasında tikilən yeni qurğu Gəncə, Şəmkir, Samux şəhərləri və ətraf kəndlərdə 300 mindən artıq insanı keyfiyyətli və fasiləsiz içməli su ilə təmin edəcək.
Şəmkirçay sutəmizləyici qurğusu istismara verildikdən sonra bu mənbədən Gəncə şəhərinə saniyədə 1141 litr, Şəmkir şəhərinə 187 litr, Samux şəhərinə 85 litr, kəndlərə isə 50 litr içməli su veriləcək. Şəmkirçay sutəmizləyici qurğusundan Gəncə şəhərinə suyun verilməsini təmin etmək üçün uzunluğu 27,5 km olan magistral su kəmərinin tikintisi artıq yekunlaşıb, bu kəmərdən Samux şəhəri və rayonun bəzi kəndlərinə, eləcə də Göygöl rayonunun bir sıra kəndlərinin su təchizatını yaxşılaşdırmaq məqsədilə çıxışlar verilib. Bununla yanaşı, qurğudan Şəmkir şəhərinədək 16,5 kilometr uzunluğunda magistral su kəməri tikilərək şəhər şəbəkəsinə birləşdirilib.
Qazax şəhərinin su və kanalizasiya şəbəkəsi yenidən qurulacaq
Yaxın vaxtlarda “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərində içməli su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması üzrə tikinti işlərinə start veriləcək. Bu münasibətlə Qazax rayon İcra Hakimiyyətində layihənin təqdimat mərasimi keçirilib. Rayon ictimaiyyətinin, “Azərsu” ASC-nin, məsləhətçi və podratçı təşkilatların nümayəndələrinin iştirak etdiyi təqdimatda layihənin məqsədi, faydası, tikinti-quraşdırma işlərinin icra qrafiki, ekoloji əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Tədbirdə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bölgələrin inkişafını təmin edən uğurlu islahatlardan, dövlət proqramlarından danışıb. O, cəbhə bölgəsində yerləşən Qazax rayonunda su və kanalizasiya layihəsinin icrasına başlanmasını əhalinin sosial problemlərinin həllinə göstərilən yüksək diqqət kimi dəyərləndirib.
“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov əhalinin içməli su və kanalizasiya xidmətləri ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, Prezident İlham Əliyev şəhər və rayon mərkəzlərinin, həmçinin kəndlərin içməli su təchizatının yaxşılaşdırılmasını daim diqqətdə saxlayır. Qazaxda icra olunacaq yeni layihə bu sahədə görülən işlərin davamıdır.
Layihə və podrat təşkilatlarının nümayəndələri tikinti-quraşdırma işlərinin vaxtında və keyfiyyətli icrası üçün bütün lazımi tədbirlərin görüləcəyini bildiriblər.
Sonra Qazax şəhərinin su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin tikintisi layihəsinin təqdimatı olub. Təqdimatda bildirilib ki, Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı” çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Qazax şəhərində 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Bu layihə çərçivəsində gələcəkdə Qazax rayonunun Ağköynək, Qarapapaq, Hüseynbəyli və Ağstafa rayonunun Dağ Kəsəmən kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə bu layihədən 45 min sakin faydalanacaq.
Qazax şəhərində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 6,4 km magistral su kəməri, ümumi tutumu 10 min kubmetr olan 2 ədəd su anbarı, 106,4 km paylayıcı su şəbəkəsi inşa ediləcək. Paralel şəkildə şəhərin kanalizasiya infrastrukturu da yenidən qurulacaq. Şəhər ərazisində 82,3 km uzunluğunda kanalizasiya şəbəkəsi yaradılacaq və 4,4 km kanalizasiya kollektoru tikiləcək. Ümumilikdə şəhərdə 5870 ünvan su və kanalizasiya şəbəkələrinə qoşulacaq və sayğaclar quraşdırılacaq. İçməli su və kanalizasiya şəbəkələrinin tikintisinin 2020-ci ilin sonunda başa çatdırılması planlaşdırılır.
