Regionlarda pambıq sahələrindən bol məhsul toplanacağı gözlənilir
18.09.2019 [09:08]
Bu il 104,9 min hektar sahədə pambıq əkini aparılıb və ümumi məhsuldarlığın daha yüksək olması proqnozlaşdırılır
(əvvəli ötən sayımızda)
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari təsərrüfat ilində rayonda 4788 hektar sahədə pambıq əkilib. Bunun da 922 hektarı Şorsulu kənd ərazi vahidinin payına düşür. Kənddə fəaliyyət göstərən fermerlər becərdikləri sahələrin məhsulunu son qozasınadək toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər. Ərazi vahidində indiyədək 30 tondan çox məhsul yığılıb ki, bunun da hamısı birinci növ kimi qəbul olunub. Kənddə fəaliyyət göstərən fermer Balaş Əhmədov 40 ilə yaxındır ki, təsərrüfatla məşğul olur. Məhsul istehsalçısı ötən il 10 hektar pambıq sahəsinin hər hektarından 30 sentnerdən çox məhsul götürüb. Yaxşı qazanc əldə edən torpaq sahibi bu il əkin sahəsini genişləndirib. “Bu mövsüm 19 hektar sahədə pambıq becərmişəm. Sahəmdə bol məhsul yetişib. Pambığı maşınla toplayacağam. Becərdiyim sahənin hər hektarından ən azı 30-35 sentner məhsul götürəcəyimə əminəm. Ötən il dövlət tərəfindən pambığın hər növ üzrə alış qiymətinin 50 manat artırılması məhsul istehsalçılarının ürəyincə olub. Bundan ruhlanan fermerlər yetişdirdikləri məhsulu son qozasınadək toplamaq üçün işin sürətini günbəgün artırırlar”, - deyə fermer bildirib.
Rayonun Sarvan kənd sakini, fermer Əlimirzə Bəşirli xeyli vaxtdır pambıq əkini ilə məşğuldur. Ailəliklə pambıq əkən fermer builki məhsuldarlıqdan çox razıdır: “Dörd qardaş pambıqçılıqla məşğul oluruq. Ötən il 40 hektar pambıq əkmişdik. 38-40 sentner məhsul götürdük. Bu il isə 50 hektar sahədə pambıq əkmişik, 40-45 sentner məhsul gözləyirik. Rayonumuzda da bol məhsul yetişib. Əminəm ki, rayonumuz bu il pambıqçılıq üzrə birinci olacaq”.
Şorsulu kəndində yaşayan fermer Akif İbrahimov da 20 ildir pambıq təsərrüfatı ilə məşğul olur. Ötən il 20 hektar sahədə pambıq əkən fermer 25-30 sentner məhsul əldə edib. Deyir ki, dövlət başçısının bu sahəyə xüsusi diqqət və qayğısı onları daha da ruhlandırıb: “Prezidentimizin bizə göstərdiyi qayğı sayəsində bu il 30 hektar sahədə pambıq əkmişəm. Ümidvaram ki, hər hektardan 30 sentner məhsul götürəcəyəm. Pambığı vaxtında becərib, suvarmışam. Ümid edirəm ki, vaxtında da yığıb təhvil verəcəyəm”.
Rayonun Noxudlu kəndində yaşayan gənc fermer Asif Əliyev isə bu sahə ilə yeni məşğul olur. Cəmi iki ildir pambıq əkən fermerin sahəsində vəziyyət ürəkaçandır. Belə ki, rayon ərazisində ilk dəfə olaraq onun sahəsində birinci pambıq yığımına başlanılıb: “Bu il 10 hektar sahədə pambıq əkmişəm. Məqsədim 42-44 sentner məhsul götürməkdir. Təsərrüfatımızda əl yığımına iki gündür başlamışıq. Maşın yığımına da hazırıq. Bu günə kimi 2,5 ton pambıq yığmışıq. MKT bizi lazımi texnika ilə təmin edib. Pambıqçılığın inkişafı dövlət başçımızın daim diqqət mərkəzindədir. Biz fermerlərə məhsuldarlığı artırmaq üçün hər bir şərait yaradılıb. Buna görə dövlətimizə minnətdaram”.