Şəhərdə həmçinin yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə gələcəkdə məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğu da tikiləcək. Qeyd edək ki, Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən layihə Qazax şəhəri ilə yanaşı, Tərtər, Gədəbəy, Daşkəsən və Astara şəhərlərini də əhatə edir. İndiyədək Tərtər, Gədəbəy və Daşkəsən şəhərlərində içməli su və kanalizasiya, Astara şəhərində isə içməli su şəbəkələrinin tikintisi başa çatıb.
2019-cu ildə 10-dan çox şəhərdə tullantı su təmizləyici qurğuların tikintisinə başlanılması nəzərdə tutulur
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov KİV-ə müsahibəsində perspektivdə görüləcək işlər barəsində də söhbət açıb. Qurumun 2019-cu il üçün planları kifayət qədər genişdir. Artıq 2018-ci ilin sonlarında cari ilin əsas prioritetləri müəyyənləşdirilib və ilin əvvəlindən nəzərdə tutulan işlərin icrasına başlanılıb.
Yuxarıda vurğulandığı kimi, bu ilin birinci yarısında regionlarda tikilən ən böyük sutəmizləyici qurğu - Şəmkirçay sutəmizləyici qurğular kompleksi istismara veriləcək. Cari ildə həmçinin Ağdaş, Qəbələ, Qax şəhərlərində su və kanalizasiya, Xırdalan və Şəmkir şəhərlərində isə su şəbəkələrinin tikintisi yekunlaşacaq. Eyni zamanda, Daşkəsən, Göyçay və Qəbələ şəhərlərində layihələrin son komponenti olan tullantı su təmizləyici qurğuların inşası tam başa çatacaq. Bununla yanaşı, Pirşağı qəsəbəsinin yaxınlığında Xəzər dənizinin sahilində tikilən müasir tullantı su təmizləyici qurğu da ilin sonuna qədər tikilib təhvil veriləcək. Eyni zamanda, 2019-cu ildə 10-dan çox şəhərdə tullantı su təmizləyici qurğuların tikintisinə başlanılması nəzərdə tutulur.
Qurum rəsmisinin bildirdiyinə görə, cari ildə büdcə vəsaiti hesabına Horadiz şəhərində yeni layihələrin icrasına başlanılacaq. Bu il içməli sudan əziyyət çəkən kəndlərdə layihələrin, binadaxili kommunikasiya xətlərinin yenilənməsi və sayğaclaşma işlərinin davam etdirilməsi nəzərdə tutulur. Regional idarələrin və laboratoriyaların yaradılması işləri tam başa çatdırılacaq.
Cari ildə Abşeron yarımadasında da işlər davam etdiriləcək. O cümlədən bir sıra Bakıətrafı kənd və qəsəbələrdə mərkəzləşdirilmiş su təchizatı infrastrukturlarının yaradılması işləri reallaşdırılacaq. Artıq Binəqədi rayonunun Binəqədi qəsəbəsi və Sulutəpə adlanan yaşayış massivində işlərə başlanılıb, Xəzər rayonunun qəsəbələrində tikintiyə hazılıq işləri görülür.
“2019-cu ildə müştəri xidmətləri sahəsində də ciddi işlər aparılacaq. Abonentlərin bu xidmətlərdən maksimum istifadə etməsi üçün başladığımız tədbirlərin icrası davam etdiriləcək”, - deyə Q.Hüseynov vurğulayıb.
Yeri gəlmişkən, Prezident İlham Əliyev ölkə ərazisində su layihələrinin icrası ilə bağlı yeni sərəncamlar imzalayıb. Dövlət başçısının cari il aprelin 10-da imzaladığı “Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncama əsasən Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.7.7-ci yarımbəndində göstərilmiş məbləğin 25 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb. 2019-cu il 11 aprel tarixində isə Prezident İlham Əliyev “Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənədə əsasən, Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.7.7-ci yarımbəndində göstərilmiş məbləğin 7 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