Bu il rayonda 4 min hektarda yetişdirilmiş pambığın maşınlarla yığılması nəzərdə tutulub. Bunun üçün sahələrə 22 ən müasir pambıqyığan kombayn çıxarılacaq. Pambıq kollarının yarpaqlarının tökülməsi üçün indiyə kimi 436 hektar sahədə dərmanlama işi aparılıb. Bu proses bu gün də sürətlə davam etdirilir.
Qeyd edək ki, bu il rayonda 12 min tondan artıq “ağ qızıl” istehsal edilməsi nəzərdə tutulub.
Ucar rayonunda da pambıq yığımı davam edir. Hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, indiyədək 40 tona yaxın məhsul toplanıb və bunun 32 tonu “P-AQRO” MMC-nin Ucar pambıq emalı kompleksinə təhvil verilib. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, builki mövsümdə 5 ərazidə - Təzə Şilyan, Şahlıq, Lək, Xələc və Qaziyan ərazi dairələrində 500 hektarda pambıq yetişdirilib. Daha 10 hektarda isə Çin texnologiyası ilə əkin aparılıb. Torpaq mülkiyyətçiləri ağır zəhmət bahasına yetişdirdikləri məhsulu tez və itkisiz yığmaq üçün bütün qüvvələri səfərbər ediblər. Hazırda məhsul toplanışına hər gün 200-dən çox işçi qüvvəsi çıxır. “Ağ qızıl” yığımı Lək, Xələc və Təzə Şilyan ərazi dairələrində daha mütəşəkkil təşkil olunub. Yetişdirilən məhsulun 80 faizinin maşınla, qalanının isə əl ilə yığılması nəzərdə tutulur. Artıq 2 pambıqyığan maşın hazır vəziyyətdədir.
Qeyd edək ki, mütəxəssislər bu mövsümdə 1000 tondan çox “ağ qızıl” yığılacağı qənaətindədirlər.
Biləsuvarda da pambıq yığımına başlanılıb. İki-üç gün ərzində sahələrdən 30 tondan çox məhsul toplanaraq qəbul məntəqələrinə göndərilib. Bu il rayonda 10 min 257 hektar sahədə pambıq əkilib. Mütəxəssislər builki hava şəraitini həm çiyidin vegetasiyası, becərmə, həm də yığım üçün əlverişli hesab edirlər. Digər tərəfdən də Biləsuvarda pambıq əkini üçün əlverişli şərait olduğundan və torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə aqrotexniki qaydada qulluq göstərildiyindən bu mövsüm tarlalarda bol məhsul yetişib. Artıq iki-üç gündür ki, fermerlər məhsul yığımına başlayıblar. Gün ərzində sahələrdən 10-12 ton məhsul yığılır.
Təcrübəli fermer Fazil Musayev bildirib ki, dövlət başçısının qeyri-neft sektorunun inkişafına verdiyi dəstək nəticəsində rayonda kənd təsərrüfatının digər sahələri ilə yanaşı, pambıq əkininə də maraq xeyli artıb. Məhsul istehsalçısının dediyinə görə, cari ildə hər hektardan orta hesabla 25 sentnerdən çox məhsul yığmaq mümkün olacaq. Pambıq kollarında hələlik qozaların təxminən 30 faizi açılıb. Buna görə yığım əl ilə aparılır. Yaxın vaxtlarda sahələrə pambıqyığan maşınlar da çıxarılacaq. Bunun üçün rayonda ciddi hazırlıq görülüb, 29 ədəd kombayn və 112 ədəd digər lazımi texnika hazır vəziyyətə gətirilib.
Qeyd edək ki, bu il biləsuvarlı pambıqçılar sahələrdən 30 min ton pambıq yığmağı qarşılarına məqsəd qoyublar. Ötən il məhsul istehsalçıları sahələrdən 22 min 394 ton xam pambıq tədarük ediblər.
Son günlər hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, Zərdab rayonunda pambıq yığımı davam edir. Rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda bütün qüvvələr ağır zəhmət bahasına yetişdirilən məhsulun tez və itkisiz yığılmasına səfərbər edilib. Builki mövsümdə bölgədə 2264 hektar sahədə pambıq yetişdirilib. Qısa vaxtda 75 tona yaxın “ağ qızıl” toplanıb. Hər gün sahələrə 300 nəfərədək işçi qüvvəsi çıxır. Daha çox pambıq əkilən Bəyimli qəsəbə, Körpükənd, İsaqbağı, Şahhüseynli və bir sıra digər ərazi dairələrində məhsul yığımı daha mütəşəkkil aparılır. Qeyd edək ki, builki məhsulun 60 faizinin pambıqyığan maşınlarla toplanacağı nəzərdə tutulub. Bu məqsədlə 5 ədəd maşın hazır vəziyyətdədir.
Saatlı rayonunda da pambıq yığımına start verilib və ilk iki gündə sahələrdən 95 tondan çox məhsul yığılıb. Kollardakı qozalar tam açılmadığından hələlik məhsul əl ilə toplanılır. Ötən il respublika üzrə ən çox - 30 min 440 ton “ağ qızıl” istehsal edən saatlılı fermerlər cari ildə də tarlalarda bol məhsul yetişdirib və yığıma da ölkədə birincilər sırasında başlayıblar.
Rayon Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, cari təsərrüfat ilində rayonda 13 min 741 hektar sahədə pambıq əkilib. Fermerlər və torpaq mülkiyyətçiləri plantasiyalarda nümunəvi becərmə işləri apardığından bol məhsul yetişib. İndi qarşıda duran əsas vəzifə məhsulu qısa müddətdə toplayaraq tədarük məntəqələrinə təhvil verməkdir. Bunun üçün rayonda bütün zəruri tədbirlər görülüb. Pambıq qəbulu məntəqələri əsaslı təmir olunub, 100-dən çox traktor, 180-nə yaxın qoşqu və kifayət qədər pambıqyığan kombayn məhsul istehsalçılarının ixtiyarına verilib.
Pambıq yığımı zamanı qarşıya çıxan çətinlikləri qısa müddətdə aradan qaldırmaq üçün rayonda xüsusi qərargah yaradılıb. Gün ərzində məhsul yığımı və digər məsələlərlə bağlı bütün məlumatlar qərargaha ötürülür və ortaya çıxan çətinliklər operativ olaraq aradan qaldırılır.
Qeyd edək ki, bu il saatlılı pambıqçılar sahələrdən 32-35 min ton pambıq istehsal etməyi qarşıya məqsəd qoyublar.
Beyləqanlı “ağ qızıl” ustaları da təsərrüfat ilini uğurla başa vurmağı, strateji məhsulun tədarükündə respublikanın qabaqcılları sırasında durmağı hədəfləyiblər. 9706 hektarda pambıq yetişdirən Beyləqan pambıqçıları məhsul yığımına hazırlıq görürlər. Sahələr alaq otlarından bir daha təmizlənir, sahə kənarları hamarlanır, texnikalar hazır vəziyyətə gətirilir, digər zəruri aqrotexniki və təşkilati tədbirlər həyata keçirilir.
Rayonda pambıq əkinlərinin 5268 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 3358 hektarı “Azərpambıq” MMC, 1000 hektarı “P-Aqro” MMC və 80 hektarı “Vuqar Aqro” ilə müqavilə əsasında aparılıb. Bol məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə tarlalarda barlı kollar yetişib. Bu isə məhsulun bol olacağından xəbər verir.
Artıq pambığın yığımına sayılı günlər qalıb. Rayonda pambıq yığımına 37 ədəd pambıqyığan kombayn cəlb ediləcək. Bütün texnikalar, o cümlədən traktor və qoşqular pambıq yığımı üçün hazır vəziyyətə gətirilib. Mövsümün sonuna rayon üzrə 20 min tondan çox pambıq istehsalı gözlənilir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

